funksiya salam_dunya ( )
funksiya salam_dunya ( ) {
}
Daha sonra açan və bağlayan fiqurlu mötərizələr { } içərisində funksiyanın proqram kodunu tərtib edirik.
Funksiya daxilində istənilən proqram kodu tərtib edə bilərik. Proqramlaşdırmanın adət-ənənəsinə uyğun olaraq ilk tərtib etdiyimiz funksiya da Salam Dünya funksiyası olacaq. Yəni funksiya icra olunan zaman ekranda Salam Dünya kəlməsi çap olunacaq.
funksiya salam_dunya ( ) {
xaricet("Salam Dunya");
}
Proqramımız demək olar ki, hazırdır, yalnız bu proqramı icra eləsək gözlədiyimiz iş – yəni ekranda Salam Dünya sətirini çap olunması baş verməyəcək. Proqram heç bir iş görmədən başa çatacaq. Səbəbi isə odur ki, funksiyanı tərtib etsək də o öz-özünə icra olunmayacaq. Funksiyanın icra olunması üçün onu “çağırmaq” tələb olunur.
Funksiyanın Çağırılması
Funksiyanı tərtib etdikdən sonra onu proqramın istənilən yerindən, hətta başqa funksiyandan çağıra bilərik. Bu zaman funksiya icra olunmağa başlayır və icrası bitdikdən sonra çağırıldığı yerə geri qayıdır.Funksiyanı çağırmaq üçün onun adını yazıb mötərizə daxilində funksiyaya ötürülən parametrləri yerləşdiririk. Əgər funksiya heç bir parametr qəbul etmirsə mötərizənin içini boş qoyuruq. Sonda isə nöqtəvergül qoyuruq.
salam_dunya( );
Bu zaman salam_dunya funksiyası icra olunur və bitdikdən sonra icraolunma funksiyanın çağırıldığı kod hissəsinə geri qayıdır. Yekun kod aşağıdakı kimi olar:
Dostları ilə paylaş: |