Plan:
Alqoritmin təsvir edilmə üsulları
Alqoritmin sözlərlə və qrafiki təsviri
İndi isə alqoritmlərin təsvir üsullarından danışmaq olar. Alqoritmin 3 təsvir üsulu var:
1. Mətn şəkildə (adi dildə);
2. Qrafik – blok-sxem;
3. Proqram (alqoritmik dil).
1. Mətn şəkildə (adi dildə) – Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.2. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.Alqoritmin blok-sxem vasitəsilə təsviri zamanı istifadə olunan əsas standart simvollar aşağıdakılardır:
1. Başlanğıc və ya son – Proqramın başlanğıcı və ya sonunu göstərmək üçün işlədilir.
2.Budaqlanma – Blokun daxilində göstərilən müqayisənin yerinə yetirilməsi.
3. Proses – Blokun daxilində göstərilən düstur üzrə hesablamanın yerinə yetirilməsi.
4. Sənəd – Nəticələrin çap qurğusunda çap edilməsi.
5. Daxiletmə – İlkin verilənlərin daxil edilməsi.
6. Dövr bloku – Alqoritmdə dövrlərin təşkil edilməsi.
Proqram (alqoritmik dil) – Alqoritmin proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın müəyyən əmrlərlə göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir. Çox vaxt proqramı yazmamışdan əvvəl məsələnin həll alqoritminin blok-sxemini qururlar, sonra isə ona uyğun proqram yazılır. Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsviri onun ixtiyari proqramlaşdırma dilində yazılmasının mümkünlüyünü göstərir. Yəni tam kvadrat tənliyin alqoritmini istənilən proqramlaşdırma dili vasitəsilə təsvir edə (proqramlaşdıra) bilərik. Biz proqramlaşdırma dilləri haqqında “C ” dili silsiləmizdə danışacağıq.
Dostları ilə paylaş: |