290) Anafilaktik şokun müalicəsində işlədilən ilk seçim preparatı hansıdır?
A) Dimedrol
B) Eufillin
C) Dekstran
D) Ventolin
E) Adrenalin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
291) Qansorucu həşəratların dişlədiyi yerdə yaranmış allergiyanın yerli təzahürü hansıdır?
A) Yerli reaksiya müşahidə edilmir
B) Dərinin kəskin quruması və/və ya lixenifikasıya
C) Dərinin çatlaması
D) Düyünlü eritema və/və ya qabıqların yaranması
E) Kəskin eritema və/və ya vezikulyoz - bullyoz səpgi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 500
292) Həşərat sancması nəticəsində yaranmış anafilaktik şokda əsas ölüm səbəbi hansıdır?
A) Kollaps və ya nəfəs yollarının obstruksiyası
B) Böyrək çatışmazlığı
C) Ensefalit
D) Övrə
E) Sepsis
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 501
293) Dərman vasitələrinin istifadəsi nəticəsində yaranmış hansı dəri təzahürü qeyri - allergik reaksiyalara aiddir?
A) Lixenoid səpgilər
B) Artüs fenomeni
C) Layell sindromu
D) Övrə
E) Allergik vaskulit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 524
Dostları ilə paylaş: |