Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NİDOFLOR
®
krem
NIDOFLOR
®
Tərkibi
Təsiredici maddələr: 100 q kremin tərkibində 1 000 000
BV nistatin, 0.382 q neomisin sulfat,
0.100 q triamsinolon asetonid vardır.
Köməkçi maddələr: setil stearin spirti, oktildodekanol, qliserin,
metil parahidroksibenzoat, propil
parahidroksibenzoat, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Antibiotiklərlə kombinasiya olunmuş kortikosteroid
Farmakoloji xassələri
Nistatin – antibakterial təsirdən məhrum olan göbələk əleyhinə olan antibiotikdir. O Candida
albicans, Coccidioides immitis, Cryptococcus neoformans, Histoplasma capsulatum, bəzi
blastomiset və Sporotrichum-a qarşı fəaldır. Göbələyin hüceyrə membranının sterolları ilə
birləşir, onun selektiv baryer funksiyasını çətinləşdirir, bu da hüceyrənin əsas maddələrinin
itkisinə gətirib çıxarır. Neomisin – müxtəlif qrammüsbət və qrammənfi aerob bakteriyaların
ştammlarına qarşı fəal olan aminoqlikozid qrupu antibiotikdir. Bakterial hüceyrə membranından
keçir, bakteriyanın ribosom 30S subvahidli spesifik reseptor zülalı ilə birləşir. Nəticədə peptid
əmələ gəlmənin təsis edilməsinin gecikməsi, genetik kodun səhv şifrələnməsi və
poliribosomların fəaliyyət göstərməyən monosomlara parçalanması yolu ilə zülal sintezinin
azalması baş verir. Triamsinolon – iltihab, qaşınma və allergiya əleyhinə təsirlərə malik yerli
istifadə olunan sintetik qlükokortikoiddir.
İstifadəsinə göstərişlər
- Mikrob və Сandida mənşəli bişməcələr;
- Paronixiya (dırnaq yatağı kənarının infeksiyası);
- Allergik dermatitlərin (kontakt dermatitlər, mikrob və ya Сandida mənşəli dermatitlər) müalicəsi
zamanı.
Əks göstərişlər
- Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq;
- Vərəm və dərinin virus zədələnmələri (Herpes simplex, Vaccinia, Varicella daxil olmaqla);
- Xoralı zədələnmələr;
- Sızanaq;
- Rozaseа (qırmızı civzələr);
- Krem göz ətrafında palpebral konyuktivit (qlaukoma təhlükəsi) zamanı istifadə olunmamalıdır.
- Nidoflor 2 yaşdan kiçik uşaqlarda Neomisinin dəri tərəfindən sorularaq ototoksik risk
törətməsini nəzərə alaraq istifadə olunmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşkar olunmayıb.
Xüsusi göstərişlər
Pediatriyada
Bu dərman preparatı uşaqlarda sistem ototoksik effekt yarada bilər. Qlükokortikoidlərlə
uzunmüddətli müalicə uşaqların boy və inkişafına mane ola bilər. Müvafiq olaraq uşaqların
Nidoflor ilə müalicəsi ciddi tibbi nəzarət altında aparılmalıdır.
Hamiləlik və laktasiya
Yerli qlükokortikoidlər sistem şəklində sorulduğuna görə, Nidoflor kreminin istifadəsi hamiləlik və
laktasiya zamanı məsləhət görülmür, lakin əgər lazım olarsa risk/fayda nisbəti
qiymətləndirilməlidir. Krem dərinin kiçik sahələrində, az miqdarda və qısa zaman müddətinə
istifadə olunmalıdır.
Sistem qlükokortikoidlər ana südünə ifraz olunur, bu da körpələrdə boyun xətti uzanmasının
ləngiməsi kimi əlavə reaksiyaların baş verməsinə səbəb ola bilər.
Nistatin və triamsinolon asetonidin ana südünə keçməsi barədə əldə olan məlumat yoxdur.
Döşlə əmizdirmə zamanı krem bilavasitə döşlərə sürtülməməlidir, çünki uşaq onu uda bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Nidoflor kremi insanların nəqliyyat vasitələrini və maşınları idarəetmə qabiliyyətinə mənfi təsir
göstərmir.
Xəbərdarlıqlar
Əgər bakterial mənşəli ağır infeksiyanın Nidoflor ilə uzunmüddətli müalicəsi zamanı neomisinə
qarşı rezistentlik baş verərsə, kremin istifadəsini dayandırmaq və antibioqramma məlumatlarına
müvafiq olaraq sistem antibiotikoterapiyaya başlamaq lazımdır.
Reinfeksiyanın baş verməməsi üçün normal gigiyena və profilaktika tədbirləri istifadə edilməlidir.
Zədələnmiş nahiyə mümkün qədər quru saxlanılmalıdır.
Gözə düşməsinə imkan verməyin.
Əgər terapiyanın 2-3 həftəsindən sonra heç bir dəyişiklik baş verməzsə, həkiminizə məlumat
verin.
Qlükokortikoidin olması neomisinlə baş verən allergik reaksiyaları dayandırmır, lakin onların
klinik təzahürlərinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Nidoflor kremi zədələnmiş nahiyəyə gündə 2-3 dəfə, tez sorulması məqsədi ilə nazik qatla
yüngül dairəvi masajla çəkilir.
Əlavə təsirləri
Nadir hallarda kremin komponentlərindən hər hansı birinə qarşı dözümsüzlük reaksiyaları baş
verir, bu halda müalicəni dayandırmaq və adekvat müalicəvi tədbirlər həyata keçirmək lazımdır.
Neomisinə qarşı allergik reaksiyalar xüsusən uzunmüddətli və geniş dəri sahələrinə istifadə
zamanı baş verir.
Kremin baldırın geniş sahələrinə və ya uzun müddət ərzində istifadəsi zamanı yorğunluq,
adinamiya, yuxululuq və ya əsəbilik və yuxusuzluq əlamətləri ilə özünü göstərən hiperkortisizm
reaksiyasıyaları, həmçinin latent şəkərli diabetin başlanması, osteoporoz və uşaqlarda inkişafın
ləngiməsi baş verə bilər.
Hemolitik analiz eozinofiliya və ya anemiyanın yüngül formasını göstərə bilər. Natriumun xaric
olması bəzən kaliumun xaric olmasının azalması ilə birlikdə arta bilər. Nadir hallarda böyrək və
qaraciyər zədələnmələri olan pasientlərdə hiperkortisizm əlamətləri baş verir.
Doza həddinin aşılması
Aşkar olunmayıb.
Buraxılış forması
15 q krem, tublarda. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
+25ºС-dən aşağı temperaturda, original qablaşdırmada və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеpt əsasında buraxılır.
İstehsalçı:
Antibiotice SA
1, Valea Lupului, 707410 İasi, Rumıniya, AŞ
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102; 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com