923) Ağ ciyərlərin süni ventilyasiyasının aparılmasına göstəriş sayılır?
A) Oksigen terapiyası fonunda SaO2 < 90%
B) Oksigen terapiyası fonunda PaO2 < 70 mm c. süt.
C) Oksigen terapiyası fonunda SaO2 > 90%
D) Ağ ciyərlərin həyat tutumu < 15 ml / kq
E) PaCO2 > 60 mm c. süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
924) Adaptasiya üsulu ilə ağ ciyərlərin yardımçı süni ventilyasiyası zamanı nəfəs alma və nəfəs vermənin hansı nisbəti daha münasibdir?
A) 1 : 1,3
B) 1: 3
C) 1: 1,5
D) 1: 2
E) 1: 1
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
925) Dekompensə olunmuş tənəffüs asidozu zamanı hansı tədbir həyata keçirilməlidir?
A) Oksigen-helium qarışığının inhalyasiyası
B) Ağciyərlərin süni ventilyasiyası
C) Soda məhlulunun venadaxili infuziyası
D) Təmiz (100%) oksigen inhalyasiyası
E) Trisamin məhlulunun venadaxili infuziyası
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
926) Əgər ph = 7,32, pCO2 = 58 mm c. süt., BE = +1,5 mmol/l aşkar edilirsə söhbət nədən gedir?
A) Dekompensə olmuş metabolik alkalozu
B) Turşu-qələvi vəziyyəti norma hüdudundadır
C) Kompensə olmuş tənəffüs asidozu
D) Dekompensə olmuş tənəffüs alkalozu
E) Kompensə olmuş metabolik asidoz
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
927) Xəstə ilə respirator (süni tənəffüs aparatı) arasında uyğunsuzluq yaranan halda onu aradan götürmək üçün tətbiq edilir?
A) Tənəffüsün dəqiqəlik həcmini 150-200% artırmaqla mötədil hiperventilyasiya
B) Antixolinesteraz preparatlar
C) Tənəffüs analeptikləri
D) Tənəffüsün dəqiqəlik həcmini 250-300% artırmaqla güclü hiperventilyasiya
E) Tənəffüsün dəqiqəlik həcmini 50-100% artırmaqla zəif hiperventilyasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
Dostları ilə paylaş: |