159) Pollinozun kəskinləşməsinin profilaktikasına yönəlmiş ən effektli üsul hansıdır?
A) İynərefleksterapiyası
B) Antimediator dərman preparatlarının təyini
C) Fizioterapiya
D) Spesifik immunoterapiya
E) Qlükokortikosteroidlərin təyini
Ədəbiyyat: Н. Р Палеев. «Болезни органов дыхания» 2000г.
160) Aşağıdakılardan hansı tozcuq allergiyası zamanı meydana çıxan klinik əlamətlər üçün səciyyəvidir?
A) Quru isti küləkli havada artması
B) Hava şəraitindən asılı olmaması
C) Yağışlı havada artması
D) İlin soyuq vaxtında artması
E) Quru isti küləkli havada azalması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
161) Allergik reaksiyanın patokimyavi mərhələsi səviyyəsində təsir göstərən və hədəf- hüceyrələrdən allergiya mediatorlarının azad olmasının qarşısını alan preparatlar qrupu necə adlanır?
A) Membranostimulyatorlar
B) Membranostabilizatorlar
C) Membranoaktivatorlar
D) Membranoblokatorlar
E) Membranokorrektorlar
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
162) Pollinozlarda allergik anticismlər əksəriyyətcə hansı lokalizasiyalı hədəf-hüceyrələrdə fiksasiya olunur?
A) Kiçik qan damarları yaxınlığında
B) Konyuktiva və respirator apparatın selikli qişasında
C) Parenximatoz orqanların damarlarında
D) Mədə-bağırsaq traktında
E) Dəridə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
Dostları ilə paylaş: |