Fenilalanin MSS-ni stimulə edir. Antidepressantdır. Yaddaşı və diqqəti yaxşılaşdırır. İş qabiliyyətini artırır.
İştahanı normaya salır.
Treonin immun sistemini aktivləşdirir. Detoksikatordur. Toxumaların inkişafını təmin edir. Qida zülallarının
mənimsənilməsinə kömək edir.
Metionin həzmi yaxşılaşdırır. Xolesterini parçalayır. Saçların tökülməsinin qarşısını alır. Antioksidantdır.
Triptofan immun və mərkəzi sinir sisteminin funksiyalarını tənzimləyir. Yuxunun yaxşılaşmasına kömək edir.
Dərinin və saçların inkişafını stimulə edir. Həzmi yaxşılaşdırır.
Valin azot mübadiləsinin lazımi səviyyədə saxlanması üçün vacibdir. Bu amin turşu əzələ toxumasına
metabolizə olunur, əqli fəaliyyəti stimulə edir.
Vitaminlər - orqanizmdə biokimyəvi və fizioloji proseslərin normal gedişini təmin edən, müxtəlif kimyəvi
təbiətli üzvi birləşmələr qrupudur.
Vitaminlər - qidanın vacib elementidir, çünki onlar insan orqanizmində sintez olunmur ya da onların bəziləri
kifayət miqdarda sintez olunmur.
Dostları ilə paylaş: |