Allerqologiya ixtisası üzrə test suallarının nümunələri Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili



Yüklə 1,46 Mb.
səhifə6/21
tarix29.12.2016
ölçüsü1,46 Mb.
#3875
1   2   3   4   5   6   7   8   9   ...   21

Tozcuq allerqiyası

336) Tosqun hüceyrələrin mediatorlarının ifrazı zamanı hansı proses baş verir?

A) Bronxların spazmı və toxumaların ödemi

B) Arteriolaların spazmı və toxumaların ödemi

C) Tsiklik AMFın çoxalması

D) Bronxların spazmı

E) Arteriolaların genəlməsi


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
337) Tozcuq allergiyası zamanı hansı antihistamin preparatı daha yaxşı effekt verir?

A) Nizatidin

B) Simetidin

C) Famotidin

D) Setirizin

E) Ranitidin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
338) Etamizolun təsiri nədən ibarətdir?

A) T-limfosit supressorların azalması

B) T-limfosit supressorların stimulyasiyası

C) Böyrəküstü vəzilərin stimulyasiyası

D) T- limfosit helperlərin stimulyasiyası

E) Hipofizin adrenokortitrop funksiyasının fəallaşdırılması


Ədəbiyyat: В. А. Остапенко, В.А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
339) Pollinoz üçün hansı dərmana allergiya ilə birgə gediş ən xarakterikdir?

A) Fenotiazin sırası preparatlara

B) Aspirin və pirozolon törəmələrinə

C) Sulfanilamid preparatlarına

D) Sadalananların hamısı

E) Bitki mənşəli dərmanlara


Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000 г.
340) Pollinozlarda hansı qidalara yanaşı gedən qida allergiyası inkişaf edir?

A) Balığa

B) Bala

C) Şokolada

D) Süd və süd məhsullarına

E) Quş ətinə


Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000г.
341) Tozcuqlu bronxial astma üçün nə xarakterikdir?

A) Prosesin il boyu gedişi

B) İlin qış fəslində kəskinləşmə

C) Otaqlarda, mənzildə yır-yığış edərkən kəskinləşmə

D) İlin payız vaxtında kəskinləşmə

E) İlin yaz-yay vaxtlarında kəskinləşmə


Ədəbiyyat: И. Д. Копылев. «Болезни органов дыхания» 2000г.
342) Tozcuqlu bronxial astma zamanı allergenin tam eliminasiyasından sonra nə baş verir?

A) Restriktiv tip ventilyasiya pozğunluqlar qalmaqda davam edir

B) İl ərzində cüzi, gizli bronxospazm qalmaqda davam edir

C) Yarım il müddətində aydın ifadə edilmiş bronxospazm qalmaqda davam edir

D) Obstruktiv tip ventilyasiya pozğunluqlar qalmaqda davam edir

E) Ağ ciyərlərin bütün funksional pozğunluqları tamamilə normallaşır


Ədəbiyyat: И. Д. Копылев. «Болезни органов дыхания» 2000 г.
343) Pollinozun kəskinləşməsinin profilaktikasına yönəlmiş ən effektli üsul hansıdır?

A) Antimediator dərman preparatlarının təyini

B) İynərefleksterapiyası

C) Fizioterapiya

D) Qlükokortikosteroidlərin təyini

E) Spesifik immunoterapiya


Ədəbiyyat: Н. Р Палеев. «Болезни органов дыхания» 2000г.
344) Aşağıdakılardan hansı tozcuq allergiyası zamanı meydana çıxan klinik əlamətlər üçün səciyyəvidir?

A) Quru isti küləkli havada artması

B) Hava şəraitindən asılı olmaması

C) Quru isti küləkli havada azalması

D) İlin soyuq vaxtında artması

E) Yağışlı havada artması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
345) Allergik reaksiyanın patokimyavi mərhələsi səviyyəsində təsir göstərən və hədəf- hüceyrələrdən allergiya mediatorlarının azad olmasının qarşısını alan preparatlar qrupu necə adlanır?

A) Membranokorrektorlar

B) Membranoaktivatorlar

C) Membranostimulyatorlar

D) Membranostabilizatorlar

E) Membranoblokatorlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
346) Qeyri-orqanospesifik tipli autoimmunn xəstəliklərə hansılar aiddir?

A) Pernisioz anemiya

B) Xaşimoto tireoiditi

C) Sistemli qırmızı qurdeşənəyi

D) Autoimmunn hemolitik anemiya

E) Biririncili miksedema


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
347) Pollinozlarda allergik anticismlər əksəriyyətcə hansı lokalizasiyalı hədəf-hüceyrələrdə fiksasiya olunur?

A) Mədə-bağırsaq traktında

B) Dəridə

C) Parenximatoz orqanların damarlarında

D) Kiçik qan damarları yaxınlığında

E) Konyuktiva və respirator apparatın selikli qişasında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
348) Pollinozlar zamanı burun-udlaqın selikli qişasında allergik iltihabı prosesi formalaşdıran əsas mediator hansıdır?

A) B polipeptidi

B) Asetilxolin

C) Serotonin

D) Histamin

E) Lleykotrienlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
349) Tozlu allerqik konyuktivit nə zaman kəskinləşir?

A) Yalnız rütubətli havada

B) İlin mövsümündən asılı olmayaraq

C) Mövsümə uyğyn bahar-yay dövründə

D) Bütün il boyu

E) Mövsümə uyğun olaraq ilin soyuq aylarında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
350) Pollinozlarada əlavə boşluqların xəstəliyi hansı xarakter daşıyır?

A) Toksik

B) Virus

C) Neyrosirkulyator

D) Allergik

E) İrinli


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
351) Tozcuq mənşəli bronxial astma nə zaman kəskinləşir?

A) İl boyu, mövsumdən asılı olmayaraq

B) Mövsümdən asılı olmayaraq yalnız soyuqladıqda

C) İlin soyuq aylarında

D) İlin mövsümündən asılı olmayaraq

E) Mövsümə uyğun yaz-yay dövründə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
352) Pollinozlarda tez-tez hansı məhsullara qarşı qida allergiyası yaranır?

A) Yumurtaya

B) Bitki mənşəli məhsullara

C) Balıqa

D) Quş ətinə

E) Süd və süd məhsullarına


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
353) Tozcuq mənşəli bronxial astma zamanı allergenin tam eliminasiyasından sonra nə qeyd olunur?

A) 6 ay ərzində ifadə olunan bronxospazm saxlanılır

B) Obstruktiv və restriktiv tipli ventilyasiya pozulması saxlanılır

C) Bütün funkstonal sınaqlar normallaşır

D) İl boyu az əhəmiyyətli gizli bronxospazm saxlanılır

E) Restriktiv tipli ventilyasiya pozulması saxlanılır


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
354) Pollinozlarda daha səciyyəvi qida allergiyası hansı məhsullara qarşıdır?

A) Südə


B) Qozlara

C) Yumurtaya

D) Şokolada

E) Quş ətinə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
355) Pollinozu olan xəstəyə soyuqdəymə zamanı hansı birini istifadə etmək məsləhət deyil?

A) Aspirini

B) Parasetamolu

C) Fenasetini

D) Balı

E) Analgini


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
356) Bronxial atsmanın mövsümə uyğun kəskinləşməsində hansı prepratları istifadə etmək olmaz?

A) Etilentiamin törəmələrini

B) Fenatiazini

C) Sulfanilamid preparatlarını

D) β-adrenostimulyatorlar

E) β-adrenoblokatorları


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Национальное руководство. Пульмонология» 2008 г.
357) Dərinin ifadə olunan dermoqrafizmində dəri sınaqlarının harada aparılması məqsədə uyğundur?

A) Antihistamin preparatlarının qəbulu fonunda

B) Kürəkdə

C) Qarında

D) Qolda

E) Ümumiyyətlə aparılmamalıdır


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
358) Toscuq allergenləri ilə provakasiya inhalyasiya testlərinin aparılması nə zaman məqsədə uyğundur?

A) Тəcrid olunmuş tozcuq bronxial astmasında

B) Təcrid olunmuş konyuktivitdə

C) Təcrid olunmuş rinitdə

D) Rino-konyuktival sindromda

E) Rino-konyuktival sindromun bronxial astma ilə birgə təsadüfündə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
359) Pollinozlarda spesifik terapiya xəstəliyin hansı mərhələsində təsir edir?

A) Patogenezin bütün mərhələlərinə

B) Sensibilizasiya dövrünə

C) Patogenezin patokimyavi mərhələsinə

D) Patogenezin patofizioloci mərhələsinə

E) Patogenezin immunoloci mərhələsinə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
360) Pollinozlarda allergenin tam eliminasiyası hansı mərhələyə təsir edir?

A) Patogenezin patokimyəvi mərhələsinə

B) Patogenezin patofizioloyi mərhələsinə

C) Sensibilizasiya dövrünə

D) Patogenezin immunoloyi mərhələsinə

E) Bütün mərhələlərinə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
361) Pollinozun spesifik immunoterapiyasının klassik üsulu zamanı allergen ekstarktı necə yeridilir?

A) İnhalyasiya üsulu ilə

B) Kombinə olunmuş üsullarla

C) Aplikasiya üsulu ilə

D) Dəri altı

E) Oral yolla


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
362) Pollinozun spesifik immunoterapiyasının klassik üsulu zamanı allergen ekstarktı nə vaxt yeridilir?

A) Mövsüm önü

B) Bütün il boyu

C) Mövsümdən asılı olmayaraq

D) Eyni zamanda həm mövsüm önü, həm də bütün il boyu

E) Mövsümdə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
363) Pollinozların spesifik müalicəsində yaranan yerli allergik reaksiyalara hansı aiddir?

A) Hərarətin artması

B) Allergik konyuktivit

C) Allergenin yeridildiyi nahiyədə qabarcıq və eritemanın yaranması

D) Arterial təzyiqin enməsi

E) Boğulma tutması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
364) Mürəkkəbgüllülər ailəsinə hansılar aiddir?

A) Vələmir

B) Yovşan

C) Qızılağac

D) Çobanyastığı

E) Qaramuq


Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
365) Dənli bitkilər ailəsinə hansılar aiddir?

A) Çobanyastığı

B) Qızılağac

C) Yovşan

D) Tozağacı

E) Vələmir


Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
366) Çətirlilər ailəsinə hansılar aiddir?

A) Xardal

B) Şüyüd

C) Ətirli noxud

D) Çobanyastığı

E) Qaramuq


Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
367) Bitkilərin pollinoz törədən tozcuq dənlərinin ölçüləri nə qədərdir?

A) Diametri 1000 və daha artıq mikron

B) Diametri 5-10 mikron

C) Diametri 1-2 mikron

D) Diametri 30-50 mikron

E) Diametri 1000 mikrondan iri.


Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
368) Daha tez-tez pollinozun əmələ gəlməsinə hansı tozcuqlar səbəb olur?

A) Həşəratların tozlandırdıqları bitkilər

B) Küləklə tozlanan bitkilərdə

C) Çarpaz tozlanan bitkilərdə

D) Təbii yolla tozlanan bitkilərdə

E) Özü-özünü tozlandıran bitkilərdə


Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
369) Tozcuqlu allergik konyuktivit hansı halda kəskinləşir?

A) Yağışlı, soyuq hava olduqda

B) Hava isti və rütubətli olduqda

C) Hava günəşli olduqda

D) Yağış yağanda

E) Hava küləkli olduqda


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
370) Tozcuqlu allergik konyuktivit üçün hansı hal tipikdir?

A) Konyuktivanın allergik iltihabı

B) Konyuktivanın iltihabının olmaması

C) Konyuktivanın qarışıq iltihabı

D) Konyuktivanın viruslu iltihabı

E) Konyuktivanın irinli iltihabı


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
371) Pollinoz üçün hansı qrup preparatlara qarşı dərman allergiyası səciyyəvidir?

A) Antibiotiklərə

B) Bitki mənşəli preparatlara

C) Fenotiazin sırası preparatlara

D) Sulfanilamid preparatlara

E) Aspirin və pirozolon törəmələrinə


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
372) Tozcuqlu bronxial astma tez-tez nə ilə birgə baş verir?

A) Rinitlə, konyuktivitlə

B) Allergik kontaktlı dermatitlə

C) Migren (parabaş)

D) Allergik miokarditlə

E) Otitlə


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
373) Tozcuqlu bronxial astma tez-tez hansı qida allergiyası ilə birgə (eyni vaxtda) baş verir?

A) Mal ətinə

B) Südə

C) Balığa



D) Yumurtaya

E) Bitki mənşəli ərzaq məhsullarına


Ədəbiyyat: А. Инсанов, Н. Гасанов. «Современные методы лечения бронхиальной астмы» 1990 г.
374) Pollinozlarda allerqoloji anamnezin xüsusiyyətlərinə onların kəskinləşməsinin nə ilə əlaqəsi aid edilir?

A) Soyuqdəymə xəstəlikləri ilə

B) Bitkilərin palinasiyası

C) Ev şəraitində olma və ev yığışdırma

D) Ev heyvanları ilə kontaktda olması

E) Göbələklərin sporları ilə kontaktda olması


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
375) Pollinozda hansı dərman allergiyasının əmələ gəlməsi ən ehtimal olunandır?

A) Vazelinə

B) Aptek çobanyastığına

C) Streptomisinə

D) Antibiotiklərə

E) Ursola


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
376) Pollinoz halında göstərdiyimiz maddənin yerli tətbiqindən hansı allergik reaksiyanın törəməsi ən ehtimal olunandır?

A) Lanolin kremi

B) Qətranlı krem

C) Uşaq kremi

D) Kalendula kremi

E) Vazelin


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
377) Pollinoz halında hansı göstərdiyimizdən istifadə edilərsə allergik reaksiya törəməsi ən ehtimal olunandır?

A) Vazelin kremi

B) Yumurta şampunu

C) Uşaq sabunu

D) Lanolinli krem

E) Çobanyastığı şampunu


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
378) Tozcuqlu rinitin mövsümi kəskinləşməsində hansı dərmanı tətbiq etmək olmaz?

A) Klaritin

B) Erius

C) Tavegil

D) Suprastin

E) Rauvolfiya dərman preparatları


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
379) Tozağacı, qızılağac, meşə fındığının tozcuqlarına allergiya olduqda, xəstəliyin kəskinləşməsinə ən tez-tez nə vaxt rast gəlmək olur?

A) İyun-iyul

B) Aprel-may

C) Yanvarda

D) Dekabrda

E) Oktyabr-noyabr


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
380) Dənli ot bitkilərinin tozcuğuna allergiya olduqda hansı çarpaz qida allergiyası tipikdir?

A) Halvaya

B) Düyüyə

C) Xardala

D) Günəbaxana

E) Portağala


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
381) Yovşan tozcuğuna allergiya olduqda hansı çarpaz qida allergiyası tipikdir?

A) Portağala

B) Xardala

C) Yerkökünə

D) Günəbaxana

E) Şüyüdə


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
382) Pollinoz halında və dənlilərə çarpaz allergiya halı ortaya çıxdıqda xəstənin rasionundan hansı qidaları çıxartmaq lazımdır?

A) Pomidorlar

B) Kələm

C) Günəbaxan

D) Qarabaşaq sıyığı

E) Un məmulatları


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
383) Pollinoz halında və mürəkkəb güllülərə (çiçəklilərə) çarpaz qida allergiya baş verdikdə rasiondan hansı yeməkləri istisna etmək lazımdır?

