Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 121,26 Kb.
səhifə4/5
tarix22.12.2022
ölçüsü121,26 Kb.
#77369
növüYazı
1   2   3   4   5
Alqoritm1

Xətti alqoritmdə məntiqi şərtlər olmur və bir hesablama budağına malik olur. Hesablama budağı dedikdə hesablama istiqaməti nəzərdə tutulur. Xətti alqoritm bir-biri ilə əlaqəli bloklar ardıcıllğı şəklində təsvir olunur:
.
burada A1, A2, ………., An müxtəlif əməliyyatdardır.
Misal: Tərəfləri a, b, c olan üçbucağın sahəsini hesablamaq üçün alqoritm tərtib edək:

Budaqlanan alqoritmlər – tərkibində məntiqi blok olan hesablama prosesinin təsvir edir. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi blokla təyin edilir. Bu blokda müəyyən kəmiyyətlərin (ilkin verilənlərin, aralıq nəticələrin və s.) bu və ya digər şərti ödəyib-ödəməməsi yoxlanır və nəticədən asılı olaraq, bu və ya digər hesablama istiqaməti seçilir.
İki budaqdan ibarət olan prosesə sadə, ikidən çox budağı olan prosesə isə mürəkkəb budaqlanan struktur deyilir. Blok-sxemdə hər hansı şərtdən asılı olaraq, bütün hesablama istiqamətləri göstərilməlidir. Lakin alqoritmin icrası zamanı istiqamətlərdən yalnız biri üzrə hesablama aparılır.
Alqoritmlərin iki cür budaqlanma strukturu vardır:
Tam budaqlanma və natamam budaqlanma:
Misal. ax2 + bx + c = 0 kvadrat tənliyinin həll alqoritmini verək:

Burada 4-cü blokda D < 0 şərti yoxlanır və nəticədən asılı olaraq ya 5-ci, ya da 6-cı blok seçilir. 5-ci blokda həqiq köklər, 6-cı blokda isə kompleks köklərin həqiqi və xəyalı hissələri hesablanır.
Dövrü alqoritmik strukturlar. Təcrübədə çox rast gəlinən dövrü hesablama proseslərində məsələnin həlli eyni hesablama düsturları ilə dəyişənlərin müxtəlif qiymətləri üçün bir neçə dəfə təkrarən hesablamaların aparılmasını tələb edir. Hesablama prosesinin təkrar yerinə yetirilən hissəsinə dövr deyilir. Dövrü strukturlar sadə və mürəkkəb hissəsinə bilər. Sadə struktur bir, mürəkkəb struktur isə bir-birinə daxil olan iki və daha çox dövrdən ibarət olur.

Hə Yox
Dövr baza strukturuna məntiqi blok (şərtin yoxlanması bloku) və bir funksional blok (A bloku) daxildir. R şərti doğru olduqda A blohku yerinə yetirilir, R yalan olduqda isə dövrdən çıxış alınır. Əgər, R şərti elə hesablama prosesinin əvvəlində ödənilməz və (yalan olarsa) A bloku heç bir dəfə də yerinə yetirilməyəcək. Bu struktur ön şərtli dövr (dövr-hələ) adlanır.
Misal. cəminin hesablanmasına baxaq.

3–cü blokda iS dəyişənlərinə ilkin qiymətlər mənimsədilir. 4-cü blokda i parametrinin n-i aşıb-aşmadığı yoxlanılır. i ≤ n ödəndikdə S = S+ i2 mənimsədilir və i = i + 1 blokuna keçilir, yəni parametrin qiyməti bir vahid artırılır və şərtin yoxlanmasına qayıdılır. Bu proses şərt pozulana qədər davam etdirilir. Bundan əlavə daha iki dövr strukturundan istifadə olunur: son şərtli (dövr qədər) dövr və parametrli dövr.
Son şərtli dövr. Bu strukturda təkrarlanma şərti A blokundan sonra yerləşir.

R

Bu halda R şərti dövrün başa çatması şərti adlanır.
Burada A bloku məntiqi blokdan əvvəl yerləşdiyindən heç olmasa bir dəfə yerinə yetiriləcək. Qeyd edək ki, dövrün gövdəsi adlanan A blokunda şərtin parametrini dəyişən hər hansı bir əmr (blok) olmalıdır.
cəminin hesablanması üçün son şərtli dövrü alqoritm tərtib edək:

Parametrli dövr strukturu dövrün təkrarlanmaları sayı əvvəlcədən məlum olduqda əlverişlidir. Dövrün başlanğıcında parametrin ilk və son addımı, parametrin ilk və son qiymətləri göstərilir.

Məsələn, i = 1, n, h bu o deməkdir ki, i parametri 1-dən n-ə qədər h addımı ilə dəyişir.
Yuxarıda baxdığımız misalda addım 1- ə bərabərdir. Qeyd edək ki, addım 1- ə bərabər olduqda onu blokda göstərməmək də olar.

Yüklə 121,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin