Щамилялийин мцддяти (щяфтя)
У
шаг
лыг
ди
би
ни
н
щцндцр
лц
йц
(
см
)
Персентил 90
Персентил 50
Персентил 10
Qravidoqramma
19
Ölçmə qasıq sümüyünün yuxarı sərhədindən uşaqlıq dibinin
zirvəsinə qədər aparılır. Ölçmənin nəticəsi ilə hamiləliyin müddəti
arasında uyğunsuzluq olduqda təkrar ölçmə aparılmalıdır. Nəticələr
şübhəli olduqda əlavə müayinələr (USM, Doppler) aparılır.
- uşaqlıq dibinin hündürlüyünün ölçülməsi eyni tibb personalı
tərəfindən aparılmalı və göstəricilər qravidoqrammaya qeyd
edilməlidir. Alınmış nəticələr hamilənin ev kartasına qeyd edilmək
üçün hamilə qadına təqdim olunmalıdır.
Hamiləliyin gedişində uşaqlıq dibinin hündürlüyünün eyni tibb
işçisi tərəfindən ölçülməsi məqsədəuyğundur. Uşaqlıq dibinin
hündürlüyünü ölçü lentindən istifadə etməklə aparmaq daha dəqiq
nəticə almağa imkan verir. Lentin başlanğıc hissəsini qasıq
bitişməsinin yuxarı nahiyəsinə qoymaqla uşaqlıq dibinə qədər olan
məsafəni ölçmək lazımdır. Normal bir döllü hamiləlikdə hamiləliyin
24-cü həftəsindən başlayaraq uşaqlıq dibinin hündürlüyü (sm. ilə)
təxminən hestasiya müddətinə uyğun gəlir. Qravidoqrammada
hamiləliyin normal gedişinə uyğun gələn uşaqlıq dibinin
hündürlüyünü səciyyələndirən 3 xəttə fikir verilir. Hər dəfə uşaqlıq
dibinin hündürlüyü ölçüldükdə alınmış göstərici qravidoqrammada
nöqtə şəklində qeyd edilir və bu nöqtələr öz aralarında xətlə
birləşdirilir. Orta səviyyədə yerləşən xətt populyasiya üçün daha
səciyyəvi olan xətdir. Alınan xətt qravidoqrammada göstərilən ən
yuxarı xətdən yuxarı olarsa, bu iri dölə, çoxsululuğa, çoxdöllülüyə,
aşağı xətdən aşağı olarsa bu dölün bətndaxili inkişafının ləngiməsinə,
azsululuğa dəlalət edir ki, bu da digər müayinə metodlarının (USM,
KTQ, dopplerometriya) aparılmasını tələb edir.
|