140) Əsasnıda Artyus fenomeni olan xəstəlik hansıdır?
A) Ekzogen allergik alveolit
B) Şenleyn-Qenox xəstəliyi
C) Verlqof xəstəliyi
D) Atopik dermatit
E) Serum xəstəliyi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
141) Hansı maddə ən az allergen olma ehtimalına malikdir?
A) Ultra bənovşəyi şualar
B) Qlikoproteidlər
C) Qaptenlər
D) Bitki tozları
E) Zülallar
Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
142) Göstərinlərin hansı qaptenlər sırasına aiddir?
A) Qlikoproteidlər
B) Lateks
C) Yağlar
D) Kosmetik və ətriyyat vasitələri
E) Bitki tozları
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
143) Allergenin sensibilizasiyalı orqanizmə daxil olmasının ən az etimal edilən yolu hansıdır?
A) Enteral yol
B) Kontakt yolu
C) Parenteral yol
D) İnqalyasiya yolu
E) Dəri daxili yol
Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
144) Radioallerqosorbent test reaginlərin hansı xüsusiyyətinə əsaslanır?
A) İnsan bazofillərini passiv sensibilizasiya etmək
B) İnsan dərisini passiv sensibilizasiya etmək
C) Sıçovulların tosqun hüceyrələrini passiv sensibilizasiya etmək
D) Radioizotoplarla nişanlanmış əks-İg anticismlərlə əlaqəyə girmək
E) Fermentlərlə nişanlanmış əks-İg anticismlərlə əlaqəyə girmək
Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
145) Böyüklərin atopik xəstəlikləri zamanı ən tez-tez təsadüf edilən sensibilizasiya yolları hansıdır?
A) İnhalyasiya
B) Enteral
C) Vena daxili
D) Dəri
E) Dəri altı
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
146) Bunlardan hansıları dərhal (reagin) tipli allergiya zamanı tez-tez təsadüf edilən «şok» orqan və toxumalar sırasına daxil deyil?
$$
A) Mədə-bağırsaq traktı
B) Sinir toxuması
C) Dəri
D) Bronx və ağ ciyərlər
E) Burun-udlağın selikli qişası
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
147) İmmunoloji cəhətdən reaginlər hansı immunoqlobulinlər sinflərinə məxsusdur?
A) İgE
B) İg G
C) İg E, G, A, G2
D) İgG və İg M
E) İg A
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
148) Atopik reaksiyalarda trombositlər nə hesab olunur?
A) Allergiya mediatorlarının təsirini blokada edən hüceyrələr
B) Əhəmiyyətli rol oynamayan hüceyrələr
C) Tosqun hüceyrələrin partnyorları
D) Mediatorların təsirini azaldan hüceyrələr
E) 1-ci sıralı hədəf-hüceyrələr
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
149) Hansı agentlər tosqun hüceyrələri qeyri-immunoloji yolla deqranulyasiya etmir?
A) Opiatlar
B) Zülallar
C) Miorelaksantları
D) Rentgen kontrast maddə
E) Giriş narkozu vasitələri
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
150) Qeyri-infeksiya mənşəli ekzoallergenlərə hansılar aid deyil?
A) Asperqilla
B) Bitki tozları
C) Ev heyvanlarının yunu və epidermisi
D) Kitabxana tozu
E) Ev tozu gənəsi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
151) Bunların hansı məişət allergenlərinə aiddir?
A) Ağ stafilokokk
B) Kandida
C) Ev tozu gənəsi
D) Neysseriya
E) Bitki tozu
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
152) Bunların hansı epidermal allergenlərə aiddir?
A) Pişik tükü
B) Ev tozu gənəsi
C) Tonqal tozu
D) Kitabxana tozu
E) Bitki tozu
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
153) Ağac tozuna allergiya zamanı həmçinin hansılara da allergiya ola bilər?
A) Sitruslara
B) Yerfındığına
C) Tomata
D) Albalıya
E) Çiyələyə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
154) Xəstənin tetrasiklinə qarşı allergiyası var. Ona aşağıdakı preparatlardar hansı əks göstərişdir?
A) Vibramisin
B) Neomisin
C) Oleandomisin
D) Penisillin
E) Klindamisin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
155) Xəstənin penisillinə qarşı allergiyası var. Ona aşağıdakı preparatların hansı əks göstərişdir?
A) Levomisetin
B) Ampioks
C) Tetrasiklin
D) Nistatin
E) Gentamisin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
156) Aşağıdakıların hansı makroorqanizmi sensibilizasiya edir və bronxial astmanın etioloji faktorlarından biri hesab edilir?
A) E.Coli
B) Aspergilla
C) Leyşmaniya
D) Oomisetlər
E) Klebsiella
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
157) Bronxial astma zamanı bronxların keçiriciliyinin pozulmasına hansı dəyişikliklər səbəb olur?
A) Seliyin hiposekresiyası və hipokriniyası
B) Bazal membranın qalınlaşması
C) Brornxların saya əzələsinin spazması
D) Bronxlarnı selikli qişasının ödemi
E) Selikli tıxacların yaranması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Национальное руководство. Пульмонология» 2008 г.
158) Aşağıda sadalananlardan hansı hematoensefalik baryerdən keçmir?
A) Feksofenadin
B) Akrivastin
C) Astemizol
D) Hidroksizin
E) Setirizin
Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
159) 1-ci sıra hədəf-hüceyrələrə hansı aiddir?
A) Eritrositlər
B) Neytrofillər
C) Tosqun hüceyrələr
D) Saya əzələ hüceyrələri
E) Bazofillər
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
160) 2-ci sıra hədəf-hüceyrələrə hansılar aiddir?
A) Tosqun hüceyrələr
B) Eozinofillər
C) Trombositlər
D) Makrofaqlar
E) Bazofillər
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
161) 1-ci sıra hədəf-hüceyrələrin aktivləşməsi və onlardan mediatorlarının sekresiyası nəyin hesabına baş verir?
A) Hüceyrənin osmotik təyziq nəticəsində cırılmasının
B) İg E molekulalarının allergen molekulası ilə birləşmə yolu ilə hüceyrə sətində toplaşmasının
C) Hüceyrə membranının dağılmasının
D) Allergik reaksiya nəticəsində azad olan mediatorların hüceyrəyə təsirinin
E) Qranulositozun
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
162) Allergik reaksiya nəticəsində tosqun hüceyrələrdə və bazofillərdə aşağıdakıların hansı əmələ gəlmir?
A) Trombositlərin aktivləşmə faktoru
B) C4, D4, E4 leykotrienlər
C) Tromboksan A2
D) Endoperoksidlər və kallikrein
E) Lizosim
Ədəbiyyat: Под ред. А. А. Воробьева. «Иммунология и аллергология» 2006 г.
163) Bunların hansı histaminin bioloji effektlərinə aid deyil?
A) Saya əzələlərin yığılması
B) Neytrofillər və bazofillərin hemotaksisinin sürətlənməsi
C) Damar keçiriciliyinin artması
D) Qaşınmanın yayılması
E) Seliyin hipersekresiyası
Ədəbiyyat: Под ред. А. А. Воробьева. «Иммунология и аллергология» 2006 г.
164) Neçə tip histamin reseptorları məlumdur?
A) 4 tip
B) 3 tip
C) 1 tip
D) 2 tip
E) 5 tip
Ədəbiyyat: Под ред. А. А. Воробьева. «Иммунология и аллергология» 2006 г.
165) Leykotrienlər hansı maddənin metabolizminin məhsullarıdır?
A) Neyramin turşusunun
B) Qliserolun
C) Dezoksiribonuklein turşusunun
D) Araxidon turşusunun
E) Fosfatidiy inazitolun
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
166) Araxidon turşusu membran fosfolipidlərindən nəyin təsiri altında azad olunur?
A) Laktatdehidrogenazanın
B) D fosfolipazanın
C) A2 fosfolipazanın
D) Fosfodiesterazanın
E) C proteinkinazanın
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
167) İmmunoloji tolerantlıq anlayışı nədir?
A) Sensibilizasiyalı orqanizmin munoloji cavabsızlığı
B) Ləngidilmiş tipli allergik reaksiya
C) Antigenlərə qarşı əks cisimlərin ifrazının gecikməsi
D) Spesifk immunoloji cavabsızlıq
E) Orqanizmin sensbilizasiyası
Ədəbiyyat: Р. Б. Петров. «Иммунология» 1983 г.
168) Dresser fenomeni nədir?
A) Sentrfuqadan keçirilmş zülallar məhlulunun orqanizmə yeridilməsindən sonra yaranan hiperhəssaslıq
B) Sentrifuqadan keçirilmiş qanın çöküntüsündə mikkroaqreqatların tapılması
C) Ultrsentrifuqa vasitəsilə molekulyar aqreqatlardan azad olmuş zərdab zülallarının tolerantlıq yaratma xüsusiyyəti
D) Ultrasentrifuqa vasitəsilə zərdab zülallarından azad olunmuş molekulyar aqreqatların hipersensibilizasia yaratması
E) Ultrasentrifuqa vasitəsilə molekulyar aqreqatlardan azad olunmuş zərdab zülallarının tolerantlığı aradan qaldırma xüsusiyyəti
Ədəbiyyat: Р. Б. Петров. «Иммунология» 1983 г.
169) Antigen-anticisim qarşılıqlı əlaqə fenomenlərinə hansı aid deyil?
A) Lizis fenomeni
B) Aqqlyusinasiya fenomeni
C) Yanye fenomeni
D) Qrey fenomeni
E) Opsonizasiya fenomeni
Ədəbiyyat: Р. Б. Петров. «Иммунология» 1983 г.
170) Antigen spesifiklik tiplərinə hansı aid deyil?
A) Qruppalı spesifiklik
B) Qaptenospesifiklik
C) Funksional spesifiklik
D) Fizioloji spesifiklik
E) Patoloji spesifiklik
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
171) Qammapatiyalar nədir?
A) Bütün qlobulinlər fraksiyalarının azalması
B) Hiperqammaqlobulinemiya ilə səciyyələnən patoloji vəziyyətlər
C) Qara ciyərin patologiyalarında hipoalbuminemiya ilə səciyyələnən
D) Disproteinemiya ilə səciyyələnən patoloji hallar qrupu
E) İmmun çatışmazlığında zamanı hipoqammaqlobulinemiya
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
172) İmmunoloji yaddaş nədir?
A) Anafilaktik şok keçirmiş orqanizmin bir neçə gün ərzində həmən antigenə qarşı
B) Öncə müəyyən bir antigenlə immunizə olunmuş orqanizmin həmən antigenin
C) Orqanizmə daxil olan hər hansı bir antigenə qarşı əks cisimlərin yaranması
D) Anafilaktik şok keçirmiş orqanizmin bir neçə gün ərzində həmən antigenə qarşı
E) Orqanizmin immunitet yaratma xüsusiyyəti
Ədəbiyyat: Г. Долор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
173) Desensibilizasiya fenomeni nədir?
A) Orqanizmin immunitet yaratma qabiliyətinin itirilməsi
B) Anafilaksiyanın bir orqanizmdən digərinə passiv surətdə köçürülməsi
C) Anafilaktik şok keçirmiş orqanizmin bir neçə gün ərzində hiperreaktivliyinin itməsi
D) Anafilaktik şok keçirmiş orqanizmin bir neçə gün ərzində həmən antigenə qarşı həssaslığının itməsi
E) Antigenin orqanizmə təkrar daxil olması sayəsində hiperreaktivliyin itməsi
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
174) İmmun qan serumu nədir?
A) Tərkibində antigen-anticism kompleksləri olan heyvan serumu
B) Sensibilizasiya olunmuş orqanizmin qan serumu
C) Tərkibində komplement olan qan serumu
D) Tərkibində anticismlər olan immunizasiya olunmuş qan serumu
E) Tərkibində artıq miqdarda qamma-qlobulinlər olan qan serumu
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
175) «Diffuz orqan» olan insan immun sisteminin ümumi kütləsi nə qədərdir?
A) 1,0 kq
B) 0,5 – 1,0 kq
C) 1,0 – 1,5 kq
D) 2,0 – 2,5 kq
E) 1,5 – 2,0 kq
Ədəbiyyat: Под ред. А. А. Воробьева. «Иммунология и аллергология» 2006 г.
176) İmmunologiyada spesifik reaksiyaların neçə forma mövcuddur?
A) 4
B) 5
C) 6
D) 2
E) 3
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
177) Aşağıdakıların hansı immunoloji reaktivliyə aid deyil?
A) Dərhal tipli hiperhəssaslıq
B) İnterferon və limfokinlər
C) İmmunoloci yaddaş
D) Anticismləririn yaranması
E) Ləng tipli hiperhəssaslıq
Ədəbiyyat: Р. Б. Петров. «Иммунология» 1983 г.
178) Bunlardan hansı qeyri-spesifik müdafiə faktorlarına aid deyil?
A) Hidrolitik fermentlər
B) Toxumaların bakterisid substansiyaları
C) Properdin
D) Lizosim
E) İdiotiplər-əks-idiotiplər
Ədəbiyyat: Р. Б. Петров. «Иммунология» 1983 г.
179) İmmunn sisteminin əsas məqsədi nədir?
A) İmmunoloji reaktivliyi artırmaq
B) Antigenin müqabilində anticismlər yaratmaq
C) Faqositoz yolu ilə reaginləri lizis etmək
D) İmmunn cavabı stimulyasiya etmək və antigen-anticism kompleksləri yaratmaq
E) İmmunn cavabı stimulyasiya edən substansiyaları blokada etmək, neytrallaşdırmaq, parçalamaq yaxud orqanizmdən xaric etmək
Ədəbiyyat: Под ред. А. А. Воробьева. «Иммунология и аллергология» 2006 г.
180) Allergik xəstəliklərin diaqostikasında allerqoloji anamnez nə rol oynayır?
A) Allerqoloji diaqnostikanın mərhələsi hesab olunur
B) Bəzi xəstəliklərdə əhəmiyyətlidir
C) Köməkçi rol oynayır
D) Rol oynamır
E) Əsas rol oynayır
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
181) Ekzoallerqenlərə hansılar aid deyil?
A) Bakteriyalar
B) Toxumaların zülalı
C) Viruslar
D) Ev tozu
E) İbtidailər
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
182) Sensibilizə olunmuş orqanizmdə allergik reaksiyalarının mərhələsinə hansılar aiddir?
A) Patofizioloji
B) Fizioloji
C) Allergiya mediatorlarının ifrazı
D) Patokimyəvi
E) Toxumaların zədələnməsi
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
183) Hansı əlamətlər allergik reaksiyaların immunoloji mərhələsinə uyğundur?
A) Allergenlə İgE - nin qarşılıqlı təsiri
B) Toxumaların zədələnməsi
C) Oksalatların xaric olması
D) Allergiya mediatorlarının ifrazı
E) Zülalların çökməsi
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
184) Hansı əlamətlər allergik reaksiyaların patokimyəvi mərhələsinə uyğundur?
A) Kaliumun itirilməsi
B) Toxumaların zədələnməsi
C) Zülalların çökməsi
D) Allergiya mediatorlarının ifrazı
E) Allergenlə antitelin qarşılıqlı təsiri
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
185) Hansı əlamətlər allergik reaksiyaların patofizioloji mərhələsinə uyğundur?
A) Zülalların çökməsi
B) Allergiya mediatorlarının ifrazı
C) Allergenlə antitelin qarşılıqlı təsiri
D) Toxumaların zədələnməsi
E) Kaliumun itirilməsi
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
186) Hansı hallarda beta-2- adrenoreseptorların desentizasiyası (tormozlanması) baş verir?
A) Adrenomimetiklərin optimal dozada olduqda
B) Adrenomimetiklərin yüksək dozada olduqda tənəffüs alkalozu zamanı
C) Tənəffüs alkalozu zamanı
D) Hipoksiya zamanı
E) Fiziki gərginlik zamanı
Ədəbiyyat: Р. В. Петров. «Иммунология» 1987 г.
187) Hansı proses tosqun hüceyrələridən mediatorların ifrazı zamanı müşahidə olunur?
A) sAMF-in yüksəlməsi
B) Bronxospazm və toxuma ödemi
C) sAMF-in yüksəlməsi, bronxospazm və toxuma ödemi
D) Arteriolaların spazmı və toxuma ödemi
E) Bronxospazm
Ədəbiyyat: Р. В. Петров. «Иммунология» 1987 г.
188) Tosqun hüceyrələrin deqranulyasiyası zamanı hansı mediatorlar ifraz olunur?
A) Eozinofillərin xemotaksik faktoru və anafilaksiyanın ləng təsir edən maddələri
B) Eozinofillərin xemotaksik faktoru
C) Histamin
D) Bradikinin
E) Bradikin, eozinofillərin xemotaksik faktoru, histamin və anafilaksiyanın ləng təsir edən maddələri
Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
189) Hansı laborator əlamətlər «seçici İgA defisiti» sindromu üçün daha çox xarakterikdir?
A) B-limfositlərin səviyyəsinin yüksəlməsi
B) İgE və İgM səviyyəsinin artması
C) II tip T-helperlərin səviyyəsinin azalması
D) İgA səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi
E) Plazmatik hüceyrələrin səviyyəsinin azalması
Ədəbiyyat: Dj. Ris «Иммунология» перевод с англ. 1994 г.
190) Hansı əlamətlər «seçici İgA defisiti» sindromu üçün xarakterikdir?
A) Bronxial obstruksiyalara meyillilik
B) Beyin qişalarının infeksion zədələnmələrə meyilliliyi
C) Hipertermik reaksiyalara meyillilik
D) Skeletin deformasiyası yuxarı
E) Piylənməyə meyillilik
Ədəbiyyat: Dj. Ris «Иммунология» перевод с англ. 1994 г.
191) Hansı əlamətlər ağır kombinə olunmuş immun defisitləri üçün daha çox xarakterikdir?
A) Sidik-cinsiyyət sisteminin infeksion xəstəliklərinə meyillilik
B) Limfoproliferativ neoplaziyaya meyillilik
C) Piylənməyə meyillilik
D) Kəskin ağır gedişli şərti-patogen infeksiyalara meyillilik
E) Sistem herpetik infeksiyalara meyillilik
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
192) Hansı əlamətlər ağır kombinə olunmuş immun defisitləri üçün daha çox xarakterikdir?
A) Pnevmosist pnevmoniyalar
B) Əcəb sistemi xəstəliklərinə meyillilik
C) Piylənməyə meyillilik
D) Dəri allergik sınaqları zamanı anergiya
E) Antigen yeridildikdə yerli hiperergik reaksiya
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
193) Hansı kliniki əlamətlər ağır kombinə olunmuş immun defisitləri üçün daha çox xarakterikdir?
A) Teleangioektaziyaların dəri-göz formaları xroniki diareya
B) Kontaktlı dermatit
C) Qıcolma reaksiyalarına meyillilik
D) Skeletin deformasiyası
E) Arıqlama
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
194) Hansı laborator əlamətlər Viskot Oldriç sindromu üçün daha çox xarakterikdir?
A) İgM səviyyəsinin yüksəlməsi
B) Еritrositoz
C) Trombositopeniya
D) İgE və İgA səviyyəsinin azalması
E) İgG səviyyəsinin artması
Ədəbiyyat: Nurməmmədova G. Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
195) Hansı əlamətlərlə Viskot Oldriç sindromu çox vaxt müşahidə olunur?
A) Fiziki inkişafın ləngiməsi
B) Yuxarı tənəffüs yollarının residivləşən infeksiyalara meyilliliyi
C) Göbələk xəstəliklərinə meyillilik
D) İrinli infeksiyalara meyillilik
E) Ekzematoz dermatit
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
196) Hansı əlamətlərlə Di Corci (timusun hipoplaziyası) sindromu daha çox xarakterizə olunur?
A) Ürəyin dekstrapozisiyası
B) İgM-in səviyyəsinin azalması
C) Eozinofillərin azalması
D) İgA-nın səviyyəsinin artması
E) T-limfositlərin səviyyəsinin artması
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
197) Hansı xəstəliklər Di Corci (timusun hipoplaziyası) sindromu üçün xarakterikdir?
A) Göbələk xəstəliklərinə meyillilik
B) Dəri və gövdənin irinli zədələnmələri
C) Destruktiv stafilakok infeksiyaları
D) Xroniki diareya
E) Sistem herpetik infeksiyalar
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
198) Hansı əlamətlər Lui-Bar sindromu üçün daha çox səciyyəvidir?
A) Cinsi yetişkənliyin sürətlənməsi
B) Tetaniya
C) İnfeksion ishala meyillilik
D) Sistem sitomeqalovirus infeksiyaları
E) Ataksiya
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
199) Orta yavaş tipli hiperhəssaslıq mexanizmi əsasən aşağıdakı hansı vəziyyətlərdə baş verir?
A) Bronxial astma
B) Tuberkulin reaksiyası
C) Təmas dermatiti
D) Mantu reaksiyası
E) İdiopatik fibrozlaşan
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
200) Yavaş tipli hiperhəssaslıq mexanizmi əsasən aşağıdakı hansı vəziyyətlərdə baş verir?
A) Yeni doğulmuşun hemolitik xəstəliyi
B) Kvinke ödemi
C) Təmas dermatiti
D) Zərdab xəstəliyi
E) Ekzogen allergik alveolit
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
201) Allergik konyuktivitin inkişafında allergiyanın inkişafının hansı mexanizmi başlıca rol oynayır?
A) IV tip: hüceyrə mexanizmi
B) III tip: immun kompleks mexanizm
C) III və IV tip
D) I tip: reaqin mexanizmi
E) II tip: sitotoksiki mexanizm
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
202) Tez gedişli allergik reaksiya hansı müddətə inkişaf edir?
A) 1 sutka
B) 2 saat
C) 2-3 sutka
D) 60 dəq.
E) 15-20 dəq.
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
203) Ləng tipli allergik reaksiya hansı müddətə inkişaf edir?
A) 2 saat
B) 1 sutka
C) 15 saat
D) 15-20 dəq.
E) Spesifik allergenlərlə təmasdan 2-3 sutka sonra
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
204) Geсikmiş allergik reaksiya hansı müddətə inkişaf edir?
A) Bir neçə saatdan bir sutkaya qədər
B) 15-20 dəq.
C) 60 dəq.
D) Spesifik allergenlə təmasdan 2-3 sutka sonra
E) 48 saat
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
205) I tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?
A) Trombositopenik purpura
B) Allergik övrə
C) Qırmızı qurd eşənəyi
D) Vərəm
E) Zərdab xəstəliyi
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
206) Aşağıda qeyd olunanlardan hansı I tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?
A) Allergik övrə
B) Allergik konyuktivit
C) Qırmızı qurd eşənəyi
D) Atopik bronxial astma
E) Allergik rinit
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
207) II tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?
A) Allergik övrə
B) Atopik bronxial astma
C) Vərəm
D) Zərdab xəstəliyi
E) Trombositopenik purpura
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
Dostları ilə paylaş: |