Alqoritmləşdirmə Proqramlaşdırmanın əsasları Translyator və kompilyatorlar


Mövzu9 Dəyişənin qiymətinin çap edilməsi.Kəsr tipi. Simvol tipi



Yüklə 1,04 Mb.
səhifə16/53
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37204
1   ...   12   13   14   15   16   17   18   19   ...   53
alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire

Mövzu9

Dəyişənin qiymətinin çap edilməsi.Kəsr tipi. Simvol tipi.

Plan :

  1. Dəyişənin qiymətinin çap edilməsi

  2. Kəsr tipi

  3. Simvol tipi
Dəyişənin qiymətinin çap edilməsi.-xaricet əmri ilə dəyişənin qiymətini çap eləmək üçün dəyişənin adından istifadə olunur. Misal üçün x dəyişəninin qiymətini çap eləmək istəsək, yazmalıyıq:

xaricet( x ); Nümunə kod belə olar:



tam x ;

x = 5;

xaricet(x);

Nəticə:



5
Bir daha diqqət yetirək ki, dəyişənləri də çap edərkən onların adını cütdırnaq işarəsi arasında yazmırıq. Yəni əgər xaricet(x); əvəzinə xaricet("x"); yazsaq bu zaman xaricet əmri x –i dəyişən kimi yox sətir kimi görər və ekranda onun qiyməti yerinə x çap edər. Dəyişənin qiymətini çap etdikdə ekranda yalnız onun qiyməti çap olunur, amma bundan qabaq izahedici sətir, misal üçün "x dəyişəni = " v.s. çap etsək və daha sonra x- in qiymətin çap etsək onda proqram daha başadüşülən olar, aşağıdakı kimi:



tam x ;

x = 5;

xaricet("x -in qiymeti = ", x);

Nəticə:

x -in qiymeti = 5

Hələlik ancaq bir dəyişən elan etmişik. Bir dəyişənlə elə də maraqlı kod tərtib eləmək olmur. Gəlin ikinci dəyişənimizi də elan edək və daha maraqlı kodlar quraq. Qeyd edim ki, proqramda istədiyimiz qədər dəyişən elan edə bilərik. İkinci dəyişənimizin tipi tam, adı y –olsun. x ilə eyni tipdən olduğuna görə onu da x-in elanı sətrində elan edə bilərik, vergüllə ayıraraq.



tam x, y ;
Hər iki dəyişənə müxtəlif qiymətlər mənimsədək və onların qiymətlərini ekranda çap edək:



tam x, y ;

x = 12;

xaricet("x-in qiymeti = ", x, "\y");

y = 34;

xaricet("y-in qiymeti = ", y, "\y");
Nəticə:



x-in qiymeti = 12 y-in qiymeti = 34
tam tipdən dəyişən elan etdik, indi isə digər standart tiplər olan kesr və simvol tiplərini nəzərdən keçirək.



kesr q, r;

q = 21.9234;

r = 12.008;

xaricet("q = ", q, "\y");

xaricet("r = ", r, "\y");
Kəsr tipi-Kəsr tipi Əsrin dilində kesr açar sözü ilə işarə olunur. Bu tip kəsr tipli ədədlərləişləmək üçün istifadə olunur. Kəsr ədəd tam və qalıq hissədən ibarət olur. Tam və qalıq bir-birindən nöqtə ilə ayrılır, misal üçün 7.6, 45.123 v.s. Kəsr tipli q və r dəyişənləri elan edən və onlara müvafiq olaraq 21.9234 və 12.008 qiymətlərini mənimsədən proqram kodu aşağıdakı kimi olar:
Nəticə:

Simvol tipi-Simvol tipi simvol açar sözü ilə ifadə olunur və simvol tipli məlumatlarla işləmək üçündür. Biz simvol tipi ilə xaricet əmrindən tanışıq. Aşağıdakı kodda simvol tipindən olan dəyişənlərə aid nümunə göstərilir:





simvol s, t;

s = 'A';

t = 'z';

xaricet("s deyisheninin qiymeti = ", s, "\y"); xaricet("t deyisheninin qiymeti = ", t, "\y");


Nəticə:



s deyisheninin qiymeti = A t deyisheninin qiymeti = z



q = 21.9234

r = 12.008





Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin