Alqoritm, xassələri və təsvir üsulları. Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.
Latınca qayda-qanun deməkdir. Alqoritm 783- 850-ci illərdə Xorezmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritmverilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır.
Uzun müddət alqoritm anlayışından yalnız riyaziyyatçılar müxtəlif məsələnin həll qaydası kimi istifadə etmişlər. Riyaziyyat elminin inkişafı əsas riyazi anlayış olan alqoritm anlayışının dəqiqləşdirilməsini tələb etmiş və bu da riyaziyyatın yeni sahəsi olan”Alqoritm nəzəriyyəsinin “yaranmasına səbəb olmuşdir. Elektron hesablama texnikasının və proqramlaşmanın inkişafı ilə əlaqədərolaraq alqoritm anlayışının böyük əhəmiyyəti daha da qabarıq şəkildə meydana çıxmışdır alqoritmin qurulması EHMinköməyi ilə məsələ həlli prosesinin zəruri mərhələsidir. Həlli üçün alqoritm qurulmuş və kompüter proqramı şəklində yazılmış məsələləri kompüterdə asanlıqla realizə etmək olar Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir
Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır:
Diskretlik xassəsi alqoritm ayrı-ayrı elementar və qabaqcadan müəyyən edilmiş addımlara ,bəndlərə pqrçalanmasını göstərirhər bir mərhələnin yerinə yetirilməsi üçün müəyyən vaxt lazım gəlir. Ilk verilənlərdən nəticənin alınması ücün müəyyən vaxt ərzində diskret yerinə yetirilir.