548) Kəskin pankreatitin intensiv terapiyasının qarşısında duran vəzifələrə aid deyildir?
A) Kəllədaxili təzyiqin yüksəlməsinin profilaktikası
B) Ağrısızlaşdırma
C) Dezintoksikasiya
D) Su-elektrolit və turşu-qələvi tarazlığı pozğunluqlarının korreksiyası
E) Hipovolemiyanın korreksiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
549) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyat önü hazırlıq zamanı hipovolemiyanın korreksiyası üçün hansı preparatlardan istifadə olunmur?
A) 5%-li glükoza məhlulu
B) Elektrolit məhlulu
C) Süni kolloid plazmaəvəzedicilər məhlulu
D) Aminturşalar məhlulu
E) Protein məhlulu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
550) Mədə-bağırsaq qanaxmalar ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya üçün hansı anestetikdən istifadə etmək məqsədəuyğundur?
A) Ketamin 2-3 mq/kq
B) Metoheksital 1-1,5 mq/kq
C) Etomidat 0,2 mq/kq
D) Propofol 2-2,5 mq/kr
E) Tiopental 4-5 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
551) Boğulmuş yırtıqlarla əlaqədar aparılan əməliyyatlarda ümumi anesteziya başlayanda miorelaksantların yeridilməsi nəticəsində hansı xarakterik ağırlaşmanın baş verməsi gözlənilir?
A) Miorelaksantların uzunmüddətli təsiri
B) Bədxassəli hipertermiya sindromunun inkişafı
C) Yırtığın öz-özünə yerinə salınması və yırtığın içindəki möhtəviyatla qarın boşluğunun infeksiyalaşması
D) Əzələ ağrıları
E) Plazmada kalium ionunun konsentrasiyasının artması ilə əlaqədar aritmiyaların baş verməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |