Amid Səlimoğlu Ə Ə Bakı-2020



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü0,8 Mb.
#45002
1   2   3   4
Sən axı kimsən

(P.S.  Hekayəmi  bura  qədər  oxudunuz  üçün  minnətdaram.  Ancaq  sizə  bir  sualım 

olacaq. Əgər bu sualıma cavabınız varsa, cavabınızı və səbəbini rəsmi instagram 

hesabım olan @amidselimoglu-ya yazsanız, məni sevindirmiş olarsanız. 

Sual: Siz olsanız, Leytenant Ağayevanın dediyi  dörd seçimdən hansını seçərdiniz və 

niyə? ) 

 


*** 

 

– Mən hər şeyi danışdım axı sizə. 



 

– Hər şeyi danışdın, düzdür. Ancaq sənin istədiyin kimi. Bu mənə lazım deyil. 

 

– Muradov səsinin tonunu qaldırdı. 



 

– Məndən nəyi danışmağımızı istəyirsiniz? 

 

–  Xədicə,  Fəridə  ilə  sənin  aranda  yaranmış  münaqişədən  xəbərimiz  var  və 



bunun Ayaza görə olduğunu da bilirik. Bizə hər şeyi danış! 

 

–  Bunların  hamısı  başqalarının  uydurmasıdır.  Elə  Fəridənində.  Ayazla  biz 



fakültədən  bir-birimizi  tanıyırdıq.  Ara-sıra  söhbətimiz  olsa  da,  ancaq  sizin 

fikirləşdiyiniz bir şey olmayıb.  

 

– Fəridəylə davanız. Qonşuların dediyinə görə, bütün binaya səsiniz çatıb. Elə 



universitetdə də. 

 

– Fəridə hər şeyi yanlış anladığından belə olub. Buna görə. Mən onu nə qədər 



başa salmaq istəsəm də, o başa düşmədi. Ayazla da ayrıldı. Biz sadəcə dost kimi... 

elə-belə bir neçə dəfə telefonda danışmışdıq. Bundan Fəridənin xəbəri olanda dəliyə 

dönmüşdü. Əvvəlcə universitetdə üstümə düşdü, sonra da evdə.  

 

–  Bütün  bu 



olanları 

niyə 


əvvəldən 

danışmadın?  

 

– 

Qorxdum! – Qızın 



səsi 

titrəyirdi. 

Gözləri 

dolduğundan 

güclə  danışırdı.  – 

Elə  bildim  bunu 

eşitsəz 

məni 


günahkar 

biləcəksiniz.  

 

– Danışmadığın üçün də günahkar hesab edilə bilərsən. Düzdürmü? 



 

– Mənim heç bir günahım yoxdur. Mən axı kiməsə nəsə edəcək biri deyiləm. 

– Ağlamağa başladı.  

 

– Yaxşı. Ağlama. Sənə inanıram. – Muradov onu sakitləşdirmək istədi. – İndi 



evə gedə bilərsən. Sorğu bitdi. 

 

Xədicə  ağlaya-ağlaya  otağı  tərk  etdi.  Muradov  isə  dərindən  nəfəs  alır,  işin 



sonunu düşünürdü. Bir neçə dəqiqə eləcə oturduğu yerdə tavanı izləyərək keçirdi. 

Sonda yerindən qalxaraq o da otaqdan çıxdı. Qapının ağzında polkovnik, Şükürov 

və Ağayeva ilə onu gözləyirdi.  

 

– Qızın valideynləri bayaqdan baş-beynimi aparıb. Hədə-qorxu gəlirlər.  



 

– Qorxursan? – Muradov onunla zarafatlaşdı.  

 

–  Özü  də  çox.  –  O  da  gülərək  qarşılıq  verdi.  –  Bugün  sabah  pensiyaya 



çıxacam. Sənin nə vecinə! 

 

– Yaxşı. Heç nə olmaz. Uzağı bircə töhmət. O da sənin üçün heç nədi. Birinci 



dəfə deyilki. 


 

–  Çox  rahatladım.  –  Gülümsədi.  –  Bu  işi  biraz  cəld  qurtarmaq  lazımdır. 

Uzandıqca canım sıxılır. 

 

– Yaxşı, qoca. Çalışarıq.  



 

– Cənab mayor, Ayazı gətirirlər, – deyə Ağayeva araya girdi.   

Polis  nəfərləri  Ayazı  gətirib  sorğu  otağına  saldılar.  Ayaz  isə  sual  dolu  baxışlarını 

onlara zilləmiş, sanki imdad diləyirdi.  

 

– Get, Muradov... və bu işi bitir. – Polkovnik əlini onun çiyninə vurdu. 



 

Muradov sorğu otağına girərək Ayazın qarşısında əyləşdi.  

 

– Ayaz, səncə bizə danışmadığın nəsə qalıb? 



 

– Bilmirəm. – Gözlərini Muradovdan qaçırdı.  

 

– Səndən öncə Xədicə ilə danışdım. Hər şeyi danışdı. 



 

– Nəyi? 


 

–  Səninlə  sevgili  olduğunu,  sənin  Fəridəni  onunla  aldatdığını  və  Fəridənin 

bundan xəbər tutduqdan sonra dəliyə dönməsini və sonda Fəridəni öldürməyiniz. – 

Muradov qəsdən yalan danışırdı.  

 

–  Xədicə  hər  şeyi  yalan  danışır.  Mən  belə  şey  etməmişəm.  –  Ayaz  ayağa 



qalxdı. Gözləri hədəqəsindən çıxacaq kimi idi.  

 

– Otur aşağı! – Muradov yerindən tərpənmədən onun üstünə qışqırdı.  



 

– Mən heç nə etməmişəm! – Oğlan özünü saxlaya bilməyib ağlamağa başladı.  

– O zaman hər şeyi  olduğu kimi danış. Danış ki, sənə inanım. Səni müdafiə edə 

bilim. Sussan, gizlətsən, danışmaq istəməsən sənin işin çox çətin olacaq, bala. İcazə 

ver sənə kömək edim. Bax! Çöldə neçə insan var ki, sənin günahkar olmağını, bu 

işin də tez üstünün örtülməsini istəyir. Kimin vecinə sən həbsə girəcəysən, ya azad 

olacaqsan. Əsas odur, iş getsin! – Muradov hərarəti daha da artırırdı. Ondan alacağı 

tək bir söz belə işin sonunu gətirə bilərdi.  

 

– Mən heç nə etməmişəm. – Göz yaşlarını silərək dedi. – Fəridə ilə mən bir-



birimizi həqiqətən sevirdik. Ancaq sonra nə oldusa, anidən hər şey deyişdi. Xədicə 

iki  ya  üç  dəfə  mənə  yazmışdı.  Onda  da  normal,  dost  kimi.  Bundan  Fəridə  xəbər 

tutmuşdu. Elə nə oldusa, ondan sonra oldu. Fəridə mənimlə danışmaq istəmədi. Bir 

neçə dəfə mübahisəmiz düşmüşdü. Sonra da ayrılmaq istədi. Mən nə qədər istəsəm 

də barışmadı. Elə həmin gecə də o ümidlə onun evinə getmişdim. Bəlkə danışıb hər 

şeyi  yoluna  qoya  bilərik  deyə.  Qəribə-qəribə  danışmağa  başladı.  Guya  onu 

izləyirmişəm.  Heç  nə  başa  düşməmişdim.  Ancaq  Xədicə  ilə  aramızda  heç  nə 

olmayıb. Bunu araşdıra bilərsiniz. Siz polissiniz axı. 

 

Ayazın  dedikləri  düz  idi.  Araşdırma  aparılmış,  yazışmalar,  səs  qeydləri 



dinlənilmişdi. O yalan demirdi.  

 

– Hər şeyi danışdığın üçün çox sağ ol. Bunu əvvəldən etmək lazım idi. Yenə 



də sənin üçün bir şans oldu. 

 

– Mənə nə olacaq?  



 

– Səbrli ol! Hər şey yoluna düşəcək. – Ayazın psixoloji gərginliyini azaltmağa 

çalışdı. – Sənə xəbər veriləcək.  

 

– Yaxşı! 



 

Muradov otağı tərk etmək üçün ayağa qalxdı. 

 

– Nə oldu?  



 

– Hər şeyi danışdı, cənab Polkovnik. Bildiyimiz kimi. O, yalan danışmır.  




 

– Məhəllədə gördüyümüz qoca... onu gətiriblər. – Şükürov dedi.  

 

– Bugün yox. Sabaha qalsın. Amma mənə Fəridənin digər ev yoldaşı lazımdır, 



bir də...  –  Muradov gözlərini qıyaraq düşüncəyə  daldı. –  Fəridənin  atasını. Sabah 

mütləq onlar dindirilməlidir.  

 

– Qocanı neyniyək? Burada qalsın?  



 

–  İstəyirsən  evə  apar.  Mənim  üçün  fərqi  yoxdur.  –  Şükürovun  heç  nə 

anlamadığını  görən  Muradov  əlini  onun  qoluna  vuraraq  əlavə  etdi.  –  Evinə 

aparsınlar. Sabah gətirərlər.  

 

– Oldu, cənab mayor.  



 

– Ağayeva, sən isə bugün gündəliyi oxumağa başla. Nə qədər çox məlumat 

tapsaq, bizim xeyrimizədir. Yoxsa, qoca bizə aman verməyəcək, – deyə onlardan bir 

qədər  uzaqda  Xədicə  və  Ayazın  valideynləri  ilə  danışan  Polkovniki  işarə  etdi.  – 

Ondan  yaxşı  məktəb  direktoru  olardı.  Hamını  yola  verir.  –  Dodaqaltı  gülərək 

polkovnikə baxdı. Şükürovla Ağayeva da ona qoşuldu. – Yaxşı. Şükürov bugün sən 

növbətçisən? 

 

– Bəli, cənab mayor.  



 

–  Gecə  uzun,  ömür  qısa.  Axşam  yazışmağa  başlasan,  telefonun  o  biri 

başındakı yatmasa əgər, səhəri daha tez görərsən. Hə? – Şükürova ilişdi. 

 

– Olsa, hə. – Şükürov zarafatla təəssüfünü bildirdi. 



 

– Hmm... onda çox uzun gecə səni gözləyir. Ağayeva, gəl biz gedək. Bu isə 

hələ burada çox qalacaq. – Əli ilə çöl qapını göstərdi. 

 

– Gedək, cənab mayor.  



 

– Çox sağ olun. – Şükürov onların arxasıyca deyindi. 

 

Rafaellə  Sevda  şöbənin  giriş  qapısından  çölə  çıxaraq  pilləkənlə  aşağı 



düşdülər. Avtobus dayanacağı yaxınlıqda idi. İkisi də  asta addımlarla söhbət edə-

edə dayanacağa gedirdilər. 

 

– Narahatçılığın davam edir? 



 

– Necə? Siz bunu hardan bilirsiniz, cənab mayor? 

 

– Bunu təsəvvür etmək çətin deyil, qızım. Hamıda baş verir. Polkovnikdə də 



bu belə olub, məndə də. Elə Şükürovda da. – Şükürov sözünü xüsusi vurğu ilə dedi.  

 

– Əvvəl narahat idim. Ancaq indi demək olar ki, narahat deyiləm.  



 

– Öyrəşəcəksən. Bu iş çətin işdir. Hərkəs üçün adi görsənə bilər, lakin bu belə 

deyil. Əsas odur, işində düzgün olasan. İnsana bu dünyada qalan hörmətdir. Bunu 

heç vaxt unutma! 

 

–  Polkovnik demişdi  ki,  sizinlə  iyirmi  ildən  artıqdır  ki,  bir  yerdə  işləyir.  – 



Ağayeva söhbətin istiqamətini dəyişdi. 

 

– Qoca yaxşı insandır. Yaxşı dostdur. Düzdür! Neçə illərdir bir yerdə işləyirik. 



Bundan əlavə, ailələrimiz də yaxındır.  

 

– Elə burada işləmisiniz bir yerdə? 



 

– Xeyr, qızım. İlk xidmətə başladığım il o, başqa rayonda xidmət edirdi. Mən 

onun  işlədiyi  yerə  təyin  olunmuşdum.  Bir  neçə  il  bir  yerdə  işlədikdən  sonra 

yollarımız  ayrıldı.  Buna  baxmayaraq,  əlaqəmiz  qalırdı.  Dost  idik.  Sonra  yenidən 

yollarımız  kəsişdi.  Demək  olar  ki,  ondan  sonra  da  bir  yerdə  xidmət  etdik.  Heç 

ayrılmadıq. 

 

– Nizam-intizamı sevən biridir. 




 

–  Bəli,  qızım.  Burada  xidmət  edən  bir  çox  şəxs  onun  istəyi  ilə  buradadır. 

Sistem qurmağı çox gözəl bacarır. Ən böyük uğurlarından biri də elə Şükürovdur.  

 

–  O da çoxdan burada işləyir? 



 

– Bir ildən çox olmaz. Şükürov kimsəsizdir, qızım. Yetimxanada böyüyüb. 

Onun yetişməsində Polkovnikin böyük əziyyəti olub desəm yalan olmaz. Oğlundan 

artıqdır ona. 

 

Rafaellə  Sevda  söhbət  edə-edə  avtobus  dayanacağına  çoxdan  çatmışdılar. 



Rafael  Sevdanı  avtobusla  ötürdükdən  sonra  özü  də  avtobusa  minərək  oradan 

uzaqlaşdı. 

 

*** 


 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin