Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət



Yüklə 1,65 Mb.
səhifə21/48
tarix10.12.2022
ölçüsü1,65 Mb.
#73688
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

9.1. Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət
Cənubi Qafqaz, xüsusilə Azərbaycan tarixinin mürəkkəb dövrlərindən biri olan XIV əsr hadisələrin rəngarəngliyi, dramatizm və çoxepizodluluğu ilə seçilir. XIV əsr əslində Azərbaycanın daxili və xarici mübarizələr tarixidir. Bu dövr eyni zamanda XV əsr üçün çıxış nöqtəsidir. Bütün XIV əsr boyu davam edən ictimai-siyasi mübarizənin gedişində Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda gedən mübarizə əvvəlcə Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətlərinin yaradılması ilə başa çatır. Gürcüstan və Ermənistan torpaqların da bu iki dövlətin ərazilərinə daxil edilmşidi.
XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1222) və ikinci (1231-1239) yürüşləri zamanı əhalinin sıx yaşadığı yeddi Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya bilmişdi.
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu ilə İrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 1255-1256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Baqu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son qoyuldu. Abbasilərin bütün xəzinəsi Hülakülərin əlinə keçdi və saxlanmaq üçün Urmiya gölü yaxınlığındakı Şahi şəhərinə göndərildi.
Hülakü xanın hakimiyyətdə olduğu dövrdə (1256-1265) Marağa, sonralar isə Təbriz yeni dövlətin paytaxtı oldu. Hülakülər dövlətinin (1256-1357) tərkibinə Azərbaycandan əlavə, İraqi-Əcəm və İraqi-Ərəb, German, Kiçik Asiya (Rum), Gürcüstan, Fars, Xuzistan, Xorasan və başqa vilayətlər daxil idi. Amu-Dəryadan Aralıq dənizinə, Dərbənddən İran körəfəzinədək ərazilərdə bütün ölkələr Hülakülər dövlətinin hakimiyyəti altına keçmişdi. Bu dövlətin başçıları Elxan adlandıqları üçün ona bəzən Elxanilər də deyirlər. Yalnız Şirvanşahlar dövləti öz müstəqilliyini qoruyub saxlaya bilsə də, Şirvanşahlar Fəriburz vassal asılılığını qəbul etməyə məcbur olmuşdu.
Elxanilər dövlətinin yaranmasınadək Qızıl Orda Azərbaycan və Gürcüstandan keçən ticarət yollarından, habelə otlaqlardan sərbəst şəkildə istifadə edirdi. Lakin Elxanilər dövləti yarandıqdan sonra Azərbaycan Hülakülərlə Qızıl Orda arasında döyüş meydanına çevrildi.
Qızıl Orda xanları Azərbaycana 1262, 1265, 1290, 1318 və 1335-ci illərdə beş dəfə basqın etdilər. Müharibələr Azərbaycan topağında getdiyindən, onun bütün ağırlığı xalqın üzərinə düşürdü. Qızıl Orda xanlarının basqınları həmişə məğlubiyyətlə qurtarsa da xalq kütlələrinin sosial-iqtisadi həyat şəraitinin daha da pisləşməsi ilə müşayət olunurdu.
Elxanilər dövləti çox keçmədən feodal zadəganları arasında gedən şiddətli mübarizə meydanına çevrilir. Hülakü xanın ölümündən sonra köçəri feodalar, maliyyə məmurları arasında başlanan daxili çəkişmələr getdikcə güclənir. Əgər Hülakülər dövlətinin meydana çıxdığı ilk vaxtlarda köçəri feodallar arasında bir sıra məsələlrdə mənafe ümumiliyi mövcud idisə, Abağa xanın (1265-1282), Əhməd xanın (1282-1284), Argün xanın (1284-1291) və Keyxatu xanın (1291-1295) hakimiyyətinin sonlarında şahzadələrin və əmirlərin bir hissəsi onlara tapşırılan ərazidə öz mövqelərini və təsirlərini möhkəmlədə bildikdən sonra əvvəlki birlikdən əsər-əlamət qalmamışdı. Artıq əmirlər bir-biri ilə düşmənçilik edən ayrı-ayrı qruplarda birləşir və hakimiyyət uğrunda mübarizə aparırdılar. Həmin mübarizənin başlıca səbəbləri içərisində əyanların əlində böyük torpaq sahələrinin toplanması, həmin torpaqlardan gələn gəlirlər və həmçinin əhalinin amansız istismarı nəticəsində əldə olunan mədaxil hesabına iri feodalların iqtisadi və siyasi qüdrətinin artması da olmuşdur.
İran tarixiçisi Həmdullah Qəzvinin verdiyi məlumata görə, XIV əsrdə Azərbaycanın cənub hissəsində Hülakülərin aldığı verginin miqdarı 210 tümənə (bir tümən 10 min dinara bərabərdir), Azərbaycanın şimal vilayətlərində isə 54 tümənə çatırdı.
Mənbələr XIII əsrin sonlarında 40-dək vergi və rüsumun olduğunu xəbər verir.1 Xüsusilə ağır olan torpaq vergisi-xərac kəndlinin əldə etdiyi məhsulun 70 faizə qədərini təşkil edirdi. Vergini verə bilməyən sənətkar və kəndlilər yaşadıqları yeri tərk edib gedirdilər. XIII əsrə dair salnamələrdən birində deyilirdi ki, sui-istifadə və talançılıq nəticəsində rəiyyətin əksəriyyəti öz vətənini tərk edir və yad ölkələrdə yaşamağa başlayırdı. Şəhər və kəndlər isə bomboş qalırdı. Qaqçınlar silahlı dəstələr təşkil edir və istilaçılara qarşı partizan müharibəsi aparırdılar.
Ölkənin təsərrüfat həyatının dərin tənəzzül dövrünə daxil olması, sinfi mübarizənin kəskinləşməsi əlaməti kimi kəndlilər tərəfindən silahlı mübarizə hakim sinifləri təşvişə salırdı. Yaranmış şəraitdə dövlətdə iqtisadi və siyasi islahatların həyata keçirilməsi son dərəcə vacib məsələ kimi ortaya çıxmışdı ki, həmin islahatlar Argün xanın oğlu Qazan xan (1295-1304) tərəfindən həyata keçirildi.
Qazan xan XIV əsrin əvvəllərində -1303-cü ildə torpaq sahibkarlığı, kəndlilərin vəziyyəti, vergi sistemi, çəki, ölçü, pul vahidi sistemi, islam dini sahəsində islahatlar keçirdi. İslahata qədər yerli əyanların torpaqları daima, həm də geniş miqdarda zəbt edilərək köçəri feodallar arasında bölüşdürülürdü. İslahatdan sonra torpaq siyasəti divan torpaqlarından əkin sahələrinin irsi iqta hüququ əsasında paylanması ilə səciyyələnirdi. Qazan xan nəinki sərkərdələrə, həm də bütün qoşun hissələrinə iqta bağışlayırdı. İqta sahibləri dövlətə vergi verməkdən azad idilər, xəzinəyə 50 Təbriz manı miqdarında bəxşiş verirdilər.
Qazan xan kəndlilərin kütləvi qaçqınlığına son qoymaq üçün onları torpağa təhkim etmək haqqında fərman verdi. Fərmana görə, keçən 30 il müddətində öz iqtadarlarını qoyub gedən kəndlilər axtarılıb tapılaraq öz əvvəlki yerinə qaytarılmalı idi. Qaçqın kəndliləri qəbul etməyə və gizlətməyə icazə verilmirdi.
İslahat vergi sistemində də qayda yaratdı, onun toplanılmasının icarəyə verilməsi məhdudlaşdırıldı. Verginin toplanması üçün vaxt məhdudiyyəti qoyulurdu.
Qazan xan monqol feodallarının ilk nümayəndəsi idi ki, islam dinini rəsmi şəkildə qəbul edərək onu dövlət dininiə çevirmişdi. İslam dini qəbul edilərkən Hülakülər dövlətinin torpaqlarındakı bütün bütpərəst məbədləri uçurulub yerlə yeksan edilmişdi. Qazan xan bu addımı atmaqla islam ruhanilərini və yerli islam feodallarını öz tərəfinə çəkməyə müvəffəq olmuşdu.
Mərkəzləşmiş dövlət aparatını gücləndirmək məqsədilə həyata keçirilmiş islahatlar imperiyanın məhvini aradan qaldıra bilmədisə də, onun süqutunu xeyli geçikdirdi.
İslahatlar ölkənin iqtisadi həyatında dirçəliş yaratdı, daxili və xarici ticarətin inkişafı sürətləndi. Hülakülərin paytaxtı istisna olmaqla qalan şəhərlərin dirçəlişi çox ləng gedirdi. Avropa və Asiyanın bir sıra ölkələrindən: şimaldan Dərbənddən keçərək, Uzaq Şərqdən, Orta Asiyadan, Hindistan və İraqdan gəlib Təbrizə qovuşan tranzit karvan yolları Avropa ilə Asiyanı birləşdirirdi. Qərblə Şərq arasında ticarətdə vasitəçilik edən Venetsiya və Genuya tacirləri də tez-tez Azərbaycana gəlirdilər.
XIII əsrin son rübündə başlanan feodal ara müharibələri Qazan xanın dövründə bir qədər zəifləsə də, XIV əsrin əvvəllərində Sultan Məhəmməd Xudabəndənin (1304-1316) hakimiyyəti illərində yenidən güclənmiş, (Qazan xanın vəsiyyətinə görə, ölümündən sonra, qardaşı Olcaytu Məhəmməd Xudabəndə adı ilə hakimiyyətə gəlmişdi) onun ölümündən sonra isə xeyli kəskinləşmişdi. Buna xeyli dərəcədə Əbu Səidin (1316-1335) azyaşlı olması (hakimiyyətə gələndə onun 12 yaşı var idi) və dövlət işlərinin Suldusilərdən olan Əmir Çobanın əlində toplanması da səbəb olmuşdu. Müxtəlif feodal qrupları yaranmış vəziyyətdən istifadə edərək öz mövqeyini və siyasi qüdrətini yüksəltməyə, iqtisadi cəhətdən qüvvətlənərək Hülakülər dövlətinin təsirindən mümkün qədər daha çox uzaqlaşmağa can atırdılar. Bütün bunlar Hülakülər dövlətinin süqutunu şərtləndirirdi.
Akademik Ə.Ə.Əlizadə Əbu Səid hakimiyyətindən başlayaraq Hülakülər dövlətinin iqtisadi və siyasi tənəzzül dövrü keçirdiyini qeyd edərək yazırdı ki, köçəri aristokratiya arasında gedən müharibələr və daimi düşmənçilik Elxanilər dövlətinin əsasını daha da sarsıdır, onun siyasi birliyini qırır, ölkənin iqtisadiyyatına mənfi təsir göstərirdi. Müxtəlif vilayətlərin iqtisadi, etnik və mədəni cəhətdən əlaqəsizliyi, əmtəə istehsalının rolunun azalması və natural təsərrüfat ənənəsinin üstün mövqe tutması, feodal pərakəndliyinin inkişafı və bununla əlaqədar olaraq Elxanilərin mərkəzi hakimiyyətinin zəiflətməsi - bütün bunlar birlikdə Hülakülər dövlətinin tənəzzülünü hazırlayırdı.
Məhəmməd Xudabəndinin vəsiyyətinə görə, baş sərkərdə Əmir Çoban Əbu Səidin qəyyumu təyin edilmişdi. Əmir Çoban Əbu Səidə sədaqət andına axıradək sadiq qalmış, Elxanilər dövlətini daxili və xarici müdaxilədən məharətlə qorumuşdu. Əmir Çobanın və onun dörd oğlunun artmaqda olan nüfuzu yetkinlik yaşına çatmış Əbu Səidi olduqca narahat edirdi. 1328-ci ildə saray intriqası nəticəsində Əmir Çoban və oğlanları Əbu Səid tərəfindən öldürüldü, 1335-ci ildə isə Qızıl Orda qoşunlarının Azərbaycana hücumu zamanı Sultan Əbu Səid arvadı Bağdad xatun (Bağdad xatun Əmir Çobanın qızı idi, Əbu Səidi öldürməklə atasının və qardaşlarının intiqamını almışdı) tərəfindən zəhərləndi.
Əbu Səidin ölümündən sonra XIV əsrin 30-cu illərinin sonlarında Elxanilər dövləti iki hissəyə parçalandı: Azərbaycanda Təbriz şəhəri paytaxt olmaqla Çobanilər, Ərəb İraqında isə paytaxtı Bağdad olmaqla Cəlairlər dövlətləri meydana gəldi. Çobanilər dövlətinə Əmir Çobanın nəvəsi Həsən Kiçik (Əmir Şeyx Həsən Çobani), Cəlairlər dövlətinə isə Baydu xanın nəslindən Musa padşah başçılıq edirdi, az sonra o Şeyx Sənan İlkani (Cəlairi) tərəfindən taxtdan salındı.
Səyyahlardan İbn Bəttutə, Hafiz Əbru və başqalarının yazdığına görə, Çobanilərin nüfuz dairəsinə Azərbaycan, İraqi-Əcəm, Həmədan, Qum, Kaşan, Rey, Vəramin, Furğan və Gürcüstan vilayətləri daxil idi.
Hülakülər dövləti daxilində şiddətlənən feodal ara müharibələrində fəal iştirak edən Şeyx Həsən Çobani öz rəqiblərinə qalib gəldikdən sonra 1338-ci ildə Elxanilərin baş əmiri oldu. Lakin onun əmirliyi uzun sürmədi, belə ki, 1343-cü il dekabrın 16-da öz arvadı İzzət Mələk tərəfindən öldürüldü. Onun ölümündən sonra hakimiyyət qardaşı Məlik Əşrəf Çobaninin (1344-1357) əlinə keçdi. Məlik Əşrəf rəqibləri Suğran və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Çobanilərin hakimiyyəti dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş vermədi. Əvvəllər olduğu kimi, dövlətə Hülakülər nəslindən olan padşahlar bişçılıq edirdi. Şeyx Həsən və qardaşı Məlik Əşrəf növbə ilə Satibəy xatunu, Süleyman xanı, Ənuşirəvan –Adili Elxani taxtına oturtmuş, onların adına pul zərb etdirmişdilər.
Çobani feodallarının özbaşınalığının həddi-hüdudu yox idi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu.
Teymurləngin Cənubi Qafqaza hücumu ərəfəsində Şirvanşahlar dövləti də ağır vəziyyətdə idi. Belə ki, Şirvanşahlar dövlətinin ərazilərini zəbt etmək istəyən Məlik Əşrəf 1345-1350-ci ilərdə dəfələrlə fitnəkarlığa əl atmışdı. Lakin Şirvanşahlar Arran və Qarabağ feodallarının, habelə Qızıl Orda qüvvələrinin yardımı ilə Çobanilərin hücümlarını dəf edə bilirdilər. Lakin 1348-ci ilin sonlarında Mlik Əşrəfin Qarabağdan Şirvana etdiyi yürüş gözlənilməz olduğu, Şirvanşah Kavus və atası Keyqubad müdafiəni təşkil edə bilmədikləri üçün Gülüstan qalasına çəkilməli olurlar. Çobani qoşunu ölkəni qarət edib dağıtsa da, burada möhkəmlənə bilməyib geri çəkilməli olur.
Yaranmış şəraitdə Məlik Əşrəfin zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Cani bəylə görüşür və Azərbaycandakı vəziyyəti ona bildirir. 1357-ci ildə Cani bəy 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşır və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən salır. Məlik Əşrəf xəzinəsini və ailə üzvlərini Mərəndə göndərərək Təbrizin müdafiəsini təşkil etmək istəyirsə də, müvəffəq olmur. Qoşun hissələri, bütün yaxın adamları, hətta anası da onu tərk edir.
Məlik Əşrəf Təbrizdən Xoy şəhərinə gedərkən Şeyx Məhəmməd Balıqçının evində gecələyir. Şeyx Məlik Əşrəfi tanıyır və onu Canı bəyə təslim edir. Məlik Əşrəf Şirvanşah Kavusun təkidi ilə Təbrizdə edam edilir və bununla da Elxanilər dövlətinin varlığına son qoyulur. Canı bəy Təbrizi tərk etdikdən az sonra Azərbaycan Cəlairlərin istilasına məruz qaldı. Qeyd edildiyi kimi, Cəlairilər dövlətinin əsasını Şeyx Həsən İlkani (Cəlairi) qoymuşdu. Cəlairilər dövləti 1340-1411-ci illər arasında mövcud olmuşdur.
Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Üveys (1341-1374) Cəlairi səltənətinə sahib oldu. Canı bəy Təbrizi tərk etdikdən sonra Azərbaycanda daxili və xarici vəziyyətin gərginliyindən istifadə edən Şeyx Üveys 1359-cu ildə Təbrizi ələ keçirərək Cəlairilərin hakimiyyətini Azərbaycana da yaydı. Cəlairilərin hakimiyyət illərində feodal ara müharibələrinə son qoyuldu, mərkəzi hakimiyyət gücləndi, ölkənin təsərrüfat həyatında canlanma yarandı.
Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Tədqiqatçılar Sultan Əhmədin hakimiyyəti illərini XIV əsrin ən çətin dövrlərindən, ölkənin daxili və xarici həyatında çoxlu mühüm və nəhəng hadisələrlə dolu olan dövrlərdən biri kimi səciyyələndirirdilər. Azərbaycanın strateji mövqeyi, ölkənin təbii coğrafi şəraiti, yeraltı və yerüstü zənginlikləri, feodal ara müharibələri nəticəsində zəifliyi Qızıl Orda xanlarını Azərbaycana yürüşə həvəsləndirirdi. 1386-cı ilin əvvəllərində Qızıl Orda xanı Toxtamış (1367-1395) 90 minlik ordu ilə Dərbənd keçidindən Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim monqollarla döyüşdə məğlub olaraq geri çəkildi. Qızıl Orda qoşunları Təbrizi mühasirəyə aldılar.
H.Qəzvini yazırdı ki, təbrizlilər öz küçə və məhəllələrinin yolunu ağaclarla kəsdilər və mövqelərini möhkəmlətdilər. Toxtamışın qoşunları 8 gün şəhərin ətrafında dövrə vurdular, lakin şəhərə daxil olmağa imkan tapa bilmədilər. Belə olduqda o hiyləyə əl atdı, 250 tümən qızıl pul aldıqdan sonra mühasirədən əl çəkəcəyinə söz verdi. Lakin vədini xaincəsinə pozaraq şəhərə soxuldu və Təbriz on gün qəraət edildi. Naxçıvan, Marağa və Mərənd şəhərləri də monqol-tatarlar tərəfindən talandı. Müasirlərinin dediyinə görə, istilaçılar Azərbaycandan 200 minədək adamı qul edib aparmışdılar. Beləliklə, Teymurləngin işğalları ərəfəsində feodal ara müharibələri nəticəsində iqtidardan salınmış Azərbaycan torpaqları demək olar ki, müdafiəsiz qalmışdı.
Hülakülər imperiyası parçalandıqdan sonra meydana gələn dövlətlərdən yalnız Şivanşahlar öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Şirvanşahlar dövləti Kür çayı sahillərindən Dərbəndə qədər olan əraziləri əhatə edirdi. Buraya Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbəsaran, Kürə, Samur nahiyyəsi və İlisunun aşağı hissəsi daxil idi. Şirvanşahlar Hülakülər dövlətinin tənəzzülə başladığı dövrdən iqtisadi cəhətdən güclənərək siyasi müstəqillik uğrunda mübarizə aparırdılar. Həmin mubarizə nəticəsində Şirvanşahlar 1338-ci ildə müstəqillik qazandılar, lakin 1348-ci ildə Məlik Əşrəfin Şirvana hücumu nəticəsində ehtimal ki, Şirvanşahlar Elxanilərdən formal asılılığı qəbul etdilər.
1358-1368-ci illər arasında Şirvanşahlar yenidən müstəqilləşdilər. 1369-cu ildə Sultan Üveys Cəlairinin Bayram bəyin başçılığı altında göndərdiyi Cəlairi qoşunları Şirvanşah Kavusu əsir tutaraq Bağdada göndərir. O üç ay Bağdadda qaldıqdan və Sultan Üveysin hakimiyyətini qəbul etdikdən sonra yenidən Şirvana qaytarılır. 1373-cü ildə Kavusun ölümündən sonra onun Sultan Üveysin yanında girov olan oğlu Huşəng Şirvanşahlar taxtına çıxarılır (1373-1382).
Şirvanşahlar –Kəsranilər sülaləsinin (1027-1382) son nümayəndəsi olan Huşəngin hakimiyyəti illərində ölkədə vəziyyət daha da pisləşdi. Sinfi ziddiyətlərin kəskinləşməsi, feodal ara müharibələri, iqtisadi pozğunluq, dıgər tərəfdən də Huşəngin qəddarlığı 1382-ci ildə Şirvanda güclü xalq hərəkatına səbəb oldu və Huşəngin öldürülməsi ilə başa çatdı.
Şirvan feodalları Huşəngin əmisi oğlu Məzyədilər sülaləsindən olan yoxsullaşmış əyan İbrahim Dərbəndini hakimiyyət başına gətirdilər (1382-1417). I İbrahimlə Şirvan taxtında Dərbəndilər sülaləsinin (1382-1538) hakimiyyəti başlayır.
I İbrahim uzaqgörən dövlət xadimi və bacarıqlı diplomat idi. Onun hakimiyyəti illərində Şirvanşahlar dövlətində feodal ara müharibələrinə son qoyuldu. Şirvanın daxili müstəqilliyi saxlandı. I İbrahim sənətkarlığı, ticarəti və elmi himayə edirdi. Beləliklə, Teymuri işğalları ərəfəsində qədim Azərbaycan torpaqlarından yalnız Şirvanşahlar dövlətində iqtisadi və siyasi sabitlik təmin edilmiş oldu. I İbrahimin uzaqgörən siyasəti nəticəsində Şirvan torpağı Teymurləngin dağıdıcı yürüşlərindən də xilas oldu.
Teymuri qoşunlarının hücumu ərəfəsində Gürcüstanda da sosial-siyasi vəziyyət mürəkkəb olaraq qalırdı.
Bütün XIII əsr boyu gürcü çarı IV Qurucu Davidin xələfləri monqol istilasına, feodal ara müharibələrinə qarşı barışmaz mübarizə aparmışdı. Çariça Tamaranın (1184-1213) və onun varislərindən olan çariça Rüsudanın (1222-1245) hakimiyyəti illərində Gürcüstan əvvəlcə çiçəklənmiş, sonra isə monqolların istilası nəticəsində xarabazara çevrilmişdi.
1221-ci ilin əvvəllərində monqollar Təbrizdən xərac aldıqdan sonra Muğana doğru hərəkət edərkən gürcü qoşunu ilə rastaşdılar və on mindən yuxarı gürcü əsgərini qıraraq qalanları pərən-pərən saldılar. Monqollar Muğanda olarkən gürcü çarı IV Georgi Laşan Atabəy Özbəklə birlikdə monqolların üzərinə qəflətən hücum etmək üçün gizli ittifaq bağladı. Lakin bundan xəbərdar olan Atabəy Özbəyin Arandakı hakimi Nəsrəddin Aquş monqolların tərəfinə keçərək həmin sirri onlara bildirdi. Vaxtında xəbərdar edlmiş Cəbə Bahadır sürətlə Gürcüstana irəliləyərək feodal knyazlarını məğlubiyyətə uğratdılar. Ölkə başdan-başa qarət edildi, Tiflis şəhərinə isə amasız divan tutuldu.
1245-ci ildə Qərbi Gürcüstana qaçmış çariça Rüsudan monqolların hakimiyytini qəbul etməyə məcbur oldu. Gürcü çarları monqol xanı tərəfindən təyin olunmalı, 1246-cü ildən etibarən kişi əhalinin 20% -i monqol yürüşlərində iştirak etməli idi.
Qeyd edildiyi kimi, Gürcüstan Hülakülər imperiyasının tərkibinə daxil edildikdən sonra 1257-ci ildə burada əhalinin siyahıya alınması keçirildi. Məqsəd vergi sistemini qaydaya salmaq idi. Gürcüstanın ərazisi 8 tümənə bölündü, tümənlərin idarə işləri bütünlükdə monqol nümayənədələrinə həvalə edildi.
XIII əsrin 60-cı illərindən etibarən gürcü xalqının monqol işğallarına qarşı mübarizəsi yeni vüsət aldı. 1259-cu ildə Davud Narinin başçılığı altında (o, çariça Rüsudanın oğlu idi) güclü üsyan baş verdi. Hülakü xanın əmri ilə Argün xan böyük qoşunla yenidən Gürcüstanı xarabazara çevirdi. Davud Narinin Qərbi Gürcüstanda gizlənməkdən başqa çarəsi qalmadı.
1260-cı ildə Hülakü xanın fərmanı ilə Gürcü çarı V Davud Ulu öz ordusunun başında Misirə hücum etməli idi. V Davud bundan boyun qaçırdıqda Argün xan yenidən Gürcüstana yürüş təşkil etdi, Qori yaxınlığında gürcü qoşunları ağır məğlubiyyətə uğradılar və Argün xan Cənubi Gürcüstanı işğal edərək viran qoydu.
Gürcü çarı II Demetre (1270-1289) 1288-ci ildə Argün xanı ortadan götürmək üçün qəsd hazırladı. Lakin qəsdin üstü açıldı və II Demetre Ordaya çağrıldı. Tərəfdarları onu Ordaya getməkdən daşındırmağa çalışsalar da müvəffəq olmadılar, çünki II Demetre yaxşı bilirdi ki, əgər Ordaya getməsə Gürcüstan monqollar tərəfindən təkrar yandırılacaqdır. 1289-cu ildə Ordaya gedən II Demetre orada öldürüldü. Özünü bilərəkdən qurban verdiyi üçün adı tarixdə «Tavdadebuli» kimi qaldı.
1297-ci ildə Demetrenin oğlu II Davud monqollara qarşı üsyan qaldıraraq dağlara çəkildi. Üsyan bir neçə il davam etdi və monqol istilaçılarına ağır zərbələr vurulsa da, Gürcüstan özü də var-yoxdan çıxdı. Müasirləri yazırdı ki, Kartli başdan-başa xarabazara çevrilmişdi.
XIV əsrin əvvəllərində Gürcüstanda monqol ağalığı xeyli zəiflədi. Monqollar yalnız sərhəddə 10 min nəfərlik hərbi qüvvə saxlayırdılar. V Əzəmətli Georginin hakimiyyəti illəri (1314-1346) Gürcüstan üçün olduqca uğurlu olmuşdu. Monqol vəziri ilə dostluq edən V Georgi ölkəyə monqol yürüşlərinə son qoymuş, XIV əsrin 20-ci illərindən etibarən Gürcüstanın birləşdirilməsinə başlanmışdı. 1327-ci ildə İmeretiya, 1334-cü ildə Samexin, sonralar Kaxeti Tao-Klarceti və s. torpaqlar onun hakimiyyəti altında birləşdirilmişdi.
XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Gürcüstan istila boyunduruğundan xilas olaraq tam müstəqilləşdi. Lakin V Georginin ölümündən sonra mərkəzi hakimiyyətin zəifləməsi feodal pərakəndliyini yenidən gücləndirdi.
Azərbaycan və Gürcüstandan fərqli olaraq XIII-XIV əsrlərdə erməni ərazilərində feodal pərakəndliyi hökm sürürdü. Baqratilər sülaləsinin süqutundan sonra yaranmış yarımmüstəqil Vaspurakan, Taşir-Dzorakert, Taron və s. knyazlıqlar arasında feodal ara müharibələri gedirdi. XII əsrin sonu XIII əsrin əvvəllərində erməni knyazlıqlarının bir qismi gürcü çarlığına birləşdirilmişdi.
XIII əsrin 30-40-cı illərindən etibarən ermənilər yaşayan ərazi monqol ulusları arasında mübarizə meydanına çevrilmişdi. 1236-cı ildə ermənilərin məskunlaşdıqları şərq torpaqları, 1242-1243-cü illərdə isə cənub və qərb hissələri monqollar tərəfindən işğal olundu.1
Elxanilər dövlətinin tərkibinə qatılmış ərazilərdə ayrı-ayrı knyazlıqların da müstəqilliyinə son qoyuldu. Teymurləngin istilaları ərəfəsində erməni əhalisinin miqrasiyası geniş yayılmışdı, bu bir tərəfdən bütün orta əsrlər boyu ermənilərin ticarətlə bağlı olduqları və buna görə də beynəlxalq karvan yollarının kəsişdiyi yerlərdə məskunlaşması ilə bağlı idisə, (sonradan həmin yer «qədim erməni torpağıdır» demək üçün), digər tərəfdən kiçik erməni knyazlıqlarının vahid dövlətdə birləşə bilməməsindən irəli gəlirdi.
Beləliklə, Teymurləngin işğalları ərəfəsində Cənubi Qafqazda davam edən feodal pərakəndəliyi, ara müharibələri, habelə monqolların istilaları nəticəsində ölkənin var-yoxdan çıxarılması teymuri ordularının müzəffər yürüşü üçün əlverişli zəmin yaratmışdı.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin