Antenatal qulluq


Hamilə qadına aşağıdakı suallarla müraciət edilir



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix27.11.2022
ölçüsü0,54 Mb.
#70776
1   ...   5   6   7   8   9   10   11   12   13
Antenatal

Hamilə qadına aşağıdakı suallarla müraciət edilir: 
► 
Axırıncı gəlişdən etibarən indiki vaxta qədər uşaqlıq yolundan 
qanlı ifrazat qeyd olunubmu? 
► 
Hamiləliyin 4-cü ayından başlayaraq dölün tərpənməsini hiss 
edirsinizmi?
► 
Dölün hərəkət aktivliyində hər hansı dəyişiklik qeyd 
etmisinizmi? 
► 
Hər hansı əlavə sualları müzakirə etmək istəyirsinizmi? 
► 
Doğuş üçün hansı tibb müəssisəsinə müraciət etməyi 
planlaşdırırsınız? 
► 
Doğuş planı müzakirə edilir. 
► 
Doğuşun başlandığını göstərən əlamətlər və hamilənin doğum 
evinə özü ilə nə götürməli olduğu barədə məlumat verilir. 
► 
Alınan nəticələr və hamilənin ev kartında apardığı qeydlər təhlil 
olunur. 
► 
Səhiyyə sisteminin hansı pilləsinin bu hamiləliyin gedişinə 
nəzarət və doğuşun aparılması üçün daha məqsədəuyğun olması 
müəyyən olunur. 
► 
Ailə planlanması barədə məlumat verilir. 
Məsləhətvermə zamanı hamilə qadına təklif olunan müayinələr
onların məqsədəuyğunluğu və bu müayinələrin necə aparılacağı 
barədə məlumat verilir. 


Əlavə № 2 
Arterial təzyiqin ölçülməsi texnikası 
Arterial təzyiq – qan-damar sisteminin fəaliyyətini səciyyələndirən 
ən vacib parametrlərdən biridir. Qan təzyiqi zaman vahidi ərzində 
ürəyin vurduğu qanın həcmi və damarların müqaviməti ilə müəyyən 
olunur. 
U
Avadanlıq: 
► 
tonometr (müxtəlif ölçülü manjetlərlə) 
► 
fonendoskop 
► 
saniyəölçən 
Arterial təzyiqi ölçərkən hamilə qadının psixoemosional 
vəziyyəti nəzərə alınmalıdır. 
U
Aşağıdakı vəziyyətlərdə aparıla bilər: 
► 
oturaq vəziyyətdə 
► 
kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meylli 
yarıuzanmış vəziyyətdə 
U
Arterial təzyiqi ölçərkən: 
► 
qolda manjet ürək səviyyəsində yerləşməlidir 
► 
hər iş gününün əvvəlində arterial təzyiqi ölçən cihazın 
düzgün işləməsi yoxlanmalıdır 
► 
arterial təzyiqi ölçməzdən öncə tibb işçisi hamilə qadına 
prosedurun məqsədini başa salır, onu sakitləşdirir və lazımi 
vəziyyəti almağı təklif edir 
► 
arterial təzyiqi ölçmək üçün dəqiq işləyən cihazlardan istifadə 
edilir 
► 
uyğun ölçüdə olan manjetdən istifadə edilir (manjetin 
minimum 80% qolun ətrafında olmalıdır). Beləliklə
ölçmənin yanlış nəticələrinin minimallaşmasına nail olunur 
► 
sfiqmomonometr yastı səthi ilə qadının ürək səviyyəsində
yerləşdirilir (sfiqmomonometrin səthi arterial təzyiqi ölçən 
şəxsin baxış oxuna perpendikulyar olmalıdır) 
► 
fonendoskop düzgün istifadə olunmalıdır: qulaqcıqların səs 
ötürücüsünün 


15
► 
oxu eşitmə kanalının oxu ilə eyni səviyyədə olmalıdır 
► 
fonendoskopun membranı dirsək büküşünün daxili səthində 
yaxşı hiss edilən pulsasiya sahəsinə qoyulur 
► 
manjetə hava 2-3 mm/san sürətlə doldurulur (hava 20-30 
saniyə ərzində vurulmalıdır) 
► 
ölçülmənin nəticələri 2 mm Hg süt.-na qədər dəqiqliklə qeyd 
olunur 
► 
diastolik təzyiqin ölçülməsi üçün Korotkovun 5-ci tonu 
nəzərə alınır (ürək tonlarının itməsi), belə ki, bu tonun 
qeydiyyatı 4-cü tona (ürək tonlarının karlaşması) nisbətən 
daha asandır. Hamilələrin 15%-də diastolik təzyiq ürək
tonlarının itməsi qeyd olunandan öncə 0 səviyyəsinə qədər 
enir. Bu halda 4-cü və 5-ci tonlarda qeyd edilmiş təzyiq 
göstəricilərini hesaba almaq lazımdır (məsələn, 148/84/0) 
► 
təkrar ölçülmələr aparılarkən aşağı göstəriciləri deyil, orta 
göstəriciləri qeyd etmək lazımdır 
► 
yekun nəticə olaraq bir neçə ölçülmənin nəticəsi nəzərə alınır 
(minimum 30 dəqiqə, maksimum 4 saat müddətində). 
Ölçmənin nəticələri barədə mütləq hamilə qadına məlumat verilir 
və onun vəziyyəti qiymətləndirilir. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin