Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə3/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
dbt1

Yapışdırıca maddənin növündən asılı olaraq sement betonları, slikat beton, gips beton, polimer beton, polimer-sement beton və s. vardır.

Sement betonlarinin hazırlanmasında müxtəlif növ sementlərdən istifadə edilir. Portlandsement və onun müxtəlif növlərindən, eləcə də posalı sement və pussolanlı sementdən hazırlanan betonlar tikintidə geniş tətbiq edilir.

Slikat betonlar əhəng yapışdırıcısı əsasında hazırlanır və hazırlanmış material və məmulatlar hidrotermal şəraitdə (avtoklavda) bərkiyir və bunlardan arakəsmə divarlarında istifadə edilir.

Gips betonlar gips yapışdırıcıları əsasında hazırlanır. Bu beton daxili arakəsmələrin hazırlanmasında istifadə edilir.

Polimer betonda yapışdırıcı maddə olaraq polimerdən istifadə edilir. Polimerlərin əsasını qatranlar (poliefir, epoksid,karbamid və s.) və monomerlər (furfurolaseton və s.)təşkil edir və onlar betonda xüsusi əlavələrin köməyi ilə bərkiyir.Bu cür betonlar aqressiv mühit olan yerlərdə və tökmə döşəmələrin hazırlanmasında tətbiq edilir.

Polimer-sement beton qarışıq yapışdırıcı maddə- sement və polimer əsasında hazırlanır.Polimer kimi suda həll olan qatrandan və lateksdən istifadə olunur.

EN 206-1 standartlarına əsasən sıxlığına görə betonların aşağıdakı növləri vardır:



  1. Çox ağır betonlar. Belə betonların sıxlığı 2600 kq/m3 –dan çox olur və onda doldurucu kimi polad yonqarı, dəmir filizi yaxud barit işlədilir.Bu cür betonlardan xüsusi konstruksiyalarda istifadə edilir.

  2. Adi ağır betonlar. Bu betonun sıxlığı 2100- 2600 kq/m3 olur.doldurucu kimi sıx dağ suxurlarından olan qum, çınqıl və qırmadaş işlədilir. Adi ağır beton inşaat işlərində ən çox işlənən betondur.

  3. Yüngül betonlar. –sıxlığı 800- 2000 kq/m3 olur. Bu cür beton məsaməli dolduruculardan ( süngər, vulkan tufu, posa, keramzit və s.) hazırlanır.

MDB ölkələrində qüvvədə olan standartlarda əlavə olaraq yüngülləşdirilmişçox yüngül betonlar da təsnifləndirilir.Yüngülləşdirilmiş betonların sıxlığı 1800- 2100 , çox yüngül betonların sıxlığı isə 500- 800 kq/m3olur.


Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin