Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə1/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   20
dbt1


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

nəzdində“İNŞAAT” kolleci

Fənnin adı:

Beton və dəmir-beton məmulatların texnologiyası-1



Mühazirəçi: Müəllim Əliyrva Könül Nüsrət qızı


Ədəbiyyat:

1. Şirinzadə İradə "Materiallaşlıq" -2018

2. N. M. Ağabəyli "İnşaat materialları və məmulatları"-2007

3. B.S.Sardarov, Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva,S.M.Əkbərova "Betonşünaslıq"-2017

4.İ.M.Yusufov "Beton və dəmir-beton məmulatların trxnologiyası

BAKI – 2021
Mövzu 1

Beton haqqında ümumi məlumat

Müəyyən nisbətdə seçilib götürülmüş yapışdırıcı maddə, su, xırda və iri doldurucuların mükəmməl surətdə qarışdırılmasından alınan qarışığa beton qarışığı, həmin qarışığın bərkiməsindən alınan süni daş materialına isə beton deyilir.İçərisində polad armatur olan betona dəmir-beton deyilir.

Betonda yapışdırıcı maddə ilə su arasında reaksiya getdiyindən sement daşı əmələ gəlir və doldurucuları bir biri ilə birləşdirir.Buna görə də yapışdırıcı maddə ilə suya aktiv materiallar deyilir.

Xırda və iri doldurucular yapışdırıcı maddə və su ilə kimyəvi əlaqəyə girmir. Bu materiallar betonun skletini təşkil edir və bərkimə zamanı yığışmasını azaldır. Yüngül betonlarda məsaməli doldurucular betonun sıxlığını və istilikkeçirməsini aşağı salır.

Doldurucuların hazırlanmasında yerli dağ suxurlarından və sənaye tullantılarından istifadə edilir və buna görə beton daha ucuz başa gəlir.Belə ki, betonda kütləyə görə 10- 15 %yapışdırıcı maddə, 85-90% isə su və doldurucu olur.

Beton və beton qarışığının xassələrini nizamlamaq üçün onların tərkibinə müxtəlif kimyəvi əlavələr qatılır.Bu əlavələr beton qarışığının tutmasını tezləşdirir, yaxud ləngidir, onu daha plastik və rahat yayılan edir, betonun bərkiməsini sürətləndirir, möhkəmliyini və şaxtayadavamlılığını artırır, digər xassələrini nizamlamağa imkan verir.

Beton inşaat materialı kimi qədim zamanlardan bəri tikintidə tətbiq edilir. Hələ eramızdan 2600 il əvvəl betondan Misir labirintinin tikintisində istifadə edilmişdir. Urarti dövründə günbəzlərin, massiv suvarma qurgularının tikintisində beton konstruksiyalarından istifadə edilmişdir.

Əvvəllər betonda yapışdırıcı maddə olaraq gil,gips,əhəng və bitumdan,

XVIII-XIX əsrlərdən başlayaraq isə hidravlik yapışdırıcılardan :hidravlik əhəng,romansement, sonralar isə portlandsementdən istifadə edilmişdir.

Beton və dəmir-beton müxtəlif tikintilərdə geniş miqyasda işlədilən əsas inşaat materialıdır.Betondan sənaye, mülki və ictimai binaları,habelə kənd təsərrüfatı tikintiləri üçün müxtəlif konstruksiyalar hazırlanır.Hidrotexniki tikililər, körpülər və yol örtükləri üçün də beton ən əsas materialdır.

Betonun belə geniş miqyasda işlədilməsi onun bir sıra müsbət xassələri ilə əlaqədardır. Müxtəlif keyfiyyətli yapışdırıcı maddə və daş materiallarından istifadə etməklə istənilən xassəli beton almaq mümkündür.Çox asan texnoloji üsullarla betondan müxtəlif formalı və ölçülü möhkəm məmulat və konstruksiyalar hazırlamaq olur.

Ölkəmizdə betonun və beton qarışığının xassələrinə qoyulan normalar iki standartla tənzimlənir. EN 206-1;200 Avropa normaları və ГОСТ 7473-2010 MDB normaları. Yəni Azərbaycanda betonlar həm Avropa Standartlarına, həm də MDB ölkələrində qüvvədə olan standartlara əsasən istehsal olunur.



Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin