alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire
sec Seçim operatoru sec açar sözü ilə başlayır.
sec açar sözündən sonra mötərizədə seçim dəyişəni yazılır. Secim dəyişəni yalnız tam və simvol tiplərindən ola bilər.
sec ( x )
Daha sonra halları yerləşdirmək üçün fiqurlu mötərizələr yazırıq.
sec ( x ){
}
Hər bir hal hal açar sözü ilə başlayır.
hal }
sec ( x ){ hal 3
} hal açar sözündən sonra həmin hala uyğun qiymət yazılır. Bu halda təyin olunan operatorlar o vaxt icra olunacaq ki, seçim dəyişənin qiyməti halda göstərdiyimiz qiymətə bərabər olsun.
sec ( x ){ hal 3:
} halın qiymətindən sonra qoşanöqtə qoyulur.
qoşanöqtədən sonra bu halın əməliyyatlarını tərtib edirik. İstənilən qədər istənilən operator yaza bilərik, hətta seçim operatoru . Şərt və dövr operatorlarında olduğu kimi əməliyyatları bloka almamalıyıq.