Turbo PAscal dilinin elementləri. İstənilən təbii dil simvollar, söz, sözbirləşmələri və cümlələrdən ibarətdir. Proqramlaşdırma dillərində də buna analoji elementlər var. Bunlar simvollar, sözlər, ifadələr (sözbirləşmələri) və operatorlardır(cümlələr). Bunlar danışıq dili olmayan Turbo Pascal proqramlaşdırma dilinə də aiddir. Dilin əlifbasına aşağıdakılar aiddir:
A-dan Z-ə kimi böyük və a-dan z-ə kimi kiçik latın hərfləri
9.Xidməti(açar) sözlər. Bütün proqramlaşdırma dillərində olduğu kimi Turbo Pascal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz. Buna görə də identifikatorun yazılışında xidməti sözlərdən istifadə etmək olmaz.
Bunlardan : begin, end, read, write, if və s.
İdentifikatorlar. İdentifikator rəqəm, hərf və altından xətt çəkmə «- » işarələrindən ibarət olmaqla, hərf və ya «- » işarələri ilə başlayır. İdentifikatorda probeldən istifadə olna bilməz, uzunluğu isə ixtiyari ola bilər, kompüter onun ilk 63 simvolunu oxuyur.
Nişanlar. Nişan operatora verilən addır. Turbo Pascalda nişanlar ədəd və simvollar ola bilərlər. Nişan kimi identifikatordan da istifadə oluna bilər və o, operatordan « : » işarəsi ilə ayrılır.
Ədədlər. Turbo Pascalda tam onluq, tam onaltılıq və həqiqi onluq ədədlərdən istifadə olunur. Həqiqi ədədlər iki yazılış formasında təsvir olunur: adi(qeyd olunmuş nöqtəli) və eksponensial (tərtibli, yaxud sürüşən nöqtəli). Tam onluq ədədlər standart şəkildə yazılır, tam onaltılıq ədədlərin isə qarşısında $ işarəsi qoyulur. Məsələn, -273, 468213, $ 0, $ E35, $ 13A4C
Sətirlər. Sətirlər birqat dırnaq işarəsinə alınmış ASCII kodunun simvollar ardıcıllığından təşkil ollunur. Sətirlər proqramın bir sətritnə yerləşdirilməlidir.
Şərhlər. Şərh və ya (* , *) simvolları arasında olan proqramm mətni fraqmentidir ki, kompilyator tərəfindən nəzərə alınmır.
Ayırıcılar. Turbo Pascalda ayırıcı kimi aşağıdakı simvollardan istifadə olunur:
- probel, tabulyasiya, növbəti sətrin başlanğıcına keçid (Enter,)
Turbo Pascalda bunlardan başqa ASCII-nin 0 ilə 31 kodu arasındakı idarəedici simvollardan da ayırıcı kimi istifadə olunur.
TP- Proqramın strukturu Turbo Pacsal dilində proqramın sttrukturunu aşağıdakı kimi vermək olar:
Proqram proqramın adı; {Proqramın başlığı}
{İstifadə olunan modulların təsviri bölməsi}
Uses İstifadə ollunan modulların siiyahısı;
{Təsvirlər bölməsi}
Standart Pascaldan fərqli olaraq TP-da proqramın başlığı və istifadə olunan modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığa dəyişmək olar, lakin standartda nəzərdə tutulan ardıcıllığa riayət etmək məqsədəuyğundur. Yalnız prinsipcə vacib olduqda ardıcıllığı dəyişmək olar.
Proqramın gövdəsi «begin» sözü ilə başlayır və «end» sözü ilə qurtarır, bu «end»dən sonra nöqtə qoyulur.