Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə3/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   2   3   4   5   6   7   8   9   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
5
lazımdır ki, davranış etik bir kateqoriya kimi əxlaqi seç-
mə problemi və prinsipləri ilə sıx əlaqədə təhlil edilməlidir. 
Uçuncusu isə, davranışın mahiyyəti əməl, yəni motiv və iş 
anlayışları ilə əlaqədə təhlil edilir. 
Aydın məsələdir ki, davranış etik bir kateqoriya kimi 
fərdin və ya sosial qrupun ən müxtəlif hərəkət və fəaliyyə-
tini özündə ehtiva edir. Əlbəttə fəaliyyət və davranış heç 
də eyni mahiyyət daşımır. Əgər fəaliyyətə əsasən məqsədə-
yönlülük və əxlaqi-mənəvi motivlərin üstünlük təşkil etdiyi 
hərəkətlər şamil edilirsə, davranışa insanın bütün hərəkət-
ləri daxil edilir. Hər bir şəxsin, kollektivin, eləcə də sosial 
qrupun əxlaqi-etik davranışının tənzimlənməsində əxlaqın 
müstəsna rolu inkaredilməzdir.
Etika tarixində davranışlar və eləcə də davranışlarla 
şüurun əlaqəsi məsələsinə ilk dəfə Aristotel toxunmuşdur. 
Antik dövrün dahi mütəfəkkiri qeyd edilən problemin təhli-
linə özünün “Etika” əsərində xüsusi diqqət yetirmişdir. 
Yeni dövrdə davranış və ümumiyyətlə, əxlaq məsələ-
sinə Hegelin əsərlərində qiymət verilmişdir. Hegel belə 
hesab edirdi ki, həqiqi əxlaqi şüur hərəkət və davranışları 
törədən şüurdur (22: 331). Əlbəttə törədilən hərəkətlərin 
mahiyyəti ilk növbədə onların məqsədi, məqsədəyönlülüyü 
və ortaya çıxan tələbatların ödənilməsi prinsipi ilə ölçülür. 
Əxlaq və məqsədəyönlülük bir-birindən ayrılmaz fenomen-
lərdir, çünki özlüyündə etik nəzarət vasitə və məqsəd kimi 
istiqamətlərə parçalanır. Etikanın belə bir “qızıl qanunu” 
mövcuddur ki, məqsəd vasitəsiz mənasız olduğu kimi, va-
sitə də məqsədsiz kordur. 
İnsanın məqsədi və həmin məqsədin həyata keçirilməsi 
üçün vasitələr, tələbatlar və tələbatlarının ödənilməsi üçün 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin