Alqoritm, xassələri və təsvir üsulları


Verilənlərin dəyişən tipi



Yüklə 2,19 Mb.
səhifə9/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   125
aminlazım

Verilənlərin dəyişən tipi. Turbo Pascalada ixtiyari verilən (sabit,dəyişən,ifadə)öz tipi ilə xarakterizə olunur.Tip obyektin ala biləcəyi mümkün qiymətlər çəxluğunu və onlar üzərində yerinə yetiriləcək əməliyyatları təyin edir. Tip təsvirlər bölməsində aşağıdakı şəkildə verilir.
Type Tipin adı = tip;
Burada Type-tip mənasına uyğun gəlir.
Tipin adı –daxil edilən tipinadını(identifikatoru)
Tip isə daxil edilən tipin(nizamlı,həqiqi və s. )adını bildirir.
Məsələn : Type
Int=integer;
B=boolean;
İstifadəçinin tipləri. Proqramçı bəzi məsələlər üçün proqram tərtib edərkən onun məzmununa uyğun olaraq yeni tip verilənlərdən istifadə etməli olur. Yeni tiplər isə verilənlərin standart tiplərinə əsaslanaraq yaradılır. Yaradılan tiplərə verilənlərin sadalanan və interval tipləri deyilir.
Sadalanan tip verilənlər. Pascal dilində məhdud sayda qiymətləri ciddi nizamla təyin olunub saymaqla verilən sadalanan tipli verilənlərdən istifadə olunur. Sadalanan tipli verilənlərhər birinin adı olan konstantlar siyahısından ibarət nizamlı çoxluq olub elementləri dairəvi mötərizələr daxilində bir-birindən vergüllə ayrılmaqla verilir.Sadalanan tipli verilənlər proqramın type təsvirlər bölməsində Type və Var açar sözlərinin köməyi ilə aşağıdakı şəkildə təsvir olunur.
Type
Sad_tipin_adı= (konstantların siyahısı);
Var
Sad_tipli_dəyişən:Sad_tipin_adı;
Sadalanan tipli verilənlər dəyişənlərin təsviri bölməsində belə verilir.
Var
Sad_tipli_dəy : (konstantların siyahısı) Burada Sad_tip_adı- sadalanan tipin qəbul olunmuş adını
Konstantların siyahısı- istifadəçi tərəfindən verilən ,bir-birindən “,” ayrılan və dairəvi mötərizə içərisində yazılan,maksimum sayı 256 olan konstantları
Sad_tip_dəy- proqramın icrası zamanı sabitlərin mənsub edildiyi dəyişəni bildirir.
Məsələn: Type qiymət=(1,2,3,4,5);
Var X: qiymət;
Burada qiymət sadalanan tipin adını 1,2,3,4.5 sadalanan konstantları,X isə bu konstantlardan istənilən birini ala bilən sadalanan dəyişəni bildirir.
Qeyd edək ki, type ilə təyin edilməmiş sadalanan tipləri də Var ilə daxil etmək olar.
Məsələn: Type qiymət-(1,2,3,4,5);
Var X:qiymət;

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin