302) Qida allergiyasının ən ağır sistem təzahürü hansıdır?
A) Oral allergik sindrom
B) Atopik dermatit
C) Anafilaktik şok
D) Övrə
E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 299
303) Qırtlağın allergik ödeminin başlanğıc simptomlarına hansılar aid deyil?
A) İnspirator təngənəfəslik
B) Ekspirator təngənəfəslik
C) Xırıltılı səs
D) “Tutqun” öskürək
E) “Stridoroz” tənəffüs
Ədəbiyyat: Лолор, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
304) Qırtlağın allergik ödemi zamanı hansı təxirəsalınmaz tədbirlər məqsədə uyğun deyil?
A) Qlukokortikoidlərin vena daxili yeridilməsi
B) İsti ayaq vannaları
C) Antihistamin preparatların həb şəklində qəbulu
D) Adrenalinin parenteral yeridilməsi
E) Laziksin parenteral yeridilməsi
Ədəbiyyat: Лолор, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
Dostları ilə paylaş: |