A) Pomidoru

B) Günəbaxan yağını

C) Xardalı

D) Kələmi

E) Düyü sıyığı


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
384) Pollinoz zamanı və ağacların tozcuqlarına çarpaz qida allergiyası baş verdikdə rasiondan hansı yeməkləri istisna etmək lazımdır?

A) Fındıq

B) Qarabaşaq sıyığı

C) Manna yarması

D) Kələmi

E) Günəbaxan halvası


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
385) Pollinoz zamanı dəri allergiyası sınaqlarını hansı dövrdə aparmaq tövsiyyə olunur?

A) Xəstəliyin kəskinləşməsi dövründə, bitkilərin palinasiyası mövsümündə

B) İlin vaxtından və xəstənin vəziyyətindən asılı olaraq

C) Palinasiya mövsümü bitdikdən 3 gün sonra

D) Xəstəliyin remissiya dövründə pallinasiya mövsümü xaricində

E) Antihistamin dərman preparatlarının qəbulu fonunda.


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
386) Dənli bitkilərə çarpaz qida allergiyası ilə pollinozun birgə gedişi vaxtı dəri testini pəhrizdən göstərdiyimizin hansını istisna etmə fonunda aparırlar?

A) Un məmulatlarını

B) Kələmi

C) Kartofu

D) Qozu

E) Fındığı


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
387) Pollinozlu xəstənin dəri testlənməsini nədən başlamaq lazımdır?

A) Prick-testdən

B) Skarifikasion dəri sınağından

C) Patch –testdən

D) Heç bir testdən

E) Damcılı dəri sınağından


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
388) Pollinozlu xəstəyə dəridəki sınaqları nə zaman aparmaq lazımdır?

A) Anamnezi müsbət olduqda və skarifikasiya sınaqlarının nəticələri qane etmədikdə

B) Yalnız anamnez müsbət olduqda

C) Anamnezi müsbət olduqda və skarifikasiya sınaqları yalançı mənfi nəticə verdikdə

D) Anamnez müsbət olduqda və skarifikasiya sınağı şübhəli nəticələr verəndə

E) Həm anamnezin mənfi nəticəsində, həm də skarifikasiya sınaqları mənfi nəticə verdikdə


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
389) Pollinoz halında təxribat xarakterli allergik sınaqları nə zaman aparmaq tövsiyyə edilir?

A) Yalnız anamnez müsbət olduqda

B) Dəri sınaqlarının nəticələrindən asılı olmadan

C) Müsbət skarifikasion və mənfi dəridaxili sınaqlarının nəticələrinə görə

D) Anamnestik yolla əldə edilən nəticələr dəri sınaqlarının nəticələri ilə uyğun gəlmədikdə

E) Anamnestik və klinik nəticələr, dəri sınaqlarının nəticələri ilə üst-üstə düşdükdə


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
390) Toz allergeni ilə allerqizasiyası üçün xarakterik əlamət hansıdır?

A) Kəskinləşmə hiperventilyasiya ilə baş verir

B) Mövsümi xarakterli yazda və yayda tez-tez kəskinləşmələrin olması

C) Allergiya əsasən rinokonyuktival sindrom şəklində biruzə verir

D) Allergiya əsasən dermatitlər şəklində büruzə verir

E) Yüksək eozinofiliya


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
391) Məişət allergeni ilə allergizasiya üçün xarakterik əlamətlər hansıdır?

A) Allergik əlamətlər yaşayış yerini dəyişdikdə yox olur

B) Qida allergiyası ilə birlikdə olduqda.

C) Allergik əlamətlər yayda baş verir

D) Eozinofiliya

E) Allergik əlamətlər yazda baş verir


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
392) Təxribat xarakterli konyuktival TESTI hansı halda aparılır?

A) Hər hansı bir kliniki variant zamanı

B) Rino-konyuktival sindrom zamanı

C) Təcrid olunmuş tozcuq astması zamanı

D) Təcrid olunmuş tozcuqlu konyuktivit zamanı

E) Kəskin ifadə olunmuş tozcuqlu rinit zamanı


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
393) Tozcuq allergenləri ilə aparılan təxribat xarakterli konyuktiva TESTİ nə ilə edilir?

A) Nativ məhsul ilə

B) Quru tozcuqla

C) Konsentrasiyası 10000 PNU olan həll edilməmiş allergenlə

D) İkiqat həll olunmuş allergenlə

E) On qat həll olunmuş allergenlə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
394) Təxribat xarakterli nazal testin aparılması nə zaman məqsədəuyğundur?

A) Rino-konyuktival sindrom zamanı

B) Atrofik rinit zamanı

C) Təcrid olunmuş tozcuqlu konyuktivit zamanı

D) Burun çəpərinin defektləri zamanı

E) Təcrid olunmuş tozcuq astması zamanı


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
395) Pollinozların spesifik terapiyasında hansı dərman preparatları istifadə olunur?

A) Allergenlərin ekstraktları

B) İmmun depressantları

C) İltihab əleyhinə preparatlar

D) Antihistamin preparatları

E) Qlükokortikosteroidlər


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
396) Aşağıdakılardan hansı pollinozun spesifik müalicəsi zamanı hansı sindrom allergik reaksiyaya aiddir?

A) Rinit və konyuktivit

B) Arterial təzyiqin aşağı düşməsi

C) Allergenin yeridildiyi yerdə suluq və eritema

D) Limfa düyünlərinin böyüməsi

E) Qızdırma


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
397) Tozcuqlu allergenin ekstraktına qarşı sistemli allergik reaksiya üçün nə səciyyəvidir?

A) Kvinke ödemi

B) Arterial təzyiqin yüksəlməsi

C) Arterial təzyiqin aşağı düşməsi

D) Normal arterial təzyiq

E) Yuxululuq


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
398) Aşağıdakılardan hansı pollinozların qeyri-spesifik terapiya üsuluna aiddir?

A) Antibiotiklərin təyini

B) Allergenlərin ekstraktlarının yeridilməsi

C) Allergenin hissəvi elminizasiyası

D) Allergenin tam eliminizasiyası

E) Antihistamin preparatının təyini


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
399) Pollinozların qeyri-spesifik terapiyasının təsiri aşağıdakılardan hansına istiqamətlənmişdir?

A) Sensibilizasiya dövrünə

B) Sensibilizasiya dövrü və patogenezin immunoloci mərhələsinə

C) Patogenezin immunoloci mərhələsinə

D) Patogenezin patokimyəvi mərhələsinə

E) Allergenin eliminaziyasına


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
400) Pollinozların qeyri-spesifik terapiyasının üsuluna hansı aiddir?

A) Allergenin tam eliminasiyası

B) Allergen ekstraktlarının yeridilməsi

C) Mövsüm qabağı immunoterapiya

D) Antibiotiklərin təyini

E) Antihistamin preparatlarının təyini


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
401) Ağacların tozcuqlarına allergiya olduqda aşağıda saydıqlarımızdan hansı profilaktiki tədbir düzgün deyil?

A) Otağın pəncərələrini açıq saxlamaq

B) Bitki mənşəli ərzaq məhsullarından istifadə etməyi məhdudlaşdırmaq

C) Ağacların çiçək açdığı dövrdə başqa şəhərə ezamiyyətə getmək

D) Havada tozcuqların çox olan vaxtında həyətdə iş görməmək

E) Maşında gedərkən pəncərələri bağlı saxlamaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

Qida allergiyası

402) Qida allergiyası zamanı qeyd edilən ən mühüm qastrointestinal əlamət hansı hesab olunur?

A) Ağızda xoşa gəlməyən dadın olması

B) Ürəkbulanmanın olması

C) Zülal itkiləri ilə keçən enteropatiya

D) Meteorizm

E) Qarında qurultunun olması


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
403) Çox geniş yayılmış qida allergenlərindən birinə hansı aiddir?

A) Çuğundur

B) Pomidor

C) Alma


D) Yumurta

E) Xiyar
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin