Tiamin hidroxlorid (Vitamin B )
1
Orqanizmdə fosforlaşma prosesi nəticəsində bir sıra fermentativ proseslərin koenzimi olan kokarboksilazaya
çevrilir. Karbohidrat, zülal və yağ mübadiləsində, həmçinin sinapslarda sinir oyanmalarının ötürülməsi
proseslərində vacib rol oynayır. Hüceyrə membranlarını peroksid oksidləşmə məhsullarının toksiki təsirindən
qoruyur.
Riboflavin (Vitamin B )
2
Metabolik təsir göstərir, ATF-lə əlaqəyə girərək flavinproteinlərin koenzimlərini – flavinadeninmononukleotid
və flavinadenindinukleotid əmələ gətirir ki, bunlar da suksinatdehidrogenaza, sitoxromreduktaza, diaforaza,
aminturşu oksidaza və s. kimi fermentlərin tərkib hissəsidir. Oksidləşmə-reduksiya reaksiyalarını
tənzimləyərək H
+
ionlarının daşınmasında, toxuma tənəffüsündə, karbohidrat, zülal, yağ mübadiləsində,
gözün normal görmə qabiliyyətinin dəstəklənməsində, Hb və eritropoetin sintezində iştirak edir. Triptofanın
niasinə çevrilməsini, eritrositlərin tamlığının qorunmasını təmin edir.
Dostları ilə paylaş: |