752) İl boyunca olan allergik rinitlə olan xəstələrin şikayətləri hansılardır?
A) Burun dəliyinin birtərəfli tutulması
B) Ağız boşluğunda iltihabi proses
C) Dodaqlarda uçuqlama
D) Başgicəllənmə
E) Burnun tutulması, asqırma, burun boşluğunda qaşınmalar
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний. Под общей редакцией Р.М.Хаитова и др. г. Москва 2007
753) Doğuş zamanı hansı anesteziya bronxial astmanın kəskinləşmə riskini azaldır?
A) Anesteziya tövsiyə edilmir
B) Qeyri - steroid iltihab əleyhinə preparatların istifadəsi
C) İntravenoz anesteziya
D) İntubasion narkoz
E) Epidural anesteziya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 571
754) Hamilə qadınlarda allergik rinitin müalicəsində istifadə edilən hansı topik qlükokortikoid döl üçün daha təhlükəsizdir?
A) Betametazon
B) Budesonid
C) Flutikazon
D) Mometazon
E) Deksametazon
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 578
Dostları ilə paylaş: |