Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə20/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
dbt1

Mövzu 15

Yüngül betonlar

Adi betonun istilikkeçirmə əmsalı yüksək olduğundan (λ=1,2–1,5 Vt/(m∙0C)) istiləndirilən binaların divarlarını və istiliyi az keçirmək tələb olunan başqa bina hissələrini onunla tikmək mümkün deyildir. Bunun üçün istiliyi pis keçirən yüngül betonlar hazırlanır.

Sıxlığı 500-1800 kq/m3olan betona yüngül beton deyilir. Təyinatına görə yüngül betonların aşağıdakı növləri vardır:


  1. İstilik-izolyasiya betonları. Belə betonların sıxlığı500 kq/m3-dan istilikkeçirmə əmsalı 0,17 Vt/(m∙0C)-dən az olur.Laylı konstruksiyalarda qızdırıcı və səsuducu material kimi tətbiq edilir

  2. Konstruktiv izolyasiya betonları.Bu cür betonların sıxlığı 500-1400 kq/m3, istilikkeçirmə əmsalı 0,23-0,64 Vt/(m∙0C)olur.Binaların hasarlayıcı konstruksiyalarının əsas materialı kimi işlədilir.

  3. Konstruktiv betonlar. Bu növ betonların sıxlığı 1400- 1800 kq/m3 olur.Onlardan yüngül yükdaşıyıcı dəmir-beton konstruksiyaların hazırlanmasında istifadə edilir.

Yüngül büton doldurucuları xüsusiyyətlərinə görə adi beton doldurucularından əsaslı surətdə fərqlənir. Məsaməli doldurucuların tökmə sıxlığı sıx suxurların tökmə sıxlığından az olur. Onların möhkəmliyi çox vaxt betonun möhkəmliyindən az,səthləri girintili-çıxıntılı olur.

Yüngül betonun möhkəmliyinin asılı olduğu əsas amil suyun sərfidir. Suyun sərfi optimal qiymətə qədər artdıqda betonun möhkəmliyi artır. Optimal miqdardan çox olduqda sement daşının çıxlığı azalır və bu da betonun möhkəmliyinin azalmasına səbəb olur.



Yüngül betonda doldurucu olaraq keramzit çınqılı, keramzit qumu, posa süngəri, köpdürülmüş perlit və obsidan, köpdürülmüş vermikulit,aqloporit, Yapışdırıcı maddə olaraq portlandsement, posalı portlandsement və tezbərkiyən portlandsement işlədilir. Əlavə kimi narın üyüdülmüş domna posaları ,dolomit, trepel, opoka, tuf, və süngər istifadə olunur. Bərkiməni tezləşdirmək üçün sementin kütləsinin 1-2 %-i qədər kalsium- xlorid,sıxlığını artırmaq üçün məsaməəmələgətirici kimi alüminium tozu ,perhidrol və digər əlavələr istifadə edilir.
Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin