Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə16/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   125
aminlazım

Misal 2. A(n,m) massivin sətir elementlərinin hasilləri cəminin hesablanması
Proqram M2;
const n =3; m =2;
type matris = array [ 1…n, 1….m] of real; var
A : matris;
i, j : integer;
z, s : real ;
begin
for i:=1 to n do
begin
write (i, ‘- ci sətir elementləri: ‘) ; for j :=1 to m do read (A [i,j]) ;
end ;
S : = 0; for i : =1 to n do begin z : = 1; for j := 1 to n do z : = z * A [i,j] ; s : = s + z ; end;
writeln (‘cəm =’, max, s) ;
readln end.

Yazı tipi


Massivlərdən, çoxluqlardan, fayllardan fərqli olaraq, yazı tipii qeyri-bircins tipdir.
Massiv, çoxluq və fayl öz tərkibinə eyni tip elementləri daxil etdiyi halda, yazı tipinin tərkibinə ixtiyari sayda müxtəlif tipli verilənləri(sadə dəyişənlər, massivlər, çoxluqlar, yazılar və fayllar) daxil edir. Yazıya daxil olan bu verilənlər yazının sahələri adlanır. Yazı tipinin təsvirində record və end xidmət sözlərindən istifadə olunur. Yazı tipinin ümumi yazılış forması aşağıdakı kimidir: type
< identifikator > = record S1 : T1; S2 :T2; ……, Sn: Tn ; end;
Burada Si- yazı sahələrinin adları, Ti isə sahələrin tipləridir. Məsələn:
type
Complex = record Re : real ; İm: real; end
Tarix = record İl : integer ; Ay : 1…..12; gun : 1…..31; end;
Yazı tipi təsvir edildikdən sonra bu tipin dəyişənləri və tipləşdirilmiş sabitləri verilə bilər. Yazı tipli sabitlərin təsvirində yazının bütün sahələrinin qiymətləri tlə bərabər, onların identifikatorları da göstərilir: Məsələn:
var
x, y, z : Complex; Tar : Tarix;
const
Respub: Tarix (İl : 1918; A y :5; Gun : 28);
Dəyişənləri birbaşa yazı tipi vasitəsilə təyin etmək olar:
var
x, y, z : record Re, İm: real; end;
Yazı sahələrinə müraciət bir-biri ilə nöqtə ilə ayrılan dəyişən və sahənin adı vasitəsilə verilir. Məsələn:
x. Re : = 3,8; Y. Re : = - x . Re
x. İm : = 4,5; Y. İm: = x .Re +3;

Variantlı yazılar


Bəzi proqramlarda yalnız bəzi sahələrinə görə bir-bbirindən fərqlənən bir neçə «yazı» dan istifadə etmək lazım gəlir. Belə hallarda proqrammı təşkil edən operatorların sayını azaltmaq, yaddaşa qənaəet etmək, proqramın tərtibini sadələşdirmək və proqramı daha kompakt etmək məqsədilə bir neçə adi «yazı» əvəzinə bir variantlı yazıdan istifadə məqsədəuyğundur.
Variantlı yazı iki hissədən ibarət olur:

  1. Birinci hissə adi yazıdan;

  2. İkinci hissə seçmə əlaməntindən asılı olaraq, varitant

(Case) operatoru vasitəsilə seçilən variantlar siyahısından.
Tutaq ki, iki semestrin imtahan qiymətləri əsasında tələbələrin şəxsi kartoçkasını tərtib etmək lazımdır. Bu iki kartoçka bir-birindən imtahanların adları və alınan qiymətlərə görə fərqlənəcəklər. Tələbələrin ad, soyad və qrup nömrələri isə dəyişməz qalacaq. Hər iki semestrin nəticələrini variantlı yazıdan istifadə etməklə bir yazı şəklində vermək olar: type
String 7 = string [7]; string 20 = string [20];
Qsem 1 = record Riyanal_1 : Byte; İnformatika: Byte;
Fiz : Byte; Tarix : Byte; end;
Qsem 2 = record Riyanal_2: Byte; Xar-dil: Byte; Alq- dil: Byte; Riy-ment: Byte; end;
Tcard = record Ad: string 20; soyad: string 20;
Ata – adı: string 20; Qrup- nom: string 7;
Case semestr : Byte of 1: (Qiymət 1 : Qsem 1);
2: (Qiymət 2 : Qsem 2); end; end;
Qeyd edək ki, variantlı yazıya daxil olan Case operatorundan sonra heç bir yazı sahəsi vermək olmaz.

Yazı sahələrinə With birləşdirici opeartoru vasitəsilə müraciət


Yazılar ilə işi sadələşdirmək və proqramma əyanilik vermək məqsədilə Pascalda xüsusi With birləşdirici operatorundan istifadə olunur. Bu operator qoşma operator adlanır. Operatorun təsvirini ümumi şəkildə aşağıdakı kimi vermək olar:
With < Yazı dəyişəninin adı > do < operator > ;
Əgər, With operatorundan istifadə olunursa, onda yazı sahələrinə müraciətdə bir-birindən nöqtələrlə ayrılmış identifikatorlar zəncirindən təşkil olunmuş ad bütöv göstərilməlidir.
Məsələn:
tupe
t_rec = record A: record
B: record x : char y: byte; end; C: real ; end;
D : string ;
end;
var rec: t_rec;
Burada y sahəsinə 2, C sahəsinə 2,71828 qiymətlərinin mənimsədilməsi tələb olunursa, onu aşağıdakı kimi vermək olar:
rec. A. B.Y: = 2;
rec. A. C : = 2.71828 ;
Sadə halda With birləşdirmə operatoru yazı sahələrinin adlarını aşağıdakı kimi ixtisar etməyə imkan verir:
With rec do
begin
Burada 2 With operatorundan istifadə etmək olar:
With rec do With A do begin
B.Y: = 2;
C: = 2.71828;
end;
Burada rec və A-nın adını bir siyahıda göstərməklə With operatorunun köməyilə yuxarıdakı proqram fraqmentini daha yığcam yazmaq olar:
With rec, A do begin
B.Y: = 2;
C: = 2.71828;
end;
Yalnız X və Y sahələrinə müraciət tələb olunursa, onda bunu aşağıdakı kimi yazmaq olar:
With rec, A, B do begin
x: = ‘5’;
y: = 2; end.
Fаyllаr.
Fаyl, хаrici yаddаşdа аdlаndırılmış hər hаnsı bir sаhədir. Bu fаylın fiziki mövcudluğudur ki, onа görə də onа çoх vахt fiziki fаyl deyirlər.
Digər tərəfdən fаyl proqrаmlаşdırmаdа istifаdə olunаn çoхlu sаydа verilənlər strukturundаn biridir. Bu hаldа fаyl-məntiqi fаyl аdlаnır. Proqrаmlаrdа məntiqi fаyllаr fаyl dəyişəni ilə təsvir olunur.
Fiziki fаylın strukturu informаsiyа dаşıyıcılаrındа аrdıcıl bаytlаrdаn ibаrətdir.
Fаylın məntiqi strukturu prinsipcə mаssivə oхşаyır. Аmmа fаyl və mаssivin bəzi fərqləri vаrdır.
Mаssiv əməli yаddаşdа təşkil olunur və onun elementlərinin sаyı məlumdur. Fаyldа isə proqrаmın işi prosesində elementlərin sаyı dəyişir və o, хаrici yаddаşdа yerləşir. Fаylın sonunа АSCII kodu 26 (Ctrl+Z) olаn Eof simvolu qoyulur.
Fаyllаrın Turbo Pаscаl-dа təsnifаtını аşаğıdаkı kimi vermək olаr:

Qeyd edək ki, tipləşdirilmiş və tipləşdirilməmiş fаyllаrа hər iki mürаciət üsulu mümkündür, mətn fаyllаrınа isə yаlnız аrdıcıl mürаciət etmək olаr.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin