Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə10/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
dbt1

Mi=(A2.5+A1.25+A0.63+A0.315+A0.16):100

Burada A2.5; A1.25; A0.63; A0.315; A0.16 - deşiklərinin ölçüsü uyğun olaraq 2,5;1,25;0,63;0,315; və 0,16 mm olan ələklərdəki tam qalıqlardır.Tam qalıq ələklərdəki ayrı qalıqların cəminə deyilir.Yəni,



Ai=a2,5+a1,25+....ai. --- Hər hansı bir ələkdəki tam qalıq(Ai)həmin ələkdən başlayaraq daha böyük deşikli ələklərdəki ayrı qalıqların cəminə bərabərdir

Ayri qalıq hər bir ələkdə qalan qalığa deyilir (ai). Ayrı qalığın miqdarını tapmaq üçün ələkdəki qalığın kütləsini (mi) bütün ələnən qum nümunəsinin kütləsinə (m) bölmək lazımdır: ai =mi/m∙ 100%

AZS 474-2011 saylı standartda qumların iriliyinə görə xarakteristikası

Qumun qrupu

İrilik modulu, Mi

0,63№ li ələkdə tam qalıq,kütləyə görə, %

75-dən çox

65-75

45-65


30-45

10-30


10-a qədər

Normalaşdırılmış

Normalaşdırılmış


Ən iri

Yüksək irilikli

İri

Orta


Xırda

Çox xırda

Narın

Ən narın


3,5-dən çox

3—3,5


2,5—2

2—2,5


1,5—2

1—1,5


0,7—1

0,7-əqədər




Mövzu 5

Çınqıl

Dağ suxurlarının təbii dağılmasından əmələ gələn dənəvər suxura çınqıl deyilir. Çınqıl 5-70 mmölçülü hamar səthli və yuvarlaq formalı dənələrdən ibarət materialdır. Çınqılın tərkibində qumun miqdarı 25-40 % olduqda belə çınqıl qum-çınqıl qarışığı adlanır.

Əmələ gəlməsindən asılı olaraq dağ dərə, çay dəniz çınqılları vardır. Dağ dərə çınqıllarında toz,gil,lil və qum və üzvi qarışıqlar ola bilər . Çay dəniz çınqılı isə təmiz olur və dənələrinin üzü hamar olur. Dağ dərə çınqılının üzü kələ kötür olduğundan sement xəmiri ilə yaxşı yapışır.Beton üçün belə çınqıl dənələri yaxşıdır, hamar dənələr pisdir, yastı və uzunsov dənələr isə lap pisdir.Çınqılda yastı və uzunsov dənələrin miqdarı 35%- dən çox olmamalıdır.

Dənələrinin iriliyinə görə çınqılın aşağıdakı növləri var:

Adi--------------5-70

Çox xırda-------5-10

Xırda------------10-20

Orta-------------20-40

İri----------------40-70

Çınqılın dənəli tərkidi quru çınqıl nümunəsini deçiklərinin ölçüləri 70, 40,20,10,5 və 3mm olan standart ələklərdən keçirməklə müəyyən edilir.Çinqıl nümunəsini (adətən 10 kq)ələdikdən sonra ayrı və tam qalıqlarının qiymətləri %-lə hesablanır. Tam qalıqların qiymətlərinə əsasən çınqıl dənələrinin ən böyük(D) və ən kiçik(d) irilikləri təyin edilir .

Tam qalığının qiyməti 10%-dən çox olmayan ilk ələyin deşiyinin ölçüsü dənələrin ən böyük iriliyi, tam qalığının qiyməti 90-100%-dən çox olan ilk ələyin deşiyinin ölçüsü isə dənələrin ən kiçik iriliyi hesab edilir.

Çınqılın dənəli tərkibi. Cədvəl




Ələk deşiklərinin ölçüləri,mm

d

0,5(d+D)

D

1,25D

Ələklərdəki tam qalıq , kütləyə görə,%

90-100

30-80

0-10

0

Beton qarışığını qəlibə rahat yerləşdirmək üçün çınqıl dənələrinin ən böyük iriliyi konstruksiyanın maksimal kəsiyinin ¼ hissəsindən və armatur çubuqları arasındakı ən kiçik məsafədən çox olmamalıdır.Döşəmələrdə örtüklərdə və tavalarda dənələrin ən böyük iriliyi qalınlığın yarısı qədər ola bilər.

Tərkibində kifayət qədər xırda və orta dənələr olan iri dənəli çınqıl beton üçün əlverişli hesab edilir. belə çınqılın dənələrinin səthləri cəmi az olur və bu səthi örtmək üçün az sement işlədilir. Çalışmaq lazımdır ki, çınqılın tərkibində müxtəlif irilikli dənələr olsun . Ümumiyyətlə, çınqılın boşluğu 45%- dən çox olmamalıdır.

Çınqılın dənələrinin möhkəmliyi betonun layihələndirilən möhkəmliyindən 20-50% artıq olmalıdır. 150 və daha yüksək markalı betonların hazırlanmasında işlədilən çınqılda zəif suxurların miqdarı 5-10 % dən çox olmamalıdır.Çınqılın şaxtaya davamlı olması bilavəsitə dondurma donu açılma yolu ilə müəyyən edilir və onun quruluşundan asılı olaraq F 15-dən F 400-ə qədər dəyişir. Çınqılda yuyulub təmizləmə yolu ilə təyin edilən gil, lil və toz hissəciklərinin miqdarı 1%-dən çox olmamalıdır. Çınqıl karxanada çeşidlənir, ələnərək iriliyinə görə fraksiyalara ayrılır.

Çınqıl qırma daşla müqayisədə bir sıra üstünlüklərə malikdir belə ki, o təbiətdə xırdalanmış halda olur və yalnız onun iri dənələrini xırdalamaq lazım gəlir. Çınqıldan hazırlanan beton qarışığının plastikliyi qırma daşdan hazırlanan beton qarışığının plastikliyindən çox olur. Çınqıl dənələri yuvarlaq olduğundan dənələr arasındakı boşluq az, bu sayədə ondan hazırlanan betonun çıxımıda çox olur. Çınqılın çatışmayan cəhəti bərkimə zamanı sement məhlulu ilə zəif yapışmasıdır. Bunun nəticəsində betonun möhkəmliyi azalır. Çınqılı toz, gil və digər qarışıxlardan təmizləmək üçün işlətməzdən qabaq çox vaxt yumaq lazım gəlir.


Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin