Nikotinamid (Vitamin B
3
, Vitamin PP)
Quruluşuna görə nikotin turşusuna yaxındır. Hüceyrədə oksidləşmə-reduksiya proseslərində iştirak edən I
(NAD) və II (NADF) kodehidrogenazanın əsas komponentidir. Yağların, zülalların, amin turşularının,
purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə iştirak edir. Pellaqra əleyhinə təsirə malikdir.
Kalsium pantotenat (Vitamin B
5
)
Əsas xüsusiyyəti onun böyrəküstü vəz hormonu – qlükokortikoidlərin sintezini stimulə etmə qabiliyyətidir,
hansı ki, onu artrit, kolit, allergiya və ürək xəstəlikləri kimi xəstəliklərin müalicəsində vacib vasitə edir. O
anticisimlərin formalaşmasında vacib rol oynayır, digər vitaminlərin sorulmasına səbəb olur, həmçinin
neyrotransmitterlərin sintezində iştirak edir. Yağ turşularının metabolizmində iştirak edir. Lipid mübadiləsini
normallaşdırır və orqanizmdə oksidləşmə-reduksiya proseslərini aktivləşdirir.
Dostları ilə paylaş: |