Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə14/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   125
aminlazım

İterasiyalı dövrlər.
Təkrarlanmaların sayı məlum olmayan dövrlər içərisində əsas yeri, təkrarlanma prosesində dövrün gövdəsinin y1, y2,........., yn ,.......qiymətlər ardıcıllığının müəyyən bir
limitə yığılması (yəni limyn a) dövrləri tutur.
n
Burada ardıcıllığın hər bir yn = a qiyməti, əvvəli yn1 qiyməti vasitəsilə təyin olunur və əvvəlki qiymətə nisbətən axtarılan nəticəyə (a) daha dəqiq yaxınlaşma olur. Belə ardıcıl yaxınlaşmaları təmin edən dövrlər iterasiyalı döövrlər, hər bir yaxınlaşma isə iterasiya adlanır. İterasiyalı dövrlərdə döövrün davamı şərti, n artdıqca yn qiymətlərinin a limitinə yaxınlaşmasına əsaslanır. İterasiyalı dövrün qurtarması üçün n-in müəyyən qiymətlərində
yn yn1 
şərti ödənməlidir, burada  - nəticənin hesablanmasında müəyyən yol verilən xətadır.
İterasiyalı dövrü prosesə tipik misal kimi sonsuz sıranın cəminin hesablanmasını göstərmək olar. Cəm anlayışı sonsuz sıranın yığılması anlayışı sonsuz sıranın yığılması anlayışı ilə əlaqəlidir. Əgər,
n
Sn y0 y1 ......  yn olarsa, onda limSn S yaxud limn  yi S olmalıdır.
n
i0
Sıranın ümumi həddi isə limyn  0 yaxud lim(Sn Sn1)  0olmalıdır. Buradan dövrün
n n
qurtarması şərti
Sn Sn1  yaxud yn  kimi təyin olunur.
Misal . Kosinusun sıraya ayrılışından istifadə edərək s  cos x funksiyasının qiymətini 104 dəqiqliyi ilə hesablayın:
x2 x4 x6 
cosx 1 2!  4!  6! .......  i0 yi x
i x2i burada : yi (x)  (1)
(2!)! Rekurent münasibəti tapmaq üçün :
yi (x) hesablayaq. yi1(x)
i x2i
(1) 2

yyi ((xx))   (x22i()!i1)  (2i x1)(2i) i 1 (1)i 1
(2i  2)!
buradan:
x2
yi (x)    yi1(x) y0 (x) 1
(2i 1)2i
Onda hesablama proqramı aşağıdakı kimi olar:
Proqram kosinus; var i: integer ; eps, S, x, y : real; begin
read (x, eps);
S : = 0 ; Y : = 1 i : = 1
while abs (y) > eps do begin
S: = S +Y;
u: = -u * x * x/(2*i * (2*i -1)); i: = i +1; end;
writeln (‘cos x = ’ S); end
Verilənlərin strukturları
Proqramlaşdırmada verilənlər iki əsas qrupa bölünürlər: a) statik strukturlu verilənlər;
b) dinamik strukturlu verilənlər.
Elementlərinin sayı, onların qarşılıqlı yerləşməsi və qarşılıqlı əlaqəsi proqramın realizasiyası zamanı müəyyən qayda üzrə dinamik dəyişən verilənlər dinamik strukturlu verilənlər adlanır.
Statik strukturlu verilənlər. Statik strukturlu verilənlər hər hansı qayda üzrə sadə strukturlardan təşkil olunmaqla sadə (skalyar) və mürəkkəb (aqreqativ) ola bilər.
Proqramlaşdırma dillərində sadə verilənlərə verilənlərin standart (əvvəlcədən təyin olunmuş) tipləri uyğundur. Bura hesabi (natural, tam, həqiqi, kompleks), simvol, məntiqi və göstərici tipləri uyğundur. TP-da Byte, Word natural tiplər, İnteger, Shortint, Longint tam tiplər, Real, Single, Double, Extended, Comp həqiqi tiplər, Boolean, Byte Bool, Word Bool, Long Bool məntiqi tiplər, Char simvol tipi və Pointer göstərici tipləri vardır.
Bunlardan əlavə TP-da istifadəçi tərəfindən təyin olunan sadalanan və interval tiplərindən də istifadə olunur.
Mürəkkəb strukturlu verilənlərə bircins, yəni bütün elementləri eyni tipdən olanlar və qeyri-bircins (kombinə edilmiş), yəni müxtəlif tip elementlərdən təşkil olunmuş verilənlər aiddir.
Bircins strukturlu verilənlərə massivlər, sətirlər və çoxluqlar, qeyri-bircins strukturlu verilənlərə isə sadə yazı, variantlı yazı, birləşmə və obyekt tipləri aiddir.
Dinamik strukturlu verilənlər. Dinamik strukturlu verilənlərə fayllar, əlaqəsiz və əlaqəli dinamik verilənlər aiddir.
Fayllar, mətn, tipləşdirilmiş və tipləşdirilməmiş olurlar.
Əlaqəsiz dinamik verilənlər statik strukturlu verilənlərə analoji olaraq təsnif olunur. Əlaqəli dinamik verilənlər isə xətti, dairəvi və budaqlanan struktura malikdir.
Statik strukturlu verilənlərlə iş.
TP-da standart daxiletmə Read, Readln prosedurları, standart xaricetmə isə Write, Writeln prosedurları vasitəsilə həyata keçirilir.
Bu prosedurların yazılış forması aşağıdakı kimidir: Read (fayl dəyişəninin adı, dəyişənlərin siyahısı);
Readln (fayl dəyişəninin adı, dəyişənlərin siyahısı);
Write (fayl dəyişənini adı, xaricedilən elementlərin siyahısı);
Writeln (fayl dəyişənini adı, xaricedilən elementlərin siyahısı)
Standart daxiletmə əvvəldən təyin olunmuş, klaviatura ilə əlaqəli İnput adlı mətn faylından yerinə yetirilir. Standart xaricetmə isə əvvəlcədən təyin olunmuş, monitor ilə əlaqəli Output adlı mətn faylında yerinə yetirilir. Qeyd edək ki, aşağıdakı proqramm fraqmentləri ekvivalentdir:
Readln (İnput, a, b);
Writeln (Output, ‘a = ’, a , ‘ b =’, b) və
Readln (a, b);
Writeln (‘a = ’, a , ‘ b =’, b) ;
Standart daxiletmə və xaricetmə prosedurlarından istifadə edərkən, aşağıdakı nəzərdə tutulur:

