Alqoritm, xassələri və təsvir üsulları


x : = 5 yazılır və x = 5 olur



Yüklə 2,19 Mb.
səhifə3/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   125
aminlazım

x : = 5 yazılır və x = 5 olur.
Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir:
Məsələnin riyazi qoyuluşu:
Nə verilir – ilkin verilənlərin sadalanması; Nə tələb olunur – nəticələrin sadalanması ; İlkin verilənlərin məhdudiyyət şərtləri.
Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar.
Həll metodu: riyazi modelin optimal istifadə olunması.
Aşağıdakı misala baxaq:
Verilmiş kvadrat tənliyin həlli üçün alqoritm: 1) tənliyin a,b,c əmsallarını daxil etmək;

  1. Db2 4ac ifadəsini hesablamaq;

  2. əgər D<0 olarsa, 5 bəndinə, əks halda 4 bəndina keç;

  3. X1 (bD)/2*a , X2  (bD)/2*a hesablamalı;

  4. hesablamaları qurtarmalı. Son


Kompilyasiya və interpretasiya


Translyasiyanın iki qaydası var: interpretasiya və kompilyasiya. İnterpretasiya – şifahi tərcüməyə oxşayır. Giriş proqramının hər bir təlimatı tərcümə olununur və yerinə yetirilir. Bu qaydada təkrar təlimatlar hər dəfə kodlaşdırılır. Kompilyasiya isə yazılı tərcüməyə bənzəyir. Proqram yerinə yetirilməzdən qabaq proqramın bütün tərcüməsi yığılır.
İnterpretasiya böyük çevikliyə malik olmaqla asan realizə olunur. Kompilyasiya isə daha effektif proqram yaradır.
Proqramçı isə proqramlaşdırma dillərini bilməklə, qarşıya qoyulan məsələnin kompüterdə həllini həyata keçirmək üçün proqram yazır və onu kompüterdə yerinə yetirir.
Proqramlaşmanın bütün dilləri verilənlərin aşağıda göstərilən tipləri ilə ışləməyə imkan verilir:
Tam ədədlər;
Məntiqi ədədlər;
Həqiqi ədədlər;
Simvollar;
Mətn tipli ədədlər;
Birtipli verilənlər cədvəli; Fayllar.
Kompyuterin alqoritmi başa düşməsi üçün proqramlaşdırma dillərindən istifadə edilir. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Əsas alqoritmik baza strukturları
Alqoritm tərtibi prosesində aşağıdakı sadə tələblərin ödənilməsi məqsəduyğundur:

  • alqoritm asan baza düşülən olmalıdır, bu başqasının tərtib etdiyi alqoritlərdən istifadə üçün lazımdır;

  • alqoritm asanlıqla yoxlana bilməlidir;

  • alqoritm yenidən tərtib edilmədən təkmilləşdirilə bilməlidir.

Alqoritmin tərtibinə struktur yanaşmanın əsas prinsiplərini aşağıdakılar təşkil edir:

parçalanmalı və onların hər birinin ancaq bir girişi və bir çıxışı olmalıdr;

  • alqoritmin məntiqi kifayət qədər sadə olan minimal sayda idarəedici baza strukturlarına əsaslanmalıdır.

Alqoritmin qurulmasına struktur yanaşma zamanı bütün alqoritmlər xətti (ardıcılgəlmə), budaqlanan və dövrü (təkrarlanan) strukturlara ayrılırlar. Baza strukturlarına bir giriş və onlardan bir çıxış olur. Baza strukturlarını sxemlər vasitəsilə təsvir etmək üçün funksional blok anlayışını daxil etmək lazımdır.
Funksional blok informasiyanın emalında əmrlərin göstərilməsi üçün qrafik təsviri düzvucaqlı şəklində olan blokdur. Bu əmrlər ya mənimsətmə əmri, ya da bir girişi və bir çıxışı olan əmrlər ardıcılığıdır. Əmrlər düzbucaqlının içərisində yazılır.
Xətti alqoritmdə məntiqi şərtlər olmur və bir hesablama budağına malik olur. Hesablama budağı dedikdə hesablama istiqaməti nəzərdə tutulur. Xətti alqoritm bir-biri ilə əlaqəli bloklar ardıcıllğı şəklində təsvir olunur:




А1




А2







Ан






…..
burada A1, A2, ………., An müxtəlif əməliyyatdardır.
Misal: 1. Tərəfləri a, b, c olan üçbucağın sahəsini hesablamaq üçün alqoritm tərtib edək:

Budaqlanan alqoritmlər – tərkibində məntiqi blok olan hesablama prosesinin təsvir edir. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi blokla təyin edilir. Bu blokda müəyyən kəmiyyətlərin (ilkin verilənlərin, aralıq nəticələrin və s.) bu və ya digər şərti ödəyib-ödəməməsi yoxlanır və nəticədən asılı olaraq, bu və ya digər hesablama istiqaməti seçilir.
İki budaqdan ibarət olan prosesə sadə, ikidən çox budağı olan prosesə isə mürəkkəb budaqlanan struktur deyilir. Blok-sxemdə hər hansı şərtdən asılı olaraq, bütün hesablama istiqamətləri göstərilməlidir. Lakin alqoritmin icrası zamanı istiqamətlərdən yalnız biri üzrə hesablama aparılır.
Alqoritmlərin iki cür budaqlanma strukturu vardır:
Tam budaqlanma və natamam budaqlanma:
Misal . ax2 bxc0 kv. tənliyinin həll alqoritmini verək:

Burada 4-cü blokda D < 0 şərti yoxlanır və nəticədən asılı olaraq ya 5-ci, ya da 6-cı blok seçilir. 5-ci blokda həqiq köklər, 6-cı blokda isə kompleks köklərin həqiqi və xəyalı hissələri hesablanır.
Dövrü alqoritmik strukturlar. Təcrübədə çox rast gəlinən dövrü hesablama proseslərində məsələnin həlli eyni hesablama düsturları ilə dəyişənlərin müxtəlif qiymətləri üçün bir neçə dəfə təkrarən hesablamaların aparılmasını tələb edir.
Hesablama prosesinin təkrar yerinə yetirilən hissəsinə dövr deyilir.
Dövrü strukturlar sadə və mürəkkəb hissəsinə bilər. Sadə struktur bir, mürəkkəb struktur isə bir-birinə daxil olan iki və daha çox dövrdən ibarət olur.

hə yox
Dövr baza strukturuna məntiqi blok (şərtin yoxlanması bloku) və bir funksional blok (A bloku) daxildir. R şərti doğru olduqda A blohku yerinə yetirilir, R yalan olduqda isə dövrdən çıxış alınır. Əgər, R şərti elə hesablama prosesinin əvvəlində ödənilməz və (yalan olarsa) A bloku heç bir dəfə də yerinə yetirilməyəcək. Bu struktur ön şərtli dövr (dövr-hələ) adlanır.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin