Beton üçün istifadə olunan sularda bəzi qarışıqların miqdarına qoyulan
Normalar (EN 206-1. 2000)
Suda olan maddələr
|
Maksimum miqdarı, mq/L
|
Kükürd
|
2000
|
Şəkər
|
100
|
Natrium (NO3)
|
100
|
Fosfatlar (P2O3)
|
500
|
Qurğuşun Pb2+
|
100
|
Sink (Sn2+)
|
100
|
Mövzu 4
Doldurucular: Qum
Betonun həcminin 80%-ni doldurucular təşkil edir və onlar betonun xassələrinə ,uzunömürlülüyünə və dəyərinə müəyyən təsir göstərir.Doldurucular tətbiq etməklə sement sərfini azaltmaq olur. Eyni zamanda doldurucular betonun texniki xassələrini yaxşılaşdırır.Yüksək möhkəmlikli doldurucular betonda sərt skelet əmələ gətirir,onun möhkəmliyini və deformasiya modulunu artlrır.
Betonda iri və xırda dolduruculardan istifadə edilir. Xırda doldurucuların dənələrinin iriliyi 4- 5 mm- ə qədər olur. İri doldurucular isə dənələrinin iriliyi 5 mm-dən İçox olan çınqıl və qırmadaşdır.
Azərbaycanda Tikinti işləri üçün istifadə olunan qumun xassələri AZS 474-2011 (QOST 8736-93) standartının tələbləri ilə normalaşdırılır. Müxtəlif suxurların aşınmasından əmələ gəlmiş və dənələrinin ölçüləri 0.16 mm-dən 4 mm-ə qədər olan dənəvər suxurlara qum deyilir. Qumlar təbi və süni olur. Təbi qumların mənşəyindən asılı olaraq aşağıdakı növləri vardır:
Dağ (dərə), çay, dəniz, diyun və barxan qumları.
Dağ( dərə) qumları əmələ gəldiyi yerdə qaldığı üçün dənələrinin forması iti bucaqlı və üzü kələ-kötür olur. Belə qum sementlə yaxşı yapışır və bununla da betonun möhkəmliyi çox olur. Lakin, dağ (dərə) qumlarında gil, lil və toz hissəciklərinin , habelə üzvi qarışıqların miqdarı çox olduğundan əksər hallarda onları işlətməzdən qabaq yumaq lazım gəlir ki, buda əlavə xərclərə gətirib çıxarır.
Çay və dəniz qumlarının dənələri uzun müddət su ilə yuyulduğundan dəyirmi və hamar səthli olur. Onlar təmiz olur lakin belə qumlar sementlə nisbətən zəif yapışır.
Dyun və barxan qumları daha xırda dənəli olur. Belə qumlar beton üçün yararlı deyildir, ancaq iri dənəli qumlarla qarışdırmaqla onları da işlətmək olar.
Süni qumlar itibucaqlı və üzü kələ-kötür olduğundan beton üçün ən yaxşı qum hesab edilir. Belə qumlarda heç bir zərərli qarışıqlar olmur.
Qumun keyfiyyətinə onun tərkibindəki qarışıqlar - toz və gil hissəcikləri, üzvi maddələr, slüda hissəcikləri, sulfid və sulfat birləşmələri və s. habelə dənəli tərkibi təsir edir.
Toz və gil hissəciklərinin ölçüsü 0.16 mm-dən xırda olur və qumun sementlə yapışmasını pisləşdirir. Adi betonda işlədilən təbii I sinif qumlarda gil və toz hissəciklərinin miqdarı 2-3%-dən, II sinif qumlarda isə 3-10%-dən çox olmamalıdır.
Üzvi qarışıqlar, xüsusilədə üzvi turşular betonun möhkəmliyini 25% və daha çox azaldır. Qumda üzvi qarışıqlar kolorimetrik üsul ilə müəyyən edilir. Bu məqsədlə qum nümunəsi üzərinə 3%-li natrium hidroksid məhlulu tökülür. Sınaq nəticəsində məhlulun rəngi açıq sarıdan tünd olmamalıdır.
Sulfid və sulfat birləşmələri betonun korroziyasına səbəb olur. Buna görə qumda olan kükürd birləşmələrinin SO3-ə hesablanmış miqdarı kütələyə görə 1%-dən artıq olmamalıdır.
Dənəli tərkibi. Az sement sərf etməklə tələb olunan möhkəmlikli beton almaq üçün qumun dənəli tərkibi böyük əhəmiyyətə malikdir. Adi betonda qum iri doldurucu dənələri arasındaki boşluğu doldurur, qum dənələri arasındaki boşluq isə sement xəmiri ilə dolur. Eyni zamanda, həmin sement xəmiri xırda və iri doldurucu dənələrinin səthlərini örtməlidir.
Qumun dənəvər tərkibi irilik modulu adlanan kəmiyyətlə ifadə edilir. Qumun dənəvər tərkibi deşikərinin ölçüləri 5; 2.5; 1.25; 0.63; 0.315; 0.16 mm olan ələklərdən istifadə etməklə təyin edilir. 0.16 mm deşikli ələkdən başlayaraq (5 mm ələkdən başqa) bütün ələklərdəki tam qalıqların cəmini 100-ə bölünməsindən alınan kəmiyyətə irilik modulu deyilir və aşağıdakı düsturla hesablanır:
Dostları ilə paylaş: |