Alqoritmin növləri. Xətti alqoritmlər. Budaqlanan alqoritmlər. Sadə budaqlanma. Mürəkkəb budaqlanma.
Plan : Alqoritmin növləri
Xətti alqoritmlər
Budaqlanan alqoritmlər
Sadə budaqlanma
Mürəkkəb budaqlanma.
Alqoritmin qurulmasına struktur yanaşma zamanı bütün alqoritmlər xətti (ardıcılgəlmə), budaqlanan və dövrü (təkrarlanan) strukturlara ayrılırlar. Baza strukturlarına bir giriş və onlardan bir çıxış olur. Baza strukturlarını sxemlər vasitəsilə təsvir etmək üçün funksional blok anlayışını daxil etmək lazımdır.Funksional blok informasiyanın emalında əmrlərin göstərilməsi üçün qrafik təsviri düzvucaqlı şəklində olan blokdur. Bu əmrlər ya mənimsətmə əmri, ya da bir girişi və bir çıxışı olan əmrlər ardıcılığıdır. Əmrlər düzbucaqlının içərisində yazılır.Xətti alqoritmdə məntiqi şərtlər olmur və bir hesablama budağına malik olur. Hesablama budağı dedikdə hesablama istiqaməti nəzərdə tutulur. Xətti alqoritm bir-biri ilə əlaqəli bloklar ardıcıllğı şəklində təsvir olunur:
Ан
А2
А1
…..
burada A1, A2, ………., An müxtəlif əməliyyatdardır
Budaqlanan alqoritmlər – tərkibində məntiqi blok olan hesablama prosesinin təsvir edir. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi blokla təyin edilir. Bu blokda müəyyən kəmiyyətlərin (ilkin verilənlərin, aralıq nəticələrin və s.) bu və ya digər şərti ödəyib-ödəməməsi yoxlanır və nəticədən asılı olaraq, bu və ya digər hesablama istiqaməti seçilir.İki budaqdan ibarət olan prosesə sadə, ikidən çox budağı olan prosesə isə mürəkkəb budaqlanan struktur deyilir. Blok-sxemdə hər hansı şərtdən asılı olaraq, bütün hesablama istiqamətləri göstərilməlidir. Lakin alqoritmin icrası zamanı istiqamətlərdən yalnız biri üzrə hesablama aparılır.Alqoritmlərin iki cür budaqlanma strukturu vardır: Tam budaqlanma və natamam Dövrü alqoritmik strukturlar. Təcrübədə çox rast gəlinən dövrü hesablama proseslərində məsələnin həlli eyni hesablama düsturları ilə dəyişənlərin müxtəlif qiymətləri üçün bir neçə dəfə təkrarən hesablamaların aparılmasını tələb edir. Hesablama prosesinin təkrar yerinə yetirilən hissəsinə dövr deyilir.Dövrü strukturlar sadə və mürəkkəb hissəsinə bilər. Sadə struktur bir, mürəkkəb struktur isə bir-birinə daxil olan iki və daha çox dövrdən ibarət olur. Dövr baza strukturuna məntiqi blok (şərtin yoxlanması bloku) və bir funksional blok (A bloku) daxildir. R şərti doğru olduqda A blohku yerinə yetirilir, R yalan olduqda isə dövrdən çıxış alınır. Əgər, R şərti elə hesablama prosesinin əvvəlində ödənilməz və (yalan olarsa) A bloku heç bir dəfə də yerinə yetirilməyəcək. Bu struktur ön şərtli dövr (dövr-hələ) adlanır