72) Bunların hansı epidermal allergenlərə aiddir?
A) Ev tozu gənəsi
B) Bitki tozu
C) Pişik tükü
D) Tonqal tozu
E) Kitabxana tozu
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
73) Xəstənin tetrasiklinə qarşı allergiyası var. Ona aşağıdakı preparatlardar hansı əks göstərişdir?
A) Doksisiklin
B) Klindamisin
C) Oleandomisin
D) Neomisin
E) Penisillin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
74) Aşağıdakılardan hansı B - hüceyrələrin inkişafı nəticəsində alınan ən son məhsuldur?
A) Normoblast
B) Limfosit
C) Eritrosit
D) Plazma hüceyrəsi
E) Miyelosit
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
75) Kəskin iltihabi cavabda, aşağıdakı maddələrdən hansı hüceyrələrdə əvvəlcədən sintezlənərək depolanmış olaraq tapılır?
A) Sitokinlər
B) Trombosit aktivedici faktor
C) Prostaqlandinlər
D) Leykotriyenlər
E) Histamin
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
Dostları ilə paylaş: |