  1. Read və Readln prosedurları ilə yalnız tam, həqiqi, simvol və sətir tipli

verilənlər oxunur

  1. Write və Writeln prosedurları ilə yalnız tam, həqiqi, simvol, sətir və bull tipli

verilənlər xaric edilir.
Ədədlər formatsız və formatlı şəkildə cap oluna bilər.
Formatsız capda verilənlər xaricetmə əmrində bir-birindən vergüllə ayrılmış şəkildə verilir.
Formatlı çapda isə dəyişənlərin adı ilə yanaşı, cap formatı da verilir:
< dəyişənin adı > : 1-ci tam ədəd : 2-ci tam ədəd
1-ci tam ədəd çap üçün sahənin uzunluğunu;
2-ci tam ədəd isə çap olunan ədəd həqiqi olduqda yazılır və onluq kəsrdəki rəqəmlərin sayını göstərir.
İstifadəçi tipləri
Pascal proqramlaşdırma dilində baza tiplərdən əlavə verilənlərin digər tiplərini də yaratmaq mümkündür. Proqramlaşçılar tərəfindən yaradılan bu tiplər istifadəçi tipləri yaxud
düzəltmə tiplər adalnırlar.
Sadalanan tip.
Sadalanan tip, alacağı qiymətlər proqramçı tərəfindən müəyyənləşdirilən yeni tip verilənlər tərtib etməyə imkan verir.
Sadalanan tipin elementləri mötərizə içərisində aralarında vergül işarəsi olmaqla yazılır.
Məsələn,
type
həftə = (b_e, ç_a, Ç, c_a, c, s, b); var`
1-ci, 2-ci: həftə;
Həftə tipində həftənin günlərinin adı göstərilir, sonra isə 1-ci və 2-ci-nin həftənin günləri olduğu verilir.
Tipin hər bir elementi bir identifikatordur. Eyni identifikator müxtəlif tiplərin elementi ola bilməz.
Sadalanan tip sıra tiplidir. Onun elementlərinə nizamlanmış sabitlər kimi baxmaq olar, və onları müqayisə etmək olar. Hərbir elementin sıra nömrəsi Ord funksiyası ilə təyin edilə bilər. Bu tipin elementlərinə Pred və Succ funksioyaları tətbiq oluna bilər.
Məsələn:
Ord (c_a) =2, Pred (s) = c, Succ (s) = b
Sadalanan tipin elementlərinə hesab əməlləri tətbin oluna bilmir, həmçinin onları daxil və çap etmək olmaz.Pascalda yalnız tam, həqiqi, simvol və sətir tipli verilənləri daxil etmək olar. Sıra tipli (tam, məntiqi, simvol, sadalanan tiplər) hər hansı dəyişənin dəyişmə intervalını məhdudlaşdırmaq istədikdə interval tipindən istifadə olunur. Buna bəzən məhdud tip və ya diapozon tipi də deyilirlər. İnterval tipinin təsvirində bərabərliyin solunda tipin adı, sağında isə bir-birindən iki yanaşı nöqtə ilə ayrılan interval sərhədləri göstərilir. Sərhəd elementləri hər hansı sıra tipii verilən olmalıdır. Məsələn:
tupe
t = 0…….60;
Gün = b_e …….s;
Rəqəm = 0……..9;
Hərf = ‘a’ …….’z ‘; var
x : t; y: Gün; t: Rəqəm;
yaxud
var
Y1: b_e …….s; m: -5…….5;

Sıra tipləri


Tam, məntiqi, simvol və sadalanan tiplər sıra tipləri adlanırlar. Bu tipləri nizamlı tiplər də adlandırırlar. Srıa tipləri aşağıdakı xassələrə malikdirlər:
1.Sıra tipin elementləri 0-dan başlayaraq nömrələnirlər. tiplərində elementlərin sıra nömrələri öz qiymətləridir.
2.Sıra tipli istənilən elementin sıra nömrəsi Ord funksiyası vasitəsilə təyin oluna bilər.
3.Pred funksiyası, funksiyasının arqumentindən əvvəlki elementi göstərir. Bu element birinci elementdirsə, onda sonuncu elementi göstərir.
4.Succ funksiyası, funksiyanın arqumentindən sonrakı elementin göstərir. Əgər, bu element sonuncu elementdirsə, onda, birinci elementi göstərəcək.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin