Alqoritm, xassələri və təsvir üsulları


İnterval tipli verilənlər



Yüklə 2,19 Mb.
səhifə10/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   125
aminlazım

İnterval tipli verilənlər.Nizamlı çoxluğun məhdud alt çoxluğunu ədədi interval şəklində təyin etmək olar . Pascal da belə tipli verilənlər interval tipli verilənlər adlanır və proqramın tipləri bölməsində aşağıdakı şəkildə təsvir olunur. Type
Interval_tipin_adı=const1..const2;
Var
İnterval_tipli_dəyişənin_adı :interval_tipin_adı;
Bu tipli dəyişənlər Type açar sözündən istifadə edilmədən də,dəyişənlərin Var bölməsində aşağıdakı şəkildə təsvir olunur. Var
Interval_tipli_dəyişən : (const1..const2);
Burada intervaltipin adı-interval tipə verilmiş şərti ad
Interval tipli dəyişənin adı-proqram icra edilən zaman sabitlərin mənsub edildiyi dəyişəni Const1..const2 isə konstantların min və max qiymətləri olub , iki nöqtə ilə ayrılmaqla intervalı bildirirvə const1 const2 olmaqla tam,məntiqi,simvol və ya sadalanan tipli konstantlar ola bilər.
Stаndаrt və sаdаlаnаn tiplər birlikdə skаlyаr tip аdlаnır.
real tipdən bаşqа iхtiyаri skаlyаr tip üçün yeni – intervаl tip yаrаtmаq olаr. Bu dа skаlyаr tipə аiddir.
Tiplər bölməsində stаndаrt tiplərdən bаşqа, bütün tiplər e’lаn olunmаlıdır. Əgər proqrаmdа yаlnız stаndаrt tipli kəmiyyətlərdən istifаdə olunаrsа, e’lаnlаr bölməsinin tiplərə аid hissəsi olmur.
Konstantlar. Proqramda konstantlar açıq şəkildə qiyməti və işarə edildiyi adla
(identifikatorla) verilir. Adı ilə verilən konstant verilənlərin təsviri bölməsində Const açar sözü ilə təsvir olunur Const ad=qiymət ;
Burada const-konstant,sabit mənasını verir
Ad-sabitin işarə edildiyi identifikatoru
Qiymət-identifikatora aid edilən konstantın qiymətini bildirir.
Pascal dilində eyni və ya müxtəlif tipli bir neçə konstantı Const açar sözündən bir dəfə istifadə etməklətəsvir etmək olar. Bu zaman proqramın oxunuşunu asanlaşdırmaq üçün
Const açar sözünü ayrıca sətirdə yazmaq məqsədəuyğun hesab edilir. Məsələn
Const
A=18; (*tam tipli konstant*)
Pi=3.1415; (*həqiqi t.*)
N= “X”; (*simvol t.*)
S=`true`; (*məntiq t.*)
Proqramda hər bir sabidə bir identifikator uyğun gəlir və identifikator təyin olunduqdan sonra ondan istifadə olunur
TP – də əməliyyatlar.
Əməliyyatlar yerinə yetirdikləri əməllər görə aşağıdakı qruplara bölünür:

  1. Hesab əməliyyatları :


    1. unar : +, -

    2. binar : +, -, *, /, div, mod


  1. Münasibət əməliyyatları :

= , < > , < , > , < =, > =

  1. Məntiqi əməliyyatlar (Bul) :

not, and, or, xor

  1. İnformasiya bitləri üzrə əməliyyatlar:

Pot, and, or, xor, shl, shr

  1. Sətir əməliyyatı (konkatenasiya):

+
6.Çoxluqlar üzrə əməliyyatlar:
+, -, *, in , < = , > =
7.Ünvan əməliyyatı:
@
Binar əməliyyatlar aralarında əməliyyat simvolu olaraq, iki operatorlardan ibarət olur.
Məsələn, (15 6)  7, a and b, x or y
Hesab əməliyyatları
Hesab əməliyyatları yalnız həqiqi və tam tipli kəmiyyətlərə tətbiq olunur. Bunlar binar və unar əməliyyatlara bölünür.
Unar «+» əməliyyatı tam yaxud həqiqi ədədin qarşısında qoyulur və qiymətə heç bir təsir etmir.
Unar «-» əməliyyatı tam və ya həqiqi ədəd qoyulur və qiymətin işarəsini dəyişir.
Binar hesab əməliyyatları üçün aşağıdakı cədvəli vermək olar:

Əməl




Əməliyyat

Operatorun tipi

Nəticənin tipi

+




toplama

tam, həqiqi

tam, həqiqi

-




çıxma

tam, həqiqi

tam, həqiqi

*




vurma

tam, həqiqi

tam, həqiqi

/




bölmə

tam, həqiqi

həqiqi

div




tam bölmə

tam

tam

mod




Bölmədən alınan qalıq

tam

tam

Məsələn:


6 div 7 = 0

8 mod 4 = 0






15 div 2 = 7

15 mod 2 = 1




( 27 div 4) * 3 + (13 mod 5) = 6 * 3 + 3 =21
Münasibət əməliyyatları
Münasibət əməliyyatlarının nəticəsi Bull qiymətləridir (true, false). Sətir qiymətlərinin müqayisəsi ASCII –nin simvollar üzrə həyata keçirilir.
Göstərici tiplərin müqayisəsində yalnız = və < > əməliyyatlarından istifadə edilir.
Münasibət əməliyyatları:
= , < > , < , > , < =, > =. Misal:

İfadə:

Nəticəsi:

10 = 15

false

5 < > 5

false

‘a’ = ‘a’

true

‘GDU’ < ‘ ziba’

true

‘beta’ > ‘ b’

true


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin