Анализ современной социально-экономической ситуации в Азербайджане объективно обуславливает необходимость разработки новой, от


Hüquqi-demokratik ölkənin sosiallığı dərəcəsinin qiymətləndirilmə meyarları Şəkil 3-də göstərilmişlər



Yüklə 119,5 Kb.
səhifə2/3
tarix14.05.2022
ölçüsü119,5 Kb.
#57901
1   2   3


Hüquqi-demokratik ölkənin sosiallığı dərəcəsinin qiymətləndirilmə meyarları Şəkil 3-də göstərilmişlər.




Şəkil 3. Dövlətin sosiallığı dərəcəsinin ən mühüm meyarları

Dünya təcrübəsi göstərir ki, əhalinin təkrar sosial istehsalı prosesinin maliyyələşdirilməsi və təşkilində dövlətin birbaşa iştirakı olmasa, sosial kompleksin səmərəli inkişafı mümkün deyil. Həm də, məlumdur ki, Azərbaycanın mədəni ənənələri, əsasən, sosial kompleksin dövlət patronajı altında inkişaf etdirilməsi ilə bağlıdır.

Bu səbəbdən də, belə düşünürük ki, sosial sferada islahatlar sosial dövlət modelinə əsaslanmalıdır.

Bu müddəa, indi söyləyəcəyimiz fikirlərlə təsdiqlənə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, islahatların son onilliyi, Azərbaycan dövləti üçün, böyük sosial itkilərlə müşayiət olunan çətin quruculuq dövrü olmuşdur. İndi, milli iqtisadiyyatın tədricən güclənməsi mərhələsində, islahatın sosi-al aspektlərinin həyata keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyət üçün şərait və ilkin şərtlər yaranır. Bu proses, güclü və fəal sosial siyasət uğrunda çıxış edən Azərbaycan vətəndaşlarının tələbatlarına uyğun gəlməsi ilə şərtləndirilir, Azərbaycan Prezidenti H.Ə..Əliyevin və onun siyasi varisi Prezident İ.H..Əliyevin siyasi göstərişlərinə cavab verir.

Müəllif, belə nəticəyə gəlmişdir ki, Azərbaycanda sosial dövlətin öz variantı mövcud olmalıdır ki, əhalinin əksəriyyəti tərəfindən başa düşülsün, xalqın mentalitetinə cavab versin, onun spesifik xüsusiyyətlərini nəzərə alsın.

Bu təkliflər, aşağıdakı məqamlara istinad edir:

- birincisi, respublikada sosiallaşdırma, ictimailəşdirmə prinsipləri üzərində, yəni, öz vətəndaşları barədə dövlət və ictimai qayğı əsasında həyatın sosial-iqtisadi quruluşunun çoxillik təcrübəsi;

- ikincisi, Azərbaycan xalqının mentaliteti, mədəniyyəti, kollektivizmə, ailəcanlılığa, hakimiyyət və idarəçilik orqanlarına tabeçiliyə meylli olması;

- üçüncüsü, artıq bu yol ilə irəlilyən və vətəndaşlarının yüksək həyat səviyəsi standartlarına malik olan xarici ölkələrin təcrübəsi;

- dördüncüsü, mühüm proqram sənədlərinin qəbul edilməsi ilə əlaqədar, ölkə və iqtisadiyyatın idarə olunmasında təşkilati-hüquqi və kadr imkanlarının yaxşılaşması.

Nəhayət, bu tələbat, Beynəlxalx Əmək Təşkilatı konvensiyaları və tövsiyyələrində, Avropa Sosial Xartiyası, Avropa Sosial Təminatı Kodeksində, İnsan Hüquqları Deklarasiyasında və b. sənədlərdə əksini tapmış, həyat standartları və keyfiyyəti səviyyəsinin respublika əhalisi üçün formalaşdırılmasının obyektiv zərurətindən irəli gəlir.

Həmçinin, qeyd etmək vacibdir ki, sosial dövlət - şəxsiyyətin rifahı və cəmiyyətin firavanlığı, yaradılmış məhsulun bölgüsündə sosial ədalət və həmrəyliyin təmin olunması üçün azadlıq və hakimiyyət məfhumlarının əsaslarını birləşdirən, ən məqsədyönlü vasitədir. Sosial ədalət və sosial həmrəylik, aşağıdakı müddəaların həyata keçirilməsini nəzərdə tutur: nəsillərin və zümrələrin həmrəy məsuliyyəti - varlılar yoxsulların əvəzinə, sağlamlar xəstələrin əvəzinə, əməkqabiliyyətlilər əmək qabiliyyətinə malik olmayanların əvəzinə ödəyirlər; kişilərin və qadınların bərabər hüquq və imkanlarının təmin edilməsi mütləqdir.

Azərbaycanda sosial dövlətin qurulması zərurətini səciyyə-ləndirərkən, qeyd edək ki, sosial dövlət anlayışı - sosial problemlərin dövlət üçün prioritet təşkil etdiyini təsdiqləmək vəzifəsini daşıyır. «Sosial dövlət» anlayışından birbaşa heç bir hüquqi nəticə və hüquqi öhdəlik irəli gəlmir. Lakin, dövlətin sosial problemlərə daimi qayğısının ön plana çəkilməsi, fikrimizcə, sosial-psixoloji cəhətdən əhəmiyyətlidir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının sosial dövlət olması barədə hüquqi nor-ma mövcud deyil. Konstitusiyada deyilir: «İnsan hüquqları və azadlıqlarının təminatı - dövlətin ən ali məqsədidir» (maddə 12). Bununla belə, «Azərbaycan dövləti, xalqın və hər bir vətəndaşın rifahının yüksəlməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısını çəkir» (maddə 16, bənd 1). Konstitusiyanın digər maddələrində, sosial həyatın müxtəlif sferalarında dövlətin öhdəliklərini təsbit edən müddəalar mövcuddur (əmək, mənzil, istirahət, sağlamlıq, təhsil və s.). Buna baxmayaraq, bizim dövlətin Konstitusiyasında əks etdirilmiş sosial öhdəliklər siyahısı, inkişaf etmiş ölkələrin konstitusiya nəzəriyyəsi və praktikasında ümumən qəbul edilmiş öhdəliklərdən, şübhəsiz ki, geridədir. İnkişaf etmiş ölkələrin konstitusiyalarında dövlətin rəsmi ideologiyasında sosial dəyərlərin ümdəliyi, daha əhəmiyyətli şəkildə əks etdirilir. O cümlədən, sosial dövlət şəraitində, minimal istehlak mütləq təmin edilməlidir. Bu, eyni dərəcədə, yaşayış minimumuna, minimal əmək haqqına, minimal pensiyaya, tibbi xidmətlərin minimal həcminə, minimal mənzil təminatına, ümumi və peşə təhsilinin minimal səviyyəsinə də aiddir.

Aydındır ki, dövlətimiz öz sosial vəzifələrini, hələ ki, müasir Qərb ölkəlirindəki qaydada və həcmdə yerinə yetirmək iqtidarında deyil.

Sosial dövlətin fəaliyyətinin özülü, bazis mexanizmi - onun öz vətəndaşları qarşısında sosial öhdəliklərinin real icrasını təmin edən iqtisadi siyasəti, sosial bazar təsərrüfatının inkişafı səviyyəsidir.

Azərbaycanın xüsusiyyəti ondan ibarətdir ki, sosial proqramların reallaşdırılması üçün istifadə edilə bilən güclü iqtisadi potensial yaratmış Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda sosial dövlətin qurulması, Ermənistanla müharibə dövrünə, iqtisadiyyatda struktur dəyişikliklərlə bağlı çətin problemlərin həlli dövrünə təsadüf edir.

Bununla belə, fikrimizcə, «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramında» nəzərdə tutulmuş sosial-iqtisadi problemlər ardıcıl surətdə həll edildikcə, Azərbaycanda sosial dövlətin müvəffəqiyyətlə qurulub fəaliyyət göstərməsi üçün zəruri olan ilkin şərtlər yaradılacaq.

Sosial dövlət modelini bir sıra MDB dövlətləri - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan və b. - artıq seçmişlər. Bu səbəbdən də, sosial dövlətin fəaliyyət etməsi üçün hüquqi əsasların və konkret mexanizmlərin yaradılması istiqamətində hakimiyyət tərəfindən atılan konkret addımlar, nəinki daxili, həm də, beynəlxalq əhəmiyyətə malikdir.



Yüklə 119,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin