939) Patch-testin qiymətləndirilməsi hansı müddətdə aparılır?
A) 72 saat sonra
B) 15-20 dəqiqə sonra
C) sınağın aparıldığı ilk dəqiqədə24
D) 1 həftə sonra
E) 6 saat sonra
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.59
940) ASİT-in davametmə müddəti:
A) 1-2 il
B) 1 il
C) 3-5 il
D) 5- 7 il
E) ömürboyu
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.203
941) Tozcuq allergenləri ilə dəri sınaqları nə zaman qoyula bilər?
A) xəstəliyin remissiya dövründə və tozlanma olmayan dövrdə
B) xəstəliyin kəskinləşmə dövründə
C) xəstəliyin remissiya dövründə və ilboyu
D) xəstə acqarına olduqda
E) xəstəliyin remissiya dövründə və tozlanma müddətində
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.210
942) Atopik bronxial astma fonunda periferik qanda yüksək eozinofiliya ( >20%) və residivverən ağciyər infiltratlarının əmələ gəlməsi hansı xəstəlik üçün xarakterdir?
A) Qudpasçer sindromu
B) AXOX
C) Allergik bronx-ağciyər aspergilyozu
D) Sarkoidoz
E) Ambar xəstəliyi
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.596
Dostları ilə paylaş: |