Standart tipərin adları əvvəldən təyin olunmuş identifikatorlardır və proqramın isttfnilən yerində iştirak edə bilər.
İstifadəçi tipləri – əlavə abstrakt tiplərdir ki, onları istifadəçi-proqramçı sərbəst təyin edir.
Tiplərin sintaksisi aşağıdakı kimi təsvir olunur: Type identifikator = tip;
Standart tiplər. TP-də standart tiplərə aşağıdakılar aiddir:
1. Tam tiplər:
Pascal dilində ifadələrdə hazır element kimi istifadə olunan əvvəlcədən hazırlanmış altproqram-funksiyalar mövcuddur:
Hesabi funksiyalar:
x - abs (x)
ex exp (x)
x2 - sqr (x)
ln x – ln (x)
x - sqrt (x)
ədədin kəsr hissəsi – frac (x)
arctg x – arctan (x)
ədədin tam hissəsi – int (x)
cos – cos (x)
sin x – sin (x)
- Pi
Tipin çevrilməsi funksiyaları:
chr (x) – ASCII kodunu simvolda çevirir chr (97) high (x) – kəmiyyətin maksimal qiymətini verir; low (x) - kəmiyyətinin minimal qiymətinin verir; ord (x) – sıra tipini tam tipə çevirir; ord ( 'a') 97 round (x) – həqiqi ədədin qiymətini ona yaxın tama yuvarlaşdırır; trunc (x) – həqiqi ədədin tam hissəsi
3.Sıra tipi kəmiyyətləri üçün f-yalar:
odd(x) – x-in tək olmasını yoxlayır, x-təkcə nəticə true, çüt olduqda isə false olur pred (x) – x-dən əvvəlki qiymət succ (x) – x-dən sonrakı qiymət
Turbo Pascal-da adi hesab əməliyyətlarından əlavə div və mod əməliyyatlarından daistifadə olunur.
div - tam bölmə, mod – bölmədən alınan qalığı göstərir.
Məsələn,
5 div 6 = 0; 5 mod 6 = 5;
12 div 4 = 3; 12 div 4 = 0
15 div 4 = 3 15 div 4 = 3
(12 div 5) * 2 + (13 div 2) + (13 mod 5) = 2 * 2 +6+3 =13
İfadələr.Dəyişənlər.Sabitlər. İfadələr. Ədədi ifadələr ədədlərdən,əməl işarələri və mötərizələrin köməyi ilə düzəldilir. Məsələn 2+6,9*6+4... Ədədi ifadələrdə əəllər yerinə yetdikdə alınan sonlu ədəd ədədi ifadənin qiyməti adlanır.
Dəyişənli ifadələr ədəd və dəyişənlərdən əməl işarələri və mötərizələrin köməyi ilə düzəlir. İstənilən dəyişənli ifadədən onun xüsusi halı olan sonsuz sayda ədədi ifadə alınır. Məsələn: 3*x+69 dəyişənli ifadədə x-ə verilən müxtəlif ədədi qiymətlər aldıqda müxtəlif ədədi ifadələr alınır.
Pascal alqoritmik dilində ifadələr soldan sağa bir və ya bir neçə sətirdə ardıcıl yazmaqla konstantlardan,dəyişənlərdən,standart və ya proqramçı tərəfindən təyin ilunmuş funksiyalardan,məntiq əməllərindən,simvollar üzərində əməllərdən,dairəvi mötərizələr və hesab əməl işarələrindən istifadə etməklə tərrib edilir.
Hesabi ifadələr hesabi konstant,dəyişən və funksiyalardaəməl işarələri və mötərizələrib köməyi ilə düzəlir. Eyni tipliverilənlərdən təşkil edilən hesabi ifadənin tipi verilənlərin tipi ilə eyni olur. Giriş verilənləri tam və həqiqi tipli olduqda nəticədə həqiqi tipli çıxış verilən alınır. Pascalda ifadələr aşağıdakı şərtlər əsasında düzəlir.
İfadənin tərkib hissələri eyni sətirdə yazılır.Aşağı və yuxarı indekslərdən istifadə edilmir.
ifadələrin yazılışında ancaq kiçik mötərizədən istifadə olunur, neçə mötərizə açılırsa o qədər mötərizə bağlanmalıdır.
ifadələrin yazılışı zamanı istənilən iki əməl əməliyyat işarəsinin ardıcıl yazılması yol verilməzdir.
hesabi ifadələrin qiyməti hesablanarkən əməliyyatlar soldan sağa olmaqla müəyyən ardıcıllıqla yerinə yetirilir.
Mötərizə daxili qiymət hesablanır Funksiyanın qiyməti hesablanır Not inkar əm.yer.yet.
* və / əm. Yer.yet.
Tam bölmə(Div),qalığın tapılması(Mod) funksiyaları və And məntiqi vurma əməli + ,- və Or məntiqi əm. Münasibət əm.
Məntiqi ifadələr.Bu ifadələr məntiqi konstantvə dəyişənlərdən məntiq əməlləri,münasibət işarələri və mötərizələrin köməyi ilə düzəlir. Bu ifadələr üzərində əməllərin nəticəsində ya doğru(True) ya da yalan(False) qiymətlərindən birini alır.
Məntiqi ifadələrin yazılışında əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir.
Not inkar əməliyyatı
*,/,Div,Mod,And əm.
+,-,Or,Xor əməlləri
məntiq əməlləri
Burada ancaq kiçik mötərizədən istifadə olunur. əvvəlcə mötərizənin içi sonra isə xaricindəki əməl. Yerinə yetirilir.And və Or əməllərindən əvvəl və sonra yazılan ifadələrmötərizələr daxilində yazılır. Məsələn
(A and B) Or (Not A)
DƏYİŞƏNLƏR. Proqramda istifadə olunan dəyişənlər dəyişənlərin təsviri bölməsində təsvir edilir.
Dəyişənləri təsvir etmək üçün
Var
Dəyişənin adı : dəyişənin tipi; yazılışından istifadə olunur. Burada
Var(variable)-dəyişən mənasını
Dəyişənin adı-istifadə edilən bir-birindən “,” ilə ayrılan dəyişənləri
Dəyişənin tipi isə onun hansı tipə aid olduğunu bildirir
Məsələn proqramda is. Edilən tam tipli n dəyişəni bu cür təsvir olunur
Var
N:integer;(*tam tipli dəyişən*)
Proqramda bir neçə eyni tipli dəyişəndən istifadə olunursa ,onları bir-birindən vergüllə ayırmaqla eyni sətirdə yazmaq olar. Var n,x,s : integer;
Dəyişənin təsviri hissəsində müxtəlif tip dəyişənləri eyni var açar sözündən sözündən istifadə etməklə siyahı ilə vermək olar. Məsələn
Var
Z: integer; (*tam tipli*)
X: real; (*həqiqi tipli*)
S : char; (*simvol tipli*)
F: boolean (*məntiqi tipli*)