1105) Göstərilən məhlullardan hansı aminturşu tərkibli deyil?
A) Aminoplazmol
B) Aminosteril
C) Vamin 18 EF
D) Lipovenoz
E) İnfuzol
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
1106) Bu məhlullardan hansı zülal hidrolizatlarına aiddir?
A) Nefromin
B) Aminokrovin
C) Aminosteril
D) İnfuzol
E) Vamin 18 EF
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
1107) Zülal hidrolizatlarının tərkibi hansı qarışıqdan ibarətdir?
A) Bu məhlullarda sadəcə olaraq aminturşuların sayı çoxdur
B) Aminturşu və sadə peptidlərin qarışığı
C) Aminturşu və fizioloji məhluldan
D) Aminturşu və yağ məhlulların qarışığı
E) Aminturşu və qlukoza məhlulundan
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
1108) Zülal hidrolizotlarının sutkalıq dozası neçə ml təşkil edir?
A) 1000 ml – yə qədər
B) 200 ml – yə qədər
C) 2500 ml – yə qədər
D) 500 ml – yə qədər
E) 1000 – 2000 ml
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
1109) Orqanizmin gün ərzində zülala tələbatı hər kq/çəkiyə neçə qram təşkil edir?
A) 2,5 – 3,0 q / kq
B) 0,3 – 0,5 q / kq
C) 0,5 – 0,7 q / kq
D) 0,7 – 1,5 q / kq
E) 1,0 – 2,0 q / kq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
1110) Mübadilə zamanı 1 qram azotun əmələ gəlməsi üçün neçə qram zülal parçalanır?
A) 2,8 – 3,8 qr
B) 6,25 qr
C) 5,0 qr
D) 4 – 5 qr
E) 3,5 – 4,5 qr
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
Dostları ilə paylaş: |