178) Aşağıdakılardan hansı pollinozların spesifik terapiya üsuluna aiddir?
A) Dekongestantların təyini
B) Allergenlərin ekstraktlarının yeridilməsi
C) Tosqun hüceyrələri membranostabilizatorların təyini
D) Antihistamin preparatının təyinisi
E) Antibiotiklərin təyini
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
179) Pollinozların qeyri-spesifik müalicə üsuluna hansı aiddir?
A) Allergen ekstraktlarının yeridilməsi
B) Allergenin tam eliminasiyası
C) Antihistamin preparatlarının təyini
D) Antibiotiklərin təyini
E) Mövsüm qabağı immunoterapiya
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
180) Ağacların tozcuqlarına allergiya olduqda aşağıda saydıqlarımızdan hansı profilaktiki tədbir düzgün deyil?
A) Ağacların çiçək açdığı dövrdə başqa şəhərə ezamiyyətə getmək
B) Bitki mənşəli ərzaq məhsullarından istifadə etməyi məhdudlaşdırmaq
C) Havada tozcuqların çox olan vaxtında həyətdə iş görməmək
D) Otağın pəncərələrini açıq saxlamaq
E) Maşında gedərkən pəncərələri bağlı saxlamaq
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |