Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir



Yüklə 1,65 Mb.
səhifə20/48
tarix10.12.2022
ölçüsü1,65 Mb.
#73688
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

Mövzuya dair suallar

  1. Ərəbistan uğrunda Sasani-Bizans müharibələri

  2. Məhəmməd Peyğəmbərin Ərəbistanın birləşdirməsi uğrunda hərbi-siyasi mübarizəsi

  3. Peyğəmbər diplomatiyasının xüsusiyyətləri. Xudeybə müqaviləsi

  4. Məkkənin tutulması və Ərəb xilafətinin yaranması

  5. Qanuni xəlifələrin dövründə Ərəb xilafətinin xarici siyasəti

  6. Ərəb işğallarının dünyanın siyasi mənzərəsinin dəyişməsində rolu

  7. Cənubi Qafqazda İslam dininin yayılması

  8. Əməvilər dövlətinin xarici siyasəti

  9. Abbasilər xilafətinin beynəlxalq əlaqələri

  10. Ərəb xilafətində diplomatiya və səfirlik işi



Ədəbiyyat

  1. Qurani-Kərim. B., 2005

  2. Belyayev Y. Müsəlman təriqətləri. B., 1995

  3. Nizam-Əl Mülk. Siyasətnamə. B., 1987

  4. Арабские страны. История, экономика, М., 1970

  5. Беляев Е.А. Арабы, ислам и арабский халифат в раннее средневековье. М., 1965

  6. История средних веков. Учеб. М., Просвешение, 1986

  7. Исмаилов Р.И. Распространение ислама и преемственность в арабо-мусульманской культуре в Египте / Актуальные проблемы современного ислама. Баку, 1986

  8. Климович Л.И. Ислам. М., 1965

  9. Мец А. Мусульманский ренессанс. М., 1973

  10. Мюллер A. История Ислама. В 4-х тт. М., 1895, т.1-2



IX Mövzu
Teymurilərin hakimiyyəti dövründə beynəlxalq
münasibətlər
Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir.
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.
Cənubi Qafqaz uğrunda mübarizənin gedişində çox keçmədən Teymurləngin böyük üstünlük qazandığı ortaya çıxdı. Həm cəlairi qüvvələri, həm də Toxtamış xanın başçılıq etdiyi Qızıl Orda teymuri orduları tərəfindən darmadağın edilərək Cənubi Qafqazdan qovuldular. Teymurləngin 1895-1404-ci illəri əhatə edən yürüşləri Qafqaz xalqlarına olduqca böyük fəlakətlər gətirdi. Yadelli işğalçıların talançı yürüşlərinin bütün ağırlığı xalq kütlələrinin üzərinə düşürdü. Xalqın mübarizə əzmini qırmaq isə mümkün deyildi. Belə ki, teymurilər Cənubi Qafqazda möhkəmlənmək uğrunda 23 il mübarizə aparmalarına baxmayaraq, Teymurləngin ölümündən cəmi üç il sonra burada yaşayan xalqlar istila boyunduruğunu öz üzərlərindən atdılar.
Teymuri işğalları və onların nəticələri Cənubi Qafqaz xalqları tarixşünaslığında ayrıca tədqiqat əsərlərində, lakin birtərəfli qaydada işıqlandırılmışdır. Belə ki, teymuri işğallarından bəhs edən bütün müəlliflər hadisələrin təsviri ilə kifayətlənir, istilanın Cənubi Qafqaz xalqlarının tarixi taleyindəki rolu işıqlandırılmamış qalır. Azərbaycanın orta əsrlər tarixinin sanballı tədqiqatçılarından olan akademik Ə.Əlizadə respublikamızın XIII-XVI əsrlər ictimai-iqtisadi və siyasi tarixinə həsr etdiyi monoqrafiyada ərəb, fars və türk mənbələrinə əsasən Teymurləngin 1385-1400-cü illər arasındakı yürüşlərindən bəhs etmiş, göstərilən dövr Şirvan şahlığının tarixinə ayrıca fəsil həsr etmişdi.1 Monoqrafiyada Teymurləngin Cənubi Qafqaza, o cümlədən də Gürcüstana etdiyi yürüşlərdən bəhs olunur, gürcü xalqının talançı yürüşlərdən xilas edilməsində Şirvanşah I İbrahimin göstərdiyi xeyirxahlıqdan söhbət açılır.
Tədqiqatçılardan M.X.Nemətova orta əsr mənbələri və epiqrafik abidələr əsasında Şirvanşahlarla Teymuri dövləti arasındakı münasibətləri işıqlandırmışdır. Əsərdə I İbrahimin uzaqgörən siyasəti nəticəsində Şirvanşahların dövlət müstəqilliyinin qorunması və Qızıl Ordaya qarşı etibarlı müttəfiq əldə edilməsi məsələləri açılıb göstərilmişdir.2
C.İbrahimovun əsəri isə Azərbaycan tarixinin XIV-XV əsrlər dövrünə dair qiymətli məlumatlarla zəngindir. Əsərdə Teymurləngin yürüşləri, Əlincə qalasının müdafiəsi, Şirvanşah I İbrahimin diplomatik müvəffəqiyyətləri, Qızıl Ordaya qarşı mübarizəsi yığcam şəkildə şəhr edilmişdir3. Müəllif əsərdə problemin tarixşünaslığına və mənbələrin təhlilinə geniş yer verir, fars və ərəb dilli mənbələrin böyük hissəsi müqayisəli tədqiqat obyektinə çevrilir.
«Azərbaycan tarixi»nin birinci cildi4, S.Aşurbəylinin5, Ə.S.Sumbatzadənin1, S.Məmmədovun2 və başqlarnın əsərləri Teymuri işğalları ərəfəsi və gedişi zamanı Cənubi Qafqazın ictimai-siyasi və iqtisadi vəziyyətini, region uğrunda gedən mübarizənin xarakterini, feodal ara müharibələrinin nəticələrini, Şirvanşah I İbra­himin mərkəzləşmə siyasətini yaşanmış dövrün tarixi fonunu, əhalinin, «istehsalın və siyasi qüvvənin çox mühüm amili» olan kəndlilərin vəziyyətini işıqlandırmaq üçün zəruri material verir.
Cənubi Qafqaz xalqlarının teymuri əsarətinə, Toxtamışın hücumlarına qarşı mübarizəsi, feodal pərakəndliyi nəticəsində müdafiənin uğursuzluğu, teymuri qüvvələrinə qarşı Əlincə qalasının 14 il qəhrəmancasına sinə gərməsi, nəhayət, Teymurun şəxsiyyətinin qiymətləndirilməsi İ.Muminovun3, T.Bünyadovun4, R.Məm­mə­do­v­un5, A.P.Novoseltsevin6, V.Piriyev, R.Məmmədovun7 və başqaları­nın tədqiqat hədəfi olmuşdur.
Teymurləngin yürüşləri zamanı Cənubi Qafqazda törədilən fəlakətlər, onun ölümündən sonra xələfləri arasında hakimiyyət uğrunda gedən mübarizə istisnasız olaraq bütün ora əsr tarixçilərinin diqqətini cəlb etmişdir. Buxaralı Məhəmməd Xavənd şahın (Mirxondun), Xandəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyninin, Əbdürrəzəq Kəmaləddin Səmərqədinin, Əhməd ibn Məhəmməd Ərəbşahın, Yəhya ibn Əbdüllətif əl Qəzvinin, rus səyyahı Afanasi Nikitinin, Azərbaycanda olmuş Qərbi Avropa səyyahları Katerino Zenonun, Klavixo Qonzales de Ryunin, İosafat Barbaronun, Ambroci Kontarinin, Həsən bəy Rumlunun, Nizaməddin Ədbül Şaminin, Şərəfxan Bidlisinin, anonim «Tüzükati-Teymur»un, Həmdullah Qəzvinin və başqalarının əsərləri XIV-XV əsrlərin keşməkeşli, tarixi hadisələrlə zəngin tarixini öyrənmək üçün etibarlı mənbədir.
Teymurləngin Cənubi Qafqaz yürüşlərinin müasiri olan Metsop keşişi Foma Metsopski «Teymurləngin və xələflərinin tarixi» əsərini teymurilərin 1388-1446-cü illəri əhatə edən hakimiyyəti dövründə baş verən hadisələrin təsvirinə həsr etmişdir.1 Əsərdə Teymurun Səmərqəndi tutmasından başlayaraq onun qərbə doğu yürüşləri, İranı istila etməsi, Cənubi Qafqaza soxulması, Qızıl Orda xanı Toxtamış və Gürcüstan çarı Baqratla toqquşması, qərbə yürüşü zamanı osmanlı sultanı Bəyazidlə vuruşu təsvir edilir, həmin yürüşlər zamanı baş vermiş fəlakətlər, törədilmiş vəhşiliklər qələmə alınır. Əsərdə Qaraqoyunlu tayfalarının Teymur və onun xələfləri əleyhinə apardıqları kəskin və inadlı mübarizələr haqqında daha geniş məlumat verilir.
Teymurləngin yürüşlərinin digər müasiri Zeynəddin bin Həmdullah Qəzvini öz əsərlərini 1341-1392-ci illərdə Azərbaycan ərazisində, həmçinin İran və İraqda baş verən hadisələrin təsvirinə həsr etmişdir. Əsərdə Məlik Əşrəfin əmirliyi dövründə feodal çəkişmələri və toqquşmalarından tutmuş, Teymurun Cənubi Qafqaza ikinci yürüşünədək olmuş hadisələrdən söhbət açılır, baş verən hadisələr, o cümlədən Təbriz üzərinə hücumlar (1385-1392-ci illər ərzində Təbrizə 18 dəfə hücum edimişdi), Qızıl Orda xanı Toxtamışın törətdiyi vəhşiliklər haqqında maraqlı məlumat verilir. Burada Əlincə qalasının müdafiəsi, Qaraqoyunlu Qara Məhəmmədin teymurilərlə mübarizəsi, Azərbaycan şəhərləri və təsərrüfat həyatı haqqında məlumatlar da öz əksini tapmışdır.
Teymuri dövləti qurama «imperiya» olduğu üçün təkcə işğalçıların yox, həm də istila edilmiş ölkələrin hakim siniflərinin mənafeyini qorumaq kimi mürəkkəb funksiyanı yerinə yetirirdi.
Aşkarlıq və demokratiya şəraitində Azərbaycanda da tarixi keçmişimizin öyrənilməsinə maraq gücləndirilmiş, tarixin «ağ ləkələrinin» işıqlandırılması günün zəruri məsələsinə çevrilmişdir. Azərbaycanın XIV-XV əsrlər tarixinin öyrənilməsi isə bu baxımdan xüsusi aktuallıq kəsb edir. Belə ki, biz indi Cənubi Qafqaz xalqları deyərkən, üç əsas xalqı –azərbaycanlıları, gürcüləri və erməniləri nəzərdə tuturuq, halbuki Teymurləngin yürüşlərindən bəhs edən bütün orta əsr müəllifləri, hadisələrin müasirləri Erməniyyəni Cənubi Qafqazdan kənarda göstərirdilər, indiki Ermənistan respublikasının ərazisində bir ədəd də olsun erməni toponiminin adını çəkmirdilər, amma Ermənistan respublikasında XVI əsrin yadigarı, türk-azəri şəhəri İrəvanın (1936-cı ildən Yerevan) tarixini 2750 il əvvələ çəkərək bunu təntənə ilə bayram edirlər. Sovet hakimiyyəti illərində Ermənistan respublikasının ərazisində türk-Azərbaycan mənşəli 500-dən yuxarı şəhər, kənd, qəsəbə və digər yer adlarının dəyişdirilməsi dediklərimizə əyani sübutdur.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin