Alqoritm, xassələri və təsvir üsulları


Sətir əməliyyatı (konkatenasiya)



Yüklə 2,19 Mb.
səhifə11/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   125
aminlazım

Sətir əməliyyatı (konkatenasiya).
TP-da iki sətir və simvolların konkatenasiya (birləşmə) əməliyyatında ‘+’ simvollarından istifadə olunur. Bu əməliyyatın nəticəsində ikinci operand birinci operandın sonuncu simvolundan başlayaraq, onunla bitişdirilir. Alınan sətir 255 simvoldan çox olmalıdır, əks halda artıq simvollar atılır.
Misal:
‘Turbo’ + ‘Pascal’ ‘ Turbo Pascal’
‘G’ + ‘D’ +‘U’ ‘GDU’
‘Riyaziyyat’ + ‘- ’+ ‘İnformatika’  ‘Riyaziyyat - İnformatika’
Məntiqi (Bull) əməliyyatları
Məntiqi əməliyyatlar məntiqi tip kəmiyyətlərə tətbiq olunur və nəticə də məntiqi tipdə olur. Məntiqi əməliyyatlar Bull cəbrinə əsasən yerinə yetirilir:
Operatorlar Əməliyyatlar x y not x x and y x or y x xor y
f f t f f f f t t f t t t f f f t t t t f t t f
( f- false) ( t- true)
TP-da məntiqi ifadələrin iki növ hesablanması mövcuddur: tam və qısaldılmış
Tam hesablamada bütün ifadənin qiyməti məlum olduqda belə hər bir operand hesablanır.
Qısaldılmış hesablamada isə bütün ifadənin qiyməti məlum olan kimi hesablama dayandırılır.
Məsələn, (a and b) ifadəsi üçün tam hesablamada həm a-nın, həm də b-nin qiyməti hesablandıqdan sonra bütün ifadənin qiyməti hesablanır. Qısaldılmış hesablamada isə a-nın qiyməti false olarsa, b-nin qiyməti hesablanmır. Belə ki, b-nin qiymətindən asılı olmayaraq ifadənin qiyməti false olacaq.
Çoxluqlar üzərində əməliyyatlar.
Çoxluqlar üzərində əməliyyatlar, çoxluqlar nəzəriyyəsinin qaydalarına görə aparılır.
İki çoxluğun birləşməsi, yəni A+B əməliyyatının nəticəsi, həm A çoxluğunun, həm də B çoxluğunun bütün təkrarlanmayan elementləri çoxluğudur. Məsələn,
1, 3, 5,75, 7, 9,111, 3, 5,7, 9,11
İki çoxluğun fərqi, yəni A-B əməliyyatının nəticəsi, A çoxluğunun B çoxluğuna daxil olmayan elementlərindən təşkil olunur . Məsələn,
1, 3, 5,75, 7, 9,111, 3
İki çoxluğun kəsilməsi, yəni A*B əməliyyatının nəticəsi A və B çoxluqlarının eyni elementlərindən təşkilolunur. Məsələn,
1, 3, 5,7*5, 7, 9,115, 7
A və B –nin elementləri eyni olduqda A = B əməliyyatının nəticəsi True, A < > B əməliyyatının nəticəsi isə false olur.
Əgər A çoxluğu B-nin altçoxluğudursa, A < = B əməliyyatının nəticəsi true olur.
Məsələn,
3, 4, 51, 2, 3, 4, 5, 6 true
Əgər A çoxluğu B-nin bütün elementlərini saxlayırsa, A > = B əməliyyatının nəticəsi true olur.
Məsələn, 3, 4, 53, 4 true; 3, 4, 53, 4, 5, 6  false
Əgər hər hansı x kəmiyyəti, A-nin elementidirsə, onda x və A əməliyyatının nəticəsi true olur.
Məsələn,
3in 3, 4, 5 true
Ünvan əməliyyatı
@ əməliyyatı unar əməliyyat olmaqla yerinə yetirilmənin nəticəsi operandın göstəricisidir. @ əməliyyatında operand kimi dəyişən, prosedur, funksiya və s.-dən istifadə etmək olar.
İnformasiya bitləri üzərində əməliyyatlar
TP-da bitlər üzərində əməliyyatlarda yalnız tam tipli operandlar iştirak edirlər. Bu əməliyyatlar operandların ikilik təsvirində mərtəbələr üzrə yerinə yetirilir:
not – tam ədədin bütün bitlərinin unar inversiya əməliyyatı; and – iki ədədin bitləri üzrə məntiqi əməliyyatı; or – iki tam ədədin bitləri üzrə məntiqi Və Ya əməliyyatı; xor – iki tam ədədin bitləri üzrə istisnalı məntiqi;
Və Ya əməliyyatı;
shl – A shl B əməliyyatının nəticəsi, A operandının ikilik təsvirinin B bit qədər sola
sürüşdürülməsindən alınan tam ədədidir.
shr – A shr B əməliyyatının nəticəsi, A operandının ikilik təsvirinin B bit qədər sağa sürüşdürülməsindən alınan tam ədəddir. Sürüşdürma nəticəsində başalan mərtəbələr sıfırlarla doldurulur.
Misal, A və B Byte tiplidir.
A = 11(16) = 0000 1011, B =2(16) = 0000 0010; not A = 1111 0100 =F 4 (16) = 15 16  4= 244 (10) A and B = 0000 0010= 2
A or B = 0000 1011 = 11
A xor B = 0000 1001 = 9
A shl B = 0000 0010 = 2
A shr B = 0010 1100 = 21612 44
Şərtsiz keçid operatoru.
Proqramlaşdırmada bəzən operatorların yerinə yetirilmə ardıcıllığını dəyişmək lazım gəlir. Bunun üçün goto şərtsiz keçid operatorundan istifadə edilə bilər. Əmrin ümumi şəkli:
goto nişan;
TP-də tstifadə olunan nişanın iki tipii var: - 0-dan 999 – a kimi tam ədədlər; - adi identifikatorlar.
İstifadə olunan bütün nişanlar label xidmət sözü ilə başlayan nişanın təsvir bölməsində göstərilməlidir. Məsələn,
Label 0, 5, il_2;
Qeyd edək ki, goto operatoru struktur proqramlaşdırmanın əksinədir və ondan yalnız zəruri hallarda istifadə olunur.
Misal: iki ədədin bölünməsindən alınan qisməti tapmalı.
proqramm «bölmə»
label son; var x, y, nat: integer; begin
write (‘bölünəni daxil edin’);
readln (x) ;
write (‘bölünəni daxil edin’); readln (y) ; if y = 0 then begin
write (‘Sıfra bölmə); goto son; end nat: = x div y; writeln (‘qismət = ’, nat); son: end
Boş operator. Boş operator heç bir əməliyyatı yerinə yetirmir və şərtsiz keçid operatorunda keçid üçün istifadə olunur. Yuxarıdakı misalda son: operatoru.
İf şərt operatoru
İf operatoru bəzi şərtlərin doğru və ya yalan olmasından asılı olaraq operatorların yerinə yetirilmə ardıcıllığını dəyişir. Bu operator vasitəsilə verilən əmrin ümumi şəkli:
if məntiqi ifadə then operator; və ya
if məntiqi ifadə then oper_1 else oper_2;
İf operatorunun I yazılış formasında məntiqi ifadənin qiyməti yalan olarsa, idarəetmə İF operatorundan sonrakı operatora verilir. II yazılış formasında isə məntiqi ifadənin qiyməti doğrudursa oper_1, yalandırsa oper_2 yerinə yetiriləcək. Bu operatorda aşağıdakı sintaksis xassələrinə əməl olunmalıdır:

  • else xidmət sözündən əvvəl «;» işarəsi qoyulmur;

  • then və else xidmət sözlərindən sonra yalnız bir operator olmalıdır, iki və ya daha çox operator yazılmalıdırsa, həmin operatorlar begin end arasında yazılır.

Misal: ax2 bxc0 kv. tənliyinin həlli: Əvvəlcə həllin blok-sxemini quraq

Onda həllin proqramı;
Proqram kv_tənlik; var
a, b, c, x1, x2, alfa, beta, k: real; begin writeln (‘a, b, c- ni daxil edin’) ;
read (a, b, c ) ; d = sqr (b) – 4 * a * c; if d < 0 then begin alfa = - b /(2 * a) ; beta = sqrt (abs (d) /(2* a)) ; writeln (‘alfa =’ , alfa , ‘beta = ‘, beta)
end else begin K = sqrt (d) ; x 1 = (- b + K) / (2 * a) ; x 2 = (- b – K) / (2 * a) ; writeln (‘x1=’, x1, ‘x 2 = ’, x 2)
end end.
Case şərt operatoru operatorunu çox vaxt onu seçmə və ya variant operatoru da adlandırırlar. Bu operator if operatorunun ümumiləşməsidir. Operator selektorun qiymətindən asılı olaraq, bir neçə əməliyyatdan birini yerinə yetirməyə imkan verir.
Selektor kimi caseof xidmət sözləri arasında ifadədən istifadə olunur. İfadənin nəticəsi sıra tipli olmalı və 65535-i aşmamalıdır. Bu operator vasitəsilə verilən əmrin ümumi şəkli aşağıdakı kimidir. Case ifadə of sabit_1-in siyahısı: operator 1; sabit_2-nin siyahısı: operator 2; ----------------------------------------
sabit_№-in siyahısı: operator n;
else operator s
end
Operatoru niş prinsipini verək: ifadənin qiyməti hesablanır, əgər bu qiymət hər

  hansı sabit_i-nin (i  1,n) qiymətlərindən biri ilə üst-üst düşərsə, onda operator_i (i  1,n) yerinə yetirilir və digər operatorlar buraxılır.
Əgər ifadənin qiyməti sabit_i_lər hər birinin qiymətləri ilə üst-üstə düşməzsə, operator_S yerinə yetirilir.
Case operatorunda else budağı olmaya da bilər. Bu halda ifadənin qiyməti sabit_i- lərdəki qiymətlərdən hər biri ilə üst-üstə düşməsə, idarəetmə end xidmət sözündən sonrakı operatora keçir.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin