NƏTİCƏ
Beləliklə öyrənilən palıd növlərindən şabalıdyarpaq palıd və uzunsaplaq palıd
Abşeron şəraitində çiçəkləyib meyvə verirlər. Morfogenezin bütün dövr və mərhələlərini
normal keçirirlər. Tüklü palıd çiçəkləyir, lakin meyvə vermir. Şabalıdyarpaq palıd,
uzunsaplaq palıd və gürcü palıdı yaxşı böyüyüb inkişaf edirlər (30,2-44,8 sm illik boyvermə).
Tüklü palıd isə zəif böyüyür (11,4 sm illik boyartımı). Şabalıdyarpaq palıd və uzunsaplaq
palıdın qozalarının çıxış faizi yüksəkdir. (88-96%). Eyni zamanda güclü inkişaf etmiş kök
sisteminə malikdirlər. Bunları nəzərə alaraq şabalıdyarpaq palıd, uzunsaplaq palıd və gürcü
palıdından Abşeronun quru subtropik iqlim şəraitində parkların, yaşıllıqların salınmasında
istifadə olunmasını məqsədəuyğun hesab etmək olar.
ƏDƏBİYYAT
1. Nuriyev R.M. Bitki ekologiyası və bitkilərin təbiətdə rolu. Azərbaycan florası: Bitkilərin
istifadəsi və qorunması, Bakı 1999, s. 251-255.
2. Бандин А.П. Дубравы Азербайджанской ССР. Изд. АН Азерб.ССР, Баку, 1954, 143с.
3. Белостоков Г.П. Возрастные фазы в морфогенезе подроста древесных растений.
Ботан.журн., 1981, т.64, №1, с.86-101.
4. Гроссгейм А.А. Растительный покров Кавказа. М, Изд.МОНП, 1948, 265с.
5. Дудерев М.А. Лесомелиоративный питомник.М., Лесная промышленность, 1968.
193с.
6. Колесников В.А. Методы изучения корневой системы древесных растений. М.
Лесная Пром.стр,1971, 152с.
7. Лапин П.И. Методика фенологических наблюдений в ботанических садах ССР.
Сборник ГБС АН ССР, Рукоп.Деп. в.ВИНИТИ, 1972. №5494-73, 5с.
8. Малышева Н.В. Растения средневековых крепостей северо-запада России, Санкт-
Петербург, Наука.Ботан.журн.2000, т.85, с.42-52.
9. Меницкий Ю.Л. Обзор видов рода Quercus L. Евразии. л.,1982. c.58
10. Молчанов А.А., Смирнов В.В. Методика изучения прироста древесных растений.
М., наука, 1967, 95с.
11. Черепанов С.К. Сосудистые растения России и сорпедельных государств. «Мир и
семья-95». С.Петербург. 1995, 901с.
12. Townsend C.C. Quercus L. in: flora of iraq (ed.C.C.Townsend and E.Guest), Baqhdad,
1980, v.4, pt.1, p.44-54.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
БИОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ИНТРОДУЦИРОВАННЫХ В
УСЛОВИЯ АБШЕРОНА ВИДОВ ДУБА (QUERCUS L.)
Гараев С.Г.
В результате исследования были изучены особенности размножения, фенология,
рост и развитие, морфогенез, корневая система распространенных в лесах
Азербайджана дуба каштанолистного, д. грузинского, д. длинноножкового и д.
пушистого в сухих субтропических условиях Абшерона.
Ключевые слова: дуб, желуди, всходы, морфогенез, черенки, фенология,
цветение, почка, опыление, облиствление
SUMMARY
BIOECOLOGICAL PROPERTIES OF INTRODUCED LOCAL OAK (QUERCUS L.)
SPECIES IN ABSHERON ENVIRONMENT
Karaev S.Q.
On the result of research the morphonogenesis, root system, growth and development,
phenology and propagation properties of Q.castaneifolia C.A Mey., Q.iberica Stev.,
Q.pedunculiflora C.Koch., Q.pubescens Willd. in dry subtropical conditions of Absheron, that
spread in forests of Azerbaijan are given.
Key words: Quercus L., cone, shoot, morfogenesis, seedling, Phenology, flowering, bud,
pollination, to be in leaf
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT: 633.11.631.81
ABŞERONA İNTRODUKSİYA OLUNMUŞ NAXÇIVANIN
ALLİUM L. CİNSİNİN FENALOGİYASI
Quliyeva S.Q.
AMEA Mərkəzi Nəbatat Bağı
Məqalədə Soğan cinsinin Naxçıvan MR-da yayılmış 32 növünün Abşeron şəraitinə
introduksiyası, onların fenologiyası, vegetasiyası, çiçəklənməsi, meyvə verməsi öyrənilmişdir.
Yeni meteoşəraitin soğan növlərinin vegetasiya müddətinə təsiri araşdırılmışdır.
Açar sözlər: Allium L., introduksiya, fenologiya, vegetasiya, çiçəkləmə, meyvəvermə
Bitkilərin introduksiyası zamanı ən vacib göstəricilərdən biri bitkilərin fenoloji fazaya
və böyümə dinamikasına keçməsidir, çünki, bu göstəricilər növlərin yeni şəraitə adaptaciya
olma qabiliyyətini xarakterizə edir. Normal inkişaf, meyvə vermə və fenoloji fazanın sabitliyi
introduksiya olunan növlərin yeni iqlim şəraitinə uyğunluğunun və onların kulturada
dayanıqlığının göstəricisidir.
Mərkəzi Nəbatat Bağının kolleksiyasındakı Naxçıvan soğanlarının fenologiyası 2006-
cı ildən öyrənilməyə başlanmışdır [3,4]. Bəzi növlər isə daha gec, həmin növlər kolleksiyaya
daxil olduqcan öyrənilmişdir [1,2].
MATERİAL VƏ METODİKA
Tədqiqat materialı kimi Naxçıvan MR-nın florasında bitən və Mərkəzi Nəbatat Bağına
introduksiya edilmiş Allium L. cinsinin 32 növünün fenologiyası öyrənilmişdir.
Tədqiq edilən bitkilər üzərində fenoloji müşahidələr SSRİ Botanika Bağları şurasının
[6] və İ.N. Beydmanın [5] təklif etdiyi metodikalarla yerinə yetirilmişdir. Fenoloji müşahidə
bitkilərin bütün vegetativ və generativ inkişaf dövrü ərzində aparılmışdır. Öyrənilən bitkilərin
vegetativ və generativ orqanlarının əsas inkişaf mərhələləri qeydə alınmışdır: çiçək oxunun
əmələ gəlməsi, qönçənin əmələ gəlməsi, çiçəkləmənin başlaması, kütləvi çiçəkləmə və
çiçəkləmənin qutarması; meyvənin əmələ gəlməsi və yetişməsi; toxumun yetişməsi.
NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ
Abşeron şəraitində (Mərkəzi Nəbatat Bağının ərazisindəki təcürbə sahəsində)
Naxçıvan MR-nın florasında təbii halda bitən soğanlarda yaz böyüməsi orta hesabla aprelin
ikinci dekadasında başlayır. İlk dəfə, hələ qar altında olanda efemeroid soğanlar (A.
pseudostrictum Albov, A. szovitsii Regel, A. scabriscapum Boiss. et Kotschy, A. rotundum L.)
böyüməyə başlayır. Bir həftə gec olmaqla A. pseudoflavum Vved.Aggr., A. convallarioides
Grossh., A. woronovii Miscz. ex Grossh. Aggr., A. mariae Bordz. və s. böyüyürlər. Tədqiqat
dövründə daha gec böyümə A. pseudoampeloprasum Miscz. ex Grossh. növündə müşahidə
edilmişdir (may ayının əvvəlində). Cədvəl 1-də tədqiqat obyektinə daxil edilmiş (2007-2011-
ci il) Naxçıvan soğanlarının introduksiya olunmuş 32 növünün orta fenoloji tarixləri
verilmişdir.
Vegetasiyanın başlaması ilin meteoşəraitindən asılıdır. Belə ki, ekstremal iqlim
göstəricilrinə görə 2009-cu ildə (erkən yaz üçün qeyri-adi olan) bütün soğanlarda vegetasiya
orta çoxillik məlumatlarla müqayisədə 13-17 gün daha tez başlamışdır. 2010-cu ildə gecikmiş
və soyuq yazda vegetasiyanın başlaması isə əksinə 3-16 gün gecikmişdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Soğanlar qönçələmə və çiçəkləmə müddətinə görə xeyli fərqlənirlər, çünki, soğanın
müxtəlif növləri erkən yazdan başlayaraq payızacan çiçəkləyirlər. Yazda çiçəkləyən soğan
qrupuna efemeroid soğanlar (A. scabriscapum Boiss. Et Kotschy, A. pseudostrictum, A.
rotundum, A. szovitsii) və A. schoenoprasum aiddir. Erkən yayda çiçəkləyən soğan qrupuna A.
pseudoflavum, A. pseudoampeloprasum, A. dictyoprasum, A. pskemense, A. carolinianum və
s. növlər daxildir. Yayın ortasında çiçəkləyən soğan qrupuna A. stamineum, A.paraxodum, A.
egorova, A.derderianum, A. cardiostemon növləri aiddir. A. stamineum növü çiçəkləm
müddətinə görə yayın axırlarında çiçəkləyən soğan qrupuna yaxındır (orta hesabla 10-13 gün
daha gec çiçəkləyir). Həmçinin A. matiae və A. woronovii növləri də yayın axırlarında
çiçəkləyən soğan qrupuna aiddirlər.
Eyni zamanda ilə görə çiçəkləmə fazasının başlama müddəti mövsümün
meteoşəraitindən asılı olaraq xeyli dəyişir. Soğanların böyük əksəriyyətində ekstremal 2008-
ci ildə daha erkən çiçəkləmə müşahidə edilmişdir (12-13 gün orta çoxillik göstəricidən daha
tez). Soğanlarda çiçəkləmənin gecikməsi yazda gecikmiş soyuq və ya quru isti yay şəraitində
müşahidə edilmişdir (2009, 2010, 2011-ci llər, 8-16 gün).
Tədqiq edilən soğanlar çiçəkləmə müddətinin uzunluğuna görə xeyli fərqlənirlər (9-
dan 65 günəcən). Öyrənilən növləri çiçəkləmə müddətinə görə qısaçiçəkləyən növlərə (orta
çiçəkləmə müddəti 2 həftəyəcən olanlar) – A. matercuale, A. pskemense, A. egerova, orta
uzunluqda çiçəkləyənlərə (2-dən 4 həftəyəcən) – A. atroviolaceum, A. scabriscapum, A.
caeruleum, A. cardiostemon, A. derderianum və s., uzun çiçəkləyənlərə (4-dən 6 həftəyəcən)
– A.stamineum, A. paraxodum, A. mariae, A. rubellum, A. convallarioides və s. və çox uzun
çiçəkləyənlərə (6 həftədən daha çox) – A. fuscoviolaceum, A. woronovii, ayırmaq olar.
Eyni zamanda çiçəkləmənin müddəti vegetasiya ilinin meteoşəraitindən asılı olaraq
dəyişir (fərq 7-28 gündür). Bu əlamətlərə görə ən kəskin dəyişiklik uzun çiçəkləyən
soğanlarda: A. stamineum, A. woronovii, A. fuscoviolaceum-da (22-28 gün), ən kiçik
dəyişiklik isə – A. caeruleum, A. atroviolaceum, A. schoenoprasum, A. pseudoflavum-da (7-10
gün) müşahidə edilir. Həmçinin 2008-ci ilin ekstremal şəraitində əksəriyyət soğanlarda
qısalmış çiçəkləmə müddəti, uzun çiçəkləmə müddəti isə əsasən 2009 və 2010-ci illərdə
müşahidə edilmişdir.
Toxumların erkən yetişməsi (iyul ayının ikinci dekadası) efemeroid soğanlarda (A.
pseudostrictum, A. szovitsii, A. rotundum) və A. schoenoprasum, A. pseudoflavum-da
müşahidə olunur. Sonuncu, A. pseudoflavum tez və birgə yetişən toxumları ilə digərlərindən
fərqlənir. İyul ayının axırında erkən yayda çiçəkləyən soğanların əksəriyyətinin toxumu
yetişir (A. atroviolaceum, A. pskemense, A. vineale, A. dictyoprasum və s.). Avqust ayında
soğanın qalan əksər növlərinin toxumu yetişir (A. callidictyon, A. egorova, A. cardiostemon,
A. derderianum, A. convallarioides və s.). A. stamineum, A. woronovii və A. mariae
toxumlarının gec yetişməsi (sentyabr-oktyabr) ilə seçilirlər. Abşeron şəraitində A.
pseudoampeloprasum və A. caeruleum qətiyyən toxum əmələ gətirmir. Həmçinin toxumların
daha erkən yetişməsi 2010-ci ildə müşahidə olunmuşdur, müxtəlif illərdə isə meyvəvermə
dövründə əlverişsiz hava şəraitindən asılı olaraq toxumların yetişməsinin gecikdiyi müşahidə
edilmişdir.
Tədqiq edilən soğanlar eyni zamanda böyüməyə başlaması dövründən toxumun
yetişməsinin sonunacan olan dövrün uzunluğuna görə də fərqlənirlər. Efemeroid soğanlar (A.
pseudostrictum, A. szovitsii, A. rotundum), həmçinin A. atroviolaceum, A. caeruleum, A.
schoenoprasum, A. pseudoflavum və s. qısa dövrlə (100 günəcən) seçilirlər. A. egorova, A.
derderianum, A. cardiostemon, A. convallarioides, A. callidictyon və s. növlər üçün orta dövr
(101-130 gün) xarakterikdir. A. mariae, A. woronovii və A.stamineum-a isə daha uzun dövr
(131-173 gün) səciyyəvidir. Bu dövrlərin uzunluğu eyni zamanda vegetasiya üçün əlverişsiz
olan hava şəraitindən asılı olaraq illər üzrə dəyişir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Cədvəl 1
AMEA Mərkəzi Nəbatat bağına introduksiya edilmiş soğanların orta illik феноloji fazaları (2007-2011-cu illər)
Növ
Fenoloji fazalar
Vegerasiya
Qönçələmə
Çiçəkləmə
Meyvənin
əmələ
gəlməsi
Toxumun
yetişməsi
Çiçəkləmənin
müddəti (gün)
Uzanmanın
başlamasından
toxumun
yetişməsinəcən
olan dövr (gün)
başladı qutardı
başladı
qutardı
başladı
qutardı
başladı
başladı
qutardı
1
2
3
4
5
6
7
8
9
10
11
12
Allium schoenoprasum
19.04
26.10
17.05
06.06
28.05
18.06
12.06
07.07
11.07
19
80-84
A. pseudostrictum
15.04
14.07
06.05
28.05
22.05
09.06
05.06
13.07
16.07
17
87-93
A. szovitsii
13.04
21.07
11.05
03.06
28.05
12.06
06.06
17.07
22.07
19
93-97
A. scabriscapum
13.04
01.08
20.05
18.06
05.06
29.06
21.06
27.07
01.08
25
106-111
A. caeruleum
18.04
26.10
03.06
08.07
26.06
21.07
03.06
22.07
28.07
25
96-101
A. rotundum
14.04
19.07
28.04
05.06
28.05
17.06
13.06
16.07
19.07
20
94-98
A. leucanthum
22.04
26.09
27.05
18.06
15.06
04.07
24.06
21.07
28.07
18
92-99
A. atroviolaceum
20.04
27.09
30.05
19.06
14.06
01.07
24.06
26.07
31.07
19
98-104
A. pseudoampeloprasum
19.04
25.10
30.05
15.06
11.06
25.06
18.06
21.07
26.07
14
94-100
A. fuscoviolaceum
19.04
25.10
26.05
17.07
14.07
28.07
29.06
22.07
17.08
49
94-118
A. dictyoprasum
17.04
26.10
19.05
12.06
05.06
24.06
16.06
16.07
29.07
10
90-100
A. affine
17.04
24.10
22.06
19.07
04.07
03.08
23.07
19.08
25.08
30
125-133
A. vineale
17.04
23.10
11.06
05.07
03.07
12.07
25.06
26.07
02.08
9
101-108
A. callidictyon
19.04
25.10
14.06
13.07
06.07
26.07
12.07
23.08
28.08
22
128-135
A. rubellum
19.04
01.10
16.06
04.07
01.07
13.07
10.07
02.08
08.08
13
106-112
A. convallarioides
20.04
24.10
08.06
10.07
05.07
24.07
16.07
13.08
25.08
21
117-128
A. pseudoflavum
18.04
25.10
21.06
14.07
09.07
31.07
20.07
17.08
29.08
23
122-136
A. stamineum
20.04
22.10
09.07
21.08
02.08
05.09
18.08
23.09
11.10
35
158-174
A. paczoskianum
21.04
26.10
05.07
01.09
22.07
12.09
02.08
13.09
03.10
52
146-166
Cədvəl 1-in ardı
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
1
2
3
4
5
6
7
8
9
10
11
12
A. kunthianum
20.04
24.10
06.06
19.06
25.06
28.06
23.07
24.07
03.08
17
99-107
A. paraxodum
18.04
26.10
20.05
13.06
07.06
26.06
15.06
19.07
28.07
20
93-101
A. matercuale
19.04
25.10
05.06
03.07
24.06
18.07
13.07
19.08
25.08
23
123-128
A. akaka
20.04
25.10
01.06
04.07
15.06
20.07
01.07
26.07
06.08
35
98-109
A. egorova
21.04
26.10
13.06
15.07
30.06
01.08
13.07
10.08
22.08
36
113-125
A. derderianum
20.04
25.10
29.05
15.06
20.06
28.06
24.07
12.08
28.08
18
87-92
A. cardiostemon
18.04
26.10
19.06
30.07
10.07
16.08
22.07
17.08
29.08
39
122-134
A. mariae
19.04
25.10
12.06
03.08
06.07
18.08
24.07
25.08
12.09
42
131-148
A. woronovii
17.04
23.10
28.06
15.08
20.07
28.08
31.07
06.09
27.09
39
143-164
A. karsianum
20.04
24.10
03.06
12.08
18.06
19.07
03.07
24.07
05.08
34
99-110
A. pskemense
07.05
28.06
31.05
18.06
12.06
28.06
17
A. splendens
19.04
22.10
05.06
20.06
25.06
27.06
24.07
27.07
04.08
17
100-107
A. Waldsteinii
16.04
15.10
07.06
22.06
26.06
03.07
21.07
06.08
27.09
35
125-147
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Habelə bir çox uzun müddət çiçəkləyən soğan növlərində eyni vaxtda 3 fazanı müşahidə
etmək olar: qönçələmə, çiçəkləmə və meyvəverm. Çünki, bir bitkidə eyni vaxtda generativ zoğun
bir hissəsi qönçələyə, bir hissəsi çiçəkləyə, ayrıca çiçək qrupunda isə toxum artıq yetişə bilər. Bu
daha aydın A. woronovii və arabir A. stamineum, A. convallarioides, A. mariae və s. növlərdə
ifadə olunmuşdur.
Efemeroid soğanlar üçün vegetasiyanın qutarması toxumun yetişmə dövründən (iyulun
ortası-avqustun əvvəli) dərhal sonra, A. pseudoampeloprasum növündə isə çiçəkləmədən (iyunun
axırı-iuylun əvvəli) sonra müşahidə olunur. A. atroviolaceum və A. egorova növlərində
vegetasiya sentyabrın axırında-oktyabrın birinci dekadasında qutarır. Qalan soğanlar uzun
vegetasiya edən növlər qrupuna daxildirlər – onlarda vegetasiya güclü payız şaxtalarının düşməsi
ilə qutarır (oktyabrın 2-3 dekadası). Soğanın bir sıra uzun vegetasiya edən növləri qısa yay
sakitlik dövrünə malik olurlar. Növbəti yarpaqların generasiyası avqustun əvvəllərində uzanır.
Soğanın bütün növləri qışadavamlıdır. Ancaq güclü yaz şaxtaları (-7
0
C-cən) zamanı
əsasən erkən inkişaf edən soğanlar – ikl növbədə yarpaqlarının ucunun ( A. szovitsii, A.
pseudostrictum və s.) zədələndiyi müşahidə olunan bütün efemeroidlərin ziyan çəkdiyi qeydə
alınmışdır.
Beləliklə, fenoloji müşahidə göstərdi ki, A. pseudoampeloprasum və A. caeruleum növləri
istisna olunmaqla, introduksiya tədqiqatlarına daxil edilmiş bütün soğanlar tam inkişaf tsikli keçir
və meteoşəraitin əlverişsiz təsirlərinə olduqca davamlıdır.
Efemeroid soğanlar (A. pseudostrictum, A. szovitsii, A. scabriscapum, A. rotundum) bizim
şəraitdə təbiətdəki mövsümü inkişaf ritmini saxlayır, ancaq erkən çiçəkləməsinə və meyvə
verməsinə görə fərqlənir və vegetasiyanı yayın ortasında toxum yetişdikdən sonra qutarır. Bu
qrupun vegetasiya dövrünün uzunluğu təbii şəraitlə müqayisədə, xüsusilə rütubətli illərdə bir
qədər artır.
A. pseudoampeloprasum üçün efemeroidliyin bəzi xüsusiyyətləri xarakterikdir, çünki o
vaxtından əvvəl (çiçəkləmədən dərhal sonra) vegetasiyanı qutarır və Abşeron şəraitində toxum
əmələ gətirmir.
A. atroviolaceum və A. egorova-da vegetasiya toxumlar yetişəndən sonra axıracan gedir.
Bu soğanlarda vegetasiya dövrü uzun vegetasiya edən əksəriyyət soğanlardan orta hesabla 1 ay
qısadır.
Əksəriyyət soğanlar tam inkişaf tsiklini keçir və vegetasiyası güclü payız şaxtalarının
düşməsi ilə qutarır. Onların arasından yazda-, erkən yayda-, yayın ortalarında- və yayın
axırlarında çiçəkləyənləri, çiçəkləmə müddətinə görə isə - qısa-, orta- və uzun müddət
çiçəkləyənləri ayırmaq olar. Toxumların yetişmə müddətinə görə də analoji qruplar fərqlənirlər
(tez, otra, gec yetişənlər).
Uzun müddət vegetasiya edən soğanlar arasında bir sıra növlər qısa yay sakitlik dövrünə
malik olur (A. dictyoprasum, A. pseudoflavum, A. matercuale, A. pskemense, A. cardiostemon və
bir çoxları). A. stamineum, A. woronovii, A. convallarioides, A. paraxodum, A. schoenoprasum,
A.mariae, A. derderianum-da yay sakitlik dövrü müşahidə olunmur.
Fenoloji fazanın başlama müddəti illər görə dəyişir, bu xüsusilə ekstremal hava şəraitinə
malik illərdə özünü daha yaxşı göstərir. Məsələn, 2009-cu ildə bizim şəraitdə vegetasiya
dövrünün uzunluğu orta göstəricidən 1-1,5 ay çox olmuşdur. Soğanların əksəriyyətinin fenoloji
fazası orta çoxillik göstəricilərdən 13-30 gün daha tez başlamışdır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Dostları ilə paylaş: |