Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə7/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   125
aminlazım

x2  y2
Misal: z  ifadəsinin hesablamasının Pascal proqramı: 2xy
Proqramın İfadənin_ hesablanması;
var
x, y, z: real; {Dəyişənlərin təsviri} begin
{Proqramın gövdəsinin başlanğıcı }
Write (‘ x, y ədəddlərini daxil edin’) ; {verilənlərin ekrana çıxarılması}
Read ln (x, y) ; {x, y –in qiymətlərinin oxunması }
Z : = (x * x + y * y) / ( 2 * x * y); {ifadənin hesablanması }
Writeln (‘ z =’ , z) {nəticənin ekrana çıxarılması }
end {proqramın sonu }
Proqramlaşdırma dillərinin təsnifatı.
Proqramlaşdırma dilləri aşağıdakı əsas növlərə bölünür:

  • prosedur proqramlaşdırma;

  • funksional proqramlaşdırma;

  • məntiqi proqramlaşdırma;

  • obyektyönlü proqramlaşdırma.

Prosedur proqramlaşdırma dilində proqramm operatorlar ardıcıllığından ibarətdir.
Belə dillər maşınyönümlü və alqoritmik dillər olmaqla iki yerə bölünürlər. Maşınyönümlü dillərdən İkilik dil (maşın dili), assembler dili və makroassembler dilini göstərmək olar. Alqoritmik prosedur dillərinə misal olaraq aşağıdakıları göstərmək olar:
C dili 70-ci ilin əvvəlində UNİX əməliyyat sistemini reallaşdırmaq üçün yaradılmışdır.
Basic - (Beginers All-purpose Symbolic İnstruction Code) 1964-cü ildə proqramlaşdırmanı yeni öyrənənlər üçün yaradılmışdır.
Pascal dili prosedur proqramlaşdırma dilləri içərisində ən çox istifadə olunan dildir. Pascal dili 1970-ci ildə hesablama texnikası sahəsi üzrə ixtisasçı isveçrəli professor Niklou Virt tərəfindən yaradılmışdır.
Funksional proqramlaşdırmanın mahiyyəti A.P. Yerşov tərəfindən verilmişdir. Belə dillərdə skalyar sabitlər, strukturlaşdırılmış obyektlər, funksiyalar, funksiyaların gövdəsi və çağırılması kimi obyektlərin aid olduğu ifadələr əsas rol oynayır. Funksional proqramlaşdırmanın ilk dili LİSP(List Prossesing - siyahıların emalı) 1959-cu ildə ABŞda yaradılmışdır.
Məntiqi proqramlaşdırma süni intellekt sistemlərinin yaradılması zərurətindən meydana gəldi. Məntiqi proqramlaşdırma dillərindən PROLOG (Programming in Logic – məntiqi terminlərlə proqramlaşdırma) dili 1972-cu ildəfransız alimi A.Kolmerol tərəfindən yaradılıb.
Obyektyönlü proqramlaşdırmanın bir çox vasitələri Simula – 67 dilindən götürülmüşdür. Belə dillər obyekt anlayışına əsaslanır və «obyekt = verilənlər + prosedular» dusturu ilə ifadə olunur. Müasir obyektyönlü proqramlaşdırma dillərinə Smalltalk, C++, Object Pascal , Java və s.aiddir.
Turbo PAscal dilinin elementləri.
İstənilən təbii dil simvollar, söz, sözbirləşmələri və cümlələrdən ibarətdir. Proqramlaşdırma dillərində də buna analoji elementlər var. Bunlar simvollar, sözlər, ifadələr (sözbirləşmələri) və operatorlardır(cümlələr). Bunlar danışıq dili olmayan Turbo Pascal proqramlaşdırma dilinə də aiddir. Dilin əlifbasına aşağıdakılar aiddir:

  1. A-dan Z-ə kimi böyük və a-dan z-ə kimi kiçik latın hərfləri

  2. 0-dan 9-a kimi onluq rəqəmlər

  3. münasibət işarələri : = , < , > , < =, > =, < >

  4. hesab işarələri : + , - , * , /

  5. altından xətt simvolu « - » və boşluq (probel) « » 14. xüsusi simvollar: # , ) , @ , { , $ , [ , } , ‘ ] , ( , ^

  1. durğu işarələri : ,  : ; .....

  2. İdarəedici simvollar (ASCII kodu 0-dan 31-ə kimi)

9.Xidməti (açar) sözlər. Bütün proqramlaşdırma dillərində olduğu kimi Turbo Pascal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz.
Buna görə də identifikatorun yazılışında xidməti sözlərdən istifadə etmək olmaz. Bunlardan : begin, end, read, write, if və s.
İdentifikatorlar. İdentifikator rəqəm, hərf və altından xətt çəkmə «- » işarələrindən ibarət olmaqla, hərf və ya «- » işarələri ilə başlayır. İdentifikatorda probeldən istifadə olna bilməz, uzunluğu isə ixtiyari ola bilər, kompüter onun ilk 63 simvolunu oxuyur.
Nişanlar. Nişan operatora verilən addır. Turbo Pascalda nişanlar ədəd və simvollar ola bilərlər. Nişan kimi identifikatordan da istifadə oluna bilər və o, operatordan « : » işarəsi ilə ayrılır.
Ədədlər. Turbo Pascalda tam onluq, tam onaltılıq və həqiqi onluq ədədlərdən istifadə olunur. Həqiqi ədədlər iki yazılış formasında təsvir olunur: adi(qeyd olunmuş nöqtəli) və eksponensial (tərtibli, yaxud sürüşən nöqtəli). Tam onluq ədədlər standart şəkildə yazılır, tam onaltılıq ədədlərin isə qarşısında $ işarəsi qoyulur. Məsələn, -273, 468213, $ 0, $ E35, $ 13A4C
Sətirlər. Sətirlər birqat dırnaq işarəsinə alınmış ASCII kodunun simvollar ardıcıllığından təşkil ollunur. Sətirlər proqramın bir sətritnə yerləşdirilməlidir.
Şərhlər. Şərh və ya (* , *) simvolları arasında olan proqramm mətni fraqmentidir ki, kompilyator tərəfindən nəzərə alınmır.
Ayırıcılar. Turbo Pascalda ayırıcı kimi aşağıdakı simvollardan istifadə olunur:
- probel, tabulyasiya, növbəti sətrin başlanğıcına keçid (Enter,)
Turbo Pascalda bunlardan başqa ASCII-nin 0 ilə 31 kodu arasındakı idarəedici simvollardan da ayırıcı kimi istifadə olunur.
TP- Proqramın strukturu
Turbo Pacsal dilində proqramın sttrukturunu aşağıdakı kimi vermək olar:
Proqram proqramın adı; {Proqramın başlığı}
{İstifadə olunan modulların təsviri bölməsi}
Uses İstifadə ollunan modulların siiyahısı;
{Təsvirlər bölməsi}

label

Nişanların təsviri;

conıt

Sabitlərin təsviri;

type

Tiplərin təsviri;

var

Dəyişənlərin təsviri;

Prosedure Altproqramların təsviri; function

exports begin

Eksport edilən adların təsviri;
operator 1;


operator 2;


…………

end

operator n;



Standart Pascaldan fərqli olaraq TP-da proqramın başlığı və istifadə olunan modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığa dəyişmək olar, lakin standartda nəzərdə tutulan ardıcıllığa riayət etmək məqsədəuyğundur. Yalnız prinsipcə vacib olduqda ardıcıllığı dəyişmək olar.
Proqramın gövdəsi «begin» sözü ilə başlayır və «end» sözü ilə qurtarır, bu «end»dən sonra nöqtə qoyulur.
Misal: z x2 y2 ifadəsinin hesablamasının Pascal proqramı: 2xy
Proqramın İfadənin_ hesablanması; var
x, y, z: real; {Dəyişənlərin təsviri}
begin
{Proqramın gövdəsinin başlanğıcı }
Write (‘ x, y ədəddlərini daxil edin’) ; {verilənlərin ekrana çıxarılması}
Read ln (x, y) ; {x, y –in qiymətlərinin oxunması }
Z : = (x * x + y * y) / ( 2 * x * y); {ifadənin hesablanması }
Writeln (‘ z =’ , z) {nəticənin ekrana çıxarılması }
end {proqramın sonu }

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin