Anesteziologiya – reanimatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Bölmə 1. Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi
1) Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s. məsələləri əks etdirən əsas qanunudur:
A) Tibb müəssisənin müdiriyyətinin əmrləri
B) Cenevrə Bəyannaməsi
C) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
D) BMT-nin İnsan Hüquqları Deklarasiyası
E) Tibbi Etikanın Bəynəlxalq Kodeksi
Ədəbiyyat: Səhiyyə sahəsində Azərbaycan Respublikasının Qanunlar Toplusu. Bakı, 2000.
2) Anesteziya, intensiv terapiya ya reanimasiyaya məruz qalan pasiyentin hüquqlarına daxil deyildir:
A) Tibbi sənədlərlə tanış olması
B) Tibbi müdaxiləyə razılıq verməsi
C) Diaqnostik-müalicə prosedurlarının və medikamentlərin təyin edilməsi
D) Şikayətlə tibb müəssisənin rəhbərinə müraciət etməsi
E) Tibbi müdaxilədən imtina etməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
3) Anestezioloq-reanimatoloqun vəzifə borcu deyildir:
A) Qrafik üzrə gecə növbəsində işləmək
B) Anesteziya metodunun seçimi
C) Anestezioloji-reanimatoloji bölmələrdə işləyəm orta tibb personalının işinə nəzarət etmək
D) Cərrahların işinin qiymətləndirilməsi
E) Anesteziya, intensiv terapiya və reanimasiya aparılan xəstələrin vəziyyətlərinin qiymətləndirilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
4) Anestezioloq-reanimatoloqun əsas hüquqi sənədidir:
A) Reanimasiya və intensiv terapiya kartası
B) Təyinat vərəqi
C) Anesteziya kartası
D) Xəstəlik tarixi (Stasionar xəstənin tibbi kartası)
E) Xəstənin əməliyyatönü baxışı kartası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |