Mürəkkəb dövrlər. Praktiki məsələləlr əksər hallarda daxilində dövrü strukturlar olan mürəkkəb dövrü proseslər şəklində verilir. Daxili dövrlər ya müstəqil şəkildə, ya da biri digərinin içərisində xarici dövrə daxil ola bilərlər.
Dövrlərin birinin digərinə daxil olmasının sayı məhdudlaşdırılmır. Sadə dövrü strukturları kombinasiya edərək lazımi mürəkkəb struktur almaq olar. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır :
- daxili dövrlərin, parametrlərinin başlanğıc qiymətləri dövrə daxil olana qədər hazırlanmalıdır;
- daxili dövrdən xarici dövrə çıxış daxil bitdikdən sonra və ya hər hansı şərtin ödənməsi nəticəsində yerinə yetirilir;
- xarici dövrdən daxili dövrə yalnız onun başlanğıcı vasitəsilə daxil olmaq mümkündür;
- xarici və daxili dövrlərin parametrlərinin eyni adlandırılmasına yol vermək olmaz