Mövzu8
Dəyişənlər. Mənimsətmə əmri
Plan :
Dəyişənlər
Mənimsətmə əmri
Dəyişənlər-xaricet əmri ilə biz məlumatları ekranda çap etməyi örgəndik. İndi isə biz proqramın məlumatları nə cür yadda saxlaması və onlarla işləməsi ilə tanış olacayıq. Proqram hər- hansı məlumatı yadda saxlamaq üçün dəyişənlərdən istifadə edir. Hər bir dəyişəni elan edərkən yaddaşda onun üçün yer ayrılır.Dəyişəni elan etmək üçün əvvəlcə onun tipini göstəririk, daha sonra isə dəyişənin adını yazıb, sonda nöqtəvergül qoyuruq.
tip dəyişən;
Əsrin dilində 3 standart tip təyin olunub: tam, kesr və simvol . Bu tiplər müvafiq olaraq tam, kəsr və simvol tipli məlumatlarla işləmək üçün istifadə olunur. Misal üçün tam tipdən dey1 adlı dəyişən elan etmək istəsək, kod belə olar: tam dey1 ;
Eyni tipdən bir neçə dəyişən elan etmək istəsək onları həm ayrı-ayrı, həm də vergüllə ayıraraq bir elan sətrində yerləşdirə bilərik:
tip dəyişən1, dəyişən2, dəyişən3 ;
Bəs dəyişənə nə cür adlar verə bilərik?Dəyişənlərə ad verərkən aşağıdakı qaydalara əməl etməliyik: Dəyişən adı hərflə başlamalıdır
Dəyişənin adında yalnız hərf, rəqəm və _ simvolundan istifadə edə bilərik.Eyni funksiya və ya sinif daxilində(funksiya və siniflərlə irəlidə tanış olacayıq) eyni adı iki dəyişənə vermək olmaz.Açar sözlərdən, tip adlarından dəyişən adı kimi istifadə etmək olmaz: proqram, var, dovr, xaricet v.s. Hətta a hərfi də əsrin dilində açar söz olduğundan (dovr əmrinda, irəlidə tanış olacayıq) a adlı da dəyişən elan etmək olmaz.Dəyişən adlarında ə,ü,ö,ı,ş,ç,ğ (kiçik və böyük) hərflərdən istifadə etmək olmaz.Aşağıdakılar düzgün dəyişən adlarıdır: x, S1, z45, q r2. Aşağıdakı adlar isə düzgün dəyişən adı deyil: 1x, y-t v.s.Dəyişən elan etdikdən sonra ona müxtəlif qiymətlər mənimsədə bilərik. Bunun üçün mənimsətmə əmrindan istifadə olunur.
Mənimsətmə əmri-Mənimsətmə əmri dəyişənə yeni qiymət mənimsətmək üçün istifadə olunur. Bu zaman onun əvvəlki qiyməti silinir və onun yerinə yenisi yazılır. Mənimsətmə əmrinun sintaksisi aşağıdakı kimidir:
Dəyişən = Qiymət ;
Gördüyümüz kimi mənimsətmə əmri 3 hissədən ibarət olur: Dəyişən, bərabərlik simvolu və Qiymət. Sonda isə bütün operatorlarda olduğu kimi nöqtəvergül simvolu. Burada mahiyyət aşağıdakından ibarətdir: Bərabərliyin sağ tərəfində dayanan Qiyməti sol tərəfdə dayanan dəyişənə mənimsət. Başqa sözlə əvvəlki qiymətninin nə olmasından asılı olmayaraq bu operatordan sonra dəyişən bərabərliyin sağ tərəfində yazılan qiyməti alır. Bu deyilənləri kod ilə aşağıdak kimi göstərək. x dəyişəninə 5 qiyməti vermək istəsək, yazarıq:
x = 5;
Qrafiq olaraq dəyişənin elanın və oan qiymət mənimsədilməsini aşağıdakı kimi təsvir edə bilərik:
Əvvəlcə x ədyişənin elan edirik: tam x;
Yaddaşda x dəyişəni üçün yer ayrılır:
x dəyişəninə qiymət mənimsətdirik: x = 5;
Dostları ilə paylaş: |