Sərbəst İş N3 Mövzu: Torpağın mexaniki tərkibi



Yüklə 16,63 Kb.
tarix24.11.2019
ölçüsü16,63 Kb.
#29681
torpağın mexaniki tərkibi

Sərbəst İş N3

Mövzu: Torpağın mexaniki tərkibi

Torpaq müxtəlif dərəcədə xırdalanmış mineral və təsir göstərir. Bunları düzgün tənzim edə bilmək üçün torpağın mexaniki tərkibini öyrənmək lazım gəlir. Məs: qumlu torpaq struktursuzdur, üzvi və kül maddələrindən kasıbdır, lakin yaxşı su keçirəndir, asan becərilir. Gilli topraqlar əksinə suyu pus keçirir, zəif aerasiyalıdır, çətinliklə becərilir, gilli qaysaq (qabıq) əmələ gətirir, lakin kül elementlərindən zəngindir. İstehsalat nöqteyi nəzərindən gillicəli torpaqlar ən yaxşı torpaqlar hesab olunur. Torpağın mexaniki tərkibini müəyyən etmək üçün bir sıra üsullar irəli sürülmüşdür. Torpağın mexaniki tərkibini təyin etməyin ən sadə üsulu onun tarla şəraitində diaqnostik əlamətlərə görə təyin edilməsidir. Bunun üçün torpağın gözəyarı şəkildə (fəhmlə) quru təbii halda ovucun içində əzir , yaxud yaş halda torpaqdan qaytan (şnur) düzəldib əyməklə müəyyən edirlər. Bu məqsədlə hər genetik qatdan bir az torpaq götürüb xəmir kütlə halına salmalı, ondan diametri 1-2 sm olan kürəciklər düzəltməli və bu kürəciklərdən eşib şnur hazırlamaq lazımdır. Hərgah torpaq gillidirsə eşilmiş şnurdan əyib dairə düzəltmək olur və bu dairə üzərində çatlar əmələ gəlmir. Hərgah gillicəlidirsə torpaqların şnurundan dairə düzəldərkən o çatlayır və sınır. Qumsal və qumlu torpaqlardan şnur düzəltmək mümkün olmur, ya da umac kimi ovulur. Aydın məsələdir ki, belə təyinatlar torpağın mexaniki tərkibi haqqında müəyyən təsəvvür yaratsa da, dəqiq olmur. Mexaniki tərkibi ancaq laboratoriyada analiz aparmaqla dəqiq müəyyən etmək mümkündür. TorpağınTorpağın strukturası mexaniki elementləri qum, toz və gil hissəciklərinin öz aralarında elementləşmiş aqreqat hissələridir. Tarlada kəsimdən torpağı qazıb atarkən onun təbii halda ayrı-ayrı struktur dənələrinə ayrılmaq qabiliyyətinə torpağın strukturluğu deyilir. Lakin müxtəlif formada, müxtəlif ölçüdə (böyüklükdə), müxtəlif məsaməlikə və bərklikdə kolloid maddələrilə kleyləşmiş ayrı-ayrı dənələr (hissələr) isə onun strukturası adlanır.

Torpaqda üç qrup struktur ayrılması (aqreqatları) fəqləndirirlər, mikroaqreqatlar - ölçüsü 0,25 mm-dən kiçik, mezoaqreqatlar - 0,25-7 (10) mm, makroaqreqatlar -7 (10) mm-dən böyük.

Torpağın strukturası torpaq münbitliyinin mühüm şartı olub, onun su –hava və istilik rejiminə əhəmiyyətli dərəcədə təsir göstərir və həm də aqrotexniki və meliorativ tədbirlər aparılma karakterini müəyyən edir.

Torpaq strukturunun formaları, ölçüləri və keyfiyyət tərkibi müxtəlif torpaqlarda onların müxtəlif dərinliklərində eyni olmur. Torpaq strukturası haqqında təlim P.A.Kostıçev, V.R.Vilyams, N.A.Kaçinski və b. tərəfindən yaradılmışdır. TorpağınTorpağın strukturası və onun aqreqat formaları morfoloji cəhətdən S.A.Zaxarov tərəfindən daha dəqiq işlənmişdir. O, torpaq strukturunun əsas üç formasını fərqləndirmişdir: 1) kub şəkilli, 2) prizma şəkilli, 3) plitəvari (lövhəşəkilli).

Göstərilən bu tiplər öz tilləri və ölçülərinə görə daha kiçik struktur növlərinə bölünür.



Bəzən struktur növləri ancaq müəyyən torpaq tipi və qatları üçün səciyyəvidir. Misal üçün, dənəvər struktura çürüntüsü çox olan, udma kompleksi kalsiumla zəngin olan torpaqlar (xüsusilə qara torpaq) üçün xasdır. Meşə torpaqlarında əsas üstünlük təşkil edən struktura qozvari strukturasıdır. Sütunvari və prizmaşəkilli strukturanın əmələ gəlməsi torpağın kolloidal hissəsində udulmuş natrium peptizasiya təsiri ilə əlaqədar olub, şorakət torpaqlar üçün səciyyəvidir. Lövhəşəkilli, yaxud vərəqvari struktura ən çox yuyulmuş qatlar üçün xas olub, əksər hallarda podzollu, şorakətvari və solodlaşmış torpaqlarda təsadüf edilir.

Torpaqda çox zaman struktura “qarışıq” halda ola bilir. Belə halda torpağın strukturası iki adla ifadə olunur.Məs, topavari-qozvari, dənəvari-topovri, topavari-kəltənli və s. Lakin unudulmamalıdır ki, burada üstünlük təşkil edən struktur adı axıra salınmalıdır. Strukturanın düzgün təyin edilməsi torpağın az nəmli halında olur. Daha çox islanmış yaş torpaqda hissəciklər şişdiyindən strukturanı fərqləndirmək xeyli çətin olur. Belə halda, əsas kəsimlər üzrə torpağın strukturasını iki dəfə təyin edirlər: biri çöldə, yəni təbii islanma dövründə, digəri, götürülmüş nümunələr tam qurulduqdan sonra. Torpağın strukturası onun mexaniki tərkibi və qismən üzvi maddələri ilə sıx əlaqədardır.
Yüklə 16,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin