Mövzu10
Hesablama əmrləri.Qalıq emri-%. Bölmə əmri. Kəsr və tam tip.Simvol və tam tip
Plan :
Hesablama əmrləri
Qalıq emri-%.
Bölmə əmri
Kəsr və tam tip.Simvol və tam tip
Hesab əmrlərinin bəziləri ilə biz tanışıq, aşağıda isə tam siyahı və əlavə məlumat verilib. Əsrin dilində aşağıdakı hesab əmrləri təyin olunub:
+
|
Üstəgəl
|
-
|
Çıxma
|
*
|
Vurma
|
/
|
Bölmə
|
%
|
Qalıq
|
Üstəgəlmə, Çıxma və Vurma əmrləri ilə biz artıq tanışıq. Onlar tam və kesr tipli dəyişənlərə eyni qayda ilə tətbiq olunur.
Qalıq əmri - %
tam x, y, q;
xaricet("Iki eded daxil edin. \y"); daxilet(x, y);
//q-ye x-i y-e bolende alinan
//qaliq hisseni menimsedek q = x % y;
xaricet(x," -i ",y, " -e bolende qaliqda qalir ", q, "\y");
Qalıq əmri bir ifadənin digərinə bölünməsindən alınan qalığı nəticə olaraq qaytarır. Qalıq əmrinin operandları və mənimsədildiyi nəticə tam tipli olmalıdı. Nümunə koda baxaq:
Iki eded daxil edin. 28 5
28 -i 5 -e bolende qaliqda qalir 3
Nəticə:
Bölmə əmri - / iki ifadənin birinin digərinə nisbətini hesablayır və nəticənin mənimsədildiyi dəyişənin tipindən asılı olaraq fərli nəticə verir. Tam tipli dəyişənə
mənimsənəndə ancaq nisbətin tam hissəsini qaytarır. Bu zaman qalığı hesablamaq üçün əlavə qalıq əmrindan - % istifadə etməliyik. kesr tipli dəyişənə mənimsəndikdə isə qalığı onluq kəsr şəklində qaytarır(vergüldən sonra ədədlərlə). Nümunələrə baxaq:
Nümunə: Aşağıdakı kod iki ifadənin bölünməsindən alınan nəticəni tam və kəsr tipli iki müxtəlif dəyişənə mənimsədir.
tam x, y, net1; kesr net2;
xaricet("Iki eded daxil edin. \y"); daxilet(x, y);
//net1 ve net2 -ye x / y -i menimsedek net1 = x / y;
net2 = x / y;
//net ve net2 -ni cap edek xaricet("net1 = ", net1, "\y");
xaricet("net2 = ", net2, "\y");
Nəticə:
Iki eded daxil edin. 253 67
net1 = 3
net2 = 3.776119
İzahı: Gördüyümüz kimi bölməni tam tipli dəyişənə mənimsədəndə qalıq itir, kesr tipli dəyişənə mənimsətdikdə isə yox.
Kesr və Tam tip
Kesr və tam tipdən olan dəyişələri bir –birinə mənimsədə bilərik. Əgər kəsr tipli dəyişəni tam tipli dəyişənə mənimsətsək bu zaman onun yalnız tam hissəsi yeni dəyişənə mənimsədilir. Aşağıdakı koda baxaq:
Dostları ilə paylaş